Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
StG 44 (alm. Sturmgewehr 44, hücum silahı deməkdir) alman ordusunda 1943-cü ildən tətbiq olunmuş avtomatik hücum silahıdır.
Hücum silahı StG 44 | |
---|---|
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1944-1945 |
İstismara başlanması | 1942 |
İstismar edənlər | Üçüncü Reyx |
İstifadə edilən döyüşlər | İkinci dünya müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1943 |
İstehsal illəri | 1944-1945 |
İstehsal sayı | 425.977 |
Xüsusiyyətləri | |
Ağırlığı | 5,22 kg |
Məsafə | 300 m |
Uzunluğu | 940 mm |
Lülənin uzunluğu | 419 mm |
Mərminin başlanğıc sürəti | 500-600 atəş/dəqiqə |
Effektiv məsafə | 300 m |
Nişangah | Nizamlanabilən nişangah |
Vikianbarda əlaqəli mediafayllar |
Almaniyada fəaliyyət göstərən silah idarəsi 1930-cu illərdə piyada döyüşçülər üçün yeni yüngül silahın işlənməsinə başalyırlar. Bu iş yeni kalibrdə az gücə və 1000 m məsafədə təsirə malik patronun yaradılması ilə başlanır. Əsas kimi 1938-ci ildə Maqdeburd "Polte" patron fabrikində hazırlanmış 7,92x30 kalibrli patron götürülmüşdür. Onun çəkisi 3,7 q idi. Bu patronlarla çoxlu sayda sınaq aparıldıqdan sonra, 1941-ci ildə onlar 7,92x33 kalibrli, 8,2 qram çəkili və 694 m/san sürətlə üça bilən patronu düzəldilir.
Yeni silahın layihələndirilməsi üçün Sühl şəhərində yerləşən Henel firmasına sifariş verilir. Layihə işlərinə Huqo Şmayzer rəhbərlik edirdi. 1940-cı ildə frezlənmiş hissələrdən hazırlanmış sınaq modeli nümayiş etdirilir. Bu silahın iş prinispi "sıxılmış qaza" əsaslanırdı. Bu prinsip bu gün də bir çox hücum silahlarında istifadə edilir. Qaz kolbası gövdənin içərisndə yerləşərək xüsusi dəstəyin köməyi ilə işə salınır. ilkin model avtomatik karabin adlanır Mk 42(H). atəş dəstəyi basmaqla aparılırdı. Maqazində 30 patron yerləşirdi. Gilizlərin xaricə atılması üçün nəzərdə tutulmuş pəncərə toz və çirkdən qorumaq üçün rezin qapaqla örtülürdü. Niaşanalma üçün xüsusi lövhə 800 m məsafəyə qədər nişanalmaya imkan verirdi. Bu silah hərbçilərin marağına səbəb olur və onlar Henel firmasına 50 belə silahın hazırlanmasını sifariş edirlər.
Eyni zamanda Karl Valther GmbH firması da Hərb Nazirliyindən yeni karabin silahının hazırlanması üçün sifariş alırlar. Onlar bu silahda artıq Huqo Şmayzerin hazırladığı patron maqazinini tətbiq edirlər. Valtor atomatik karabini MKb 42 (W) firmada əvvəllər aparılmış işlərin nəticələrini özündə cəmləyirdi. Bu karabində də qaz kolbasından istifadə edimişdir. Nişanlama mexanzimi də Mkb 42 (h) ilə oxşar idi. 1942-ci ildə bu silahın ilk prototipi hazırlanır. Sınaq zamanı onun yenə də inkişaf etdirilməsinin vacibliyi göstərilir.
1942-ci ilin sonunda Hərb Nazirliyi Henel və Valter firmalarının hər birinə 200 ədəd silah hazırlamaq sifarişi verir. Gələcəkdə bu firmalarda aylıq 1500 belə avtomat istehsal olunması da planlaşdırılmışdır. Yaxın məsafədən atəş açmaq üçün müharibədəki təcrübədən istifadə edilir. 1943-cü ildə təkmilləşdirilmiş karabin silahları artıq müharibənin tələbinə uyğunlaşdırılır və istehsal olunmağa başlayır. Sınaq üçün ilk silahlar Şərq müharibəsinə göndərilir. Sınaqlar nəticəsində məlum olur ki, Mkb 42 (W) digərindən yüngül və dəqiq olsa da, etibarlığına görə MkB 42 (h) ilə rəqabətə girə bilmir. Sonda Şmayzer silahına üstünlük verilir. 1943-cü ildə aparılmış təkmilləşdirmə işlərindən sonra bu silah "MP 43" adı altında kütləvi istehsal olunmağa başlayır. Həmin ildə Mp 43 Şərq müharibəsində tətbiq olunmağa başlayır və mövcud karabinlərə nisbətən öz üstünlüyünü sübut edir. O, asan söküləbilən, dəqiq və etibarlı idi.
1944-cü ilin aprelində silahda heç bir dəyişiklik aparılmadan onu adı MP 44 ilə əvəz edilir. Daha sonra bu ad da yenisi ilə əvəz olunur. Bu dəfə silah sonuncu adını Sturmgewehr 44 — StG 44 adını alır. Deyilənə görə bu adların dəyişilməsi sadəcə olaraq propaqanda məqsədi daşıyırdı.
Müharibənin sonuna kimi 424000 silah istehsal olunmuşdu. Müharibədən sonra da ondan DDR-də polislər istifadə edirdilər. Yuqoslav desantlarında bu silahdan tətbiq olunmuşdur. Daha sonra Afrikada StG 44 silahlarının qalıqlarına rast gəlinir.
1945-ci ildə 50 ədəd StG 44 avtomatı yığılaraq SSRİ-nin "Qırmızı ordusuna" təfil verilir. Rusların əldə etdikləri 10785 səhifəlik yığma cizgisi ilə bərabər onlar Huqo Şmayzerin də Rusiyaya gedərək orada Qırmızı Ordu üçün işləmək tələbi qoyulur. O 1945-ci ildə Rusiyaya aparılaraq, onun təcrübələrindən rus silahların inkişafında istifadə edilir. Əsasən bu Kalaşnikov avtomatının inkişafında önəmli yer tutmuşdur.