Filmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir.
Sovqat | |
---|---|
Janr | dram |
Rejissorlar |
Hüseyn Seyidzadə Niyazi Bədəlov |
Ssenari müəllifləri |
İmran Qasımov Ənvər Məmmədxanlı |
Baş rollarda |
Leyla Bədirbəyli — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski |
Operatorlar |
Əsgər İsmayılov Seyfulla Bədəlov |
Rəssam | Əlisəttar Atakişiyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1942 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 22 dəq. |
Ölkələr | SSRİ |
Dil | Azərbaycan dili |
İl | 1942 |
Texniki məlumatlar |
2 hissə 600 metr 35 mm |
Filmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir.[1] 1942-ci ildə iki film birləşdirilmişdir.