Star Wars Jedi: Fallen Order

Star Wars Jedi: Fallen Order (azərb. Ulduz müharibələri ceday. Yıxılmış intizam‎) — "Respawn Entertainment" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan anons edilmiş videooyun. Videooyun ilk dəfə 4 may 2016-cı il tarixində anons edilmişdir.[4] 2018-ci ildə keçirilmiş "Electronic Entertainment Expo" tədbirində açıqlanan[5] videooyunun əsas süjeti "Ulduz müharibələri" kainatında, 66-cı əmrin qüvvəyə minməsindən az sonra, yəni "Ulduz müharibələri. Epizod III: Sithin qisası" filmindən sonra cərəyan edir. Videooyun barədə daha ətraflı məlumatlar 13 aprel 2019-cu il tarixində keçirilmiş "Star Wars Celebration" tədbirində açıqlanmışdır.[6] Oyun 15 noyabr 2019-cu il tarixində Microsoft Windows, PlayStation 4Xbox One platformaları üçün satışa çıxarılacaq.

Star Wars Jedi: Fallen Order
"Star Wars Jedi: Fallen Order" videooyununun tizer afişası
"Star Wars Jedi: Fallen Order" videooyununun tizer afişası
Hazırlayan Respawn Entertainment
Yayımlayan Electronic Arts
Lokalizatorlar Electronic Arts
Seriya Star Wars
Anons tarixi 4 may 2016 (2016-05-04)
Buraxılış tarixi Ümumdünya 15 noyabr 2019 (2019-11-15)
Janrlar Döyüş-macəra
Ssenarist Kris Avellon[1]
Proqramçı Ceyson de Heras
Texniki məlumat
Platformalar Microsoft Windows
PlayStation 4
Xbox One
Mühərriklər Unreal Engine 4[2]
Oyun rejimləri Birnəfərli oyun
İnterfeysin dili ingilis dili[3], fransız dili[3], italyan dili[3], alman dili[3], ispan dili[3], yapon dili[3], Koreya dili[3], polyak dili[3], Braziliya portuqal dili[3], rus dili[3], sadələşdirilmiş Çin dili[d][3], ənənəvi Çin dili[d][3]
Daşıyıcılar DVD (PC üçün), Blu-Ray (PS4Xbox One üçün), rəqəmsal dağılım (Origin, PSN, Xbox Live)
İdarəetmə Klaviaturasiçan
qeympad
Rəsmi saytı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun[redaktə | mənbəni redaktə et]

Qurma[redaktə | mənbəni redaktə et]

Oyunun əsas süjeti "Ulduz müharibələri. Epizod III: Sithin qisası" filminin sonunca gerçəkləşmiş 66-cı əmrin qüvvəyə minməsindən sonra, Ceday ordeninin üzvlərinin təmizlənməsindən sonra baş verənləri əhatə edir. Oyunçu padavan Kal Kestis (ing. Cal Kestis; Kameron Monaqan tərəfindən canlandırılıb) – sağ qalmış son cedaylardan birini idarə edir.[7]

Geympley[redaktə | mənbəni redaktə et]

"Star Wars Jedi: Fallen Order" birnəfərli rejimdə üçüncü şəxs perspektivindən oynanılan döyüş-macəra videooyunudur.[8]

İstehsal[redaktə | mənbəni redaktə et]

Stiq Asmussen 2014-cü ildə "Respawn Entertainment" heyətinə studiyanın oyun rejissoru olaraq qoşulmuş və studiyanın ikinci istehsal komandasına rəhbərlik etməyə başlamışdır.[9] 2018-ci ilin may ayında bu layihənin üçüncü şəxs perspektivindən oynanılan və süjeti "Ulduz müharibələri" kainatında cərəyan edən bir döyüş-macəra videooyunu olacağı açıqlanmışdır.[10] "Mafia III" videooyununun ssenaristi Aaron Kontreras oyunun ssenari komandasına rəhbərlik edirdi. Bu komandada Kris Avellon və digər dörd ssenarist var idi.[11] Studiya yeni personajlar və məkanlar yaratmaq üçün "Lucasfilm" ilə əməkdaşlıq etmişdir.[12]

"Respawn Entertainment" oyunu "Unreal Engine 4" videooyun mühərriki ilə yaratmışdır.[13]

Marketinq və buraxılış[redaktə | mənbəni redaktə et]

"Electronic Arts" şirkəti oyunu 2018-ci ildə keçirilən "Electronic Entertainment Expo" tədbirində anons etmişdir. Oyunun Microsoft Windows, PlayStation 4Xbox One platformaları üçün "Ulduz müharibələri: Skayuolkerin yüksəlişi" filminin premyerası ilə eyni tarixdə – 15 noyabr 2019-cu il tarixində satışa çıxarılacağı açıqlanmışdır.[14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ChrisAvellone. "I can't say 100% b/c of NDAs, but the ones I can say: I just finished up work with Jedi: The Fallen Order - and beyond that, there's another big bomb dropping in a month! Er, I mean, maybe. Ahem" (Tweet) (ingilis). 28 fevral 2019. 2 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
  2. Ceyms, Din. "Respawn's Star Wars Game May Be Using Unreal Engine 4". attackofthefanboy.com (ingilis). Attack of the Fanboy. 8 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Steam. 2003.
  4. "A Letter From Stg". admin.respawn.com (ingilis). Respawn Entertainment. 9 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
  5. MakUertor, Maykl. "Respawn's Star Wars game is called Star Wars Jedi: Fallen Order". www.polygon.com (ingilis). Polygon. 23 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
  6. "The Galaxy Wide Premiere of Star Wars Jedi: Fallen Order". www.starwarscelebration.com (ingilis). Star Wars Celebration. 9 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
  7. Durnsbuş, Conaton. "Star Wars Jedi: Fallen Order Release Date Announced, Gameplay, Story Details Revealed". www.ign.com (ingilis). 14 aprel 2019. 14 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  8. "EA Play 2018: Star Wars Jedi: Fallen Order Revealed and New Clone Wars Content Coming to Star Wars Battlefront II". www.starwars.com (ingilis). Lucasfilm Ltd. 9 iyun 2018. 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
  9. Makuç, Eddi. "E3 2014: Veteran God of War Dev Joins Titanfall Studio". www.gamespot.com (ingilis). GameSpot. 12 iyun 2014. 31 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  10. Yin-Pol, Uizli. "Titanfall developer Respawn is making a third-person Star Wars game". www.eurogamer.net (ingilis). Eurogamer. 4 may 2016. 12 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  11. Rame, Cordan. "Star Wars Jedi: Fallen Order's Story Is "Very Important" To The Game, Says Chris Avellone". www.gamespot.com (ingilis). GameSpot. 13 aprel 2019. 14 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  12. Svizen, Zek. "Our First Look At Star Wars Jedi: Fallen Order, A Single-Player Game Starring A Jedi Survivor". kotaku.com (ingilis). Kotaku. 13 aprel 2019. 14 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  13. ChewbieFR. "Star Wars Jedi : Fallen Order sera un jeu purement solo". Jeuxvideo.com (fransız). Webedia. 13 aprel 2019. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  14. Şeridan, Konnor. "Star Wars Jedi: Fallen Order release date is official and it's coming in November". www.gamesradar.com (ingilis). GamesRadar. 13 aprel 2019. 14 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Məlumat[redaktə | mənbəni redaktə et]