Stepanos Orbelyan

Stepanos Orbelyan (erm. Ստեփանոս Օրբելյան, 12501303) – Orbeli sülaləsindən olan tarixçi, kilsə xadimi, “Sisakan ölkəsinin tarixi” əsərinin müəllifi.

Stepanos Orbelyan
erm. Ստեփանոս Օրբելյան
Doğum tarixi 1250
Vəfat tarixi 1303
Dəfn yeri
Atası Tarsayciyan Orbelyan[d]
Elm sahəsi tarix
Memar Momikin xaçkarı, 1306

Stepanos Orbelyan Sünik ərazisində yerləşən Çxuk havarında (müasir Sisiyan şəhərinin ərazisi) doğulmuşdur. Sünikin knyaz sülaləsi olan Orbelyanlar nəslindəndir. Gəncliyində Sünik knyazı olan əmisi Smbat Orbelyan tərəfindən övladlığa götürülmüşdür. Stepanos yaxşı təhsil almış və 1280-ci ildə dini fəaliyyət üçün icazə almışdır. 128ə-ci ildə Kilikiya Erməni Çarlığına səfər etmiş[1] və buradan erməni katolikosu II Konstantin Pronaqorç tərəfindən Sünikə yepiskop göndərilmişdir.[2] Bu haqda tarixçi özü məlumat verir. Stepanos Orbelyan ən qədim dövrlərdən başlayaraq Sünikin tarixindən bəhs edən “Sisakan ölkəsinin tarixi” əsərinin müəllifi kimi məşhurdur.

Stepanos Orbelyan 1303[3] -1304[4]-cü ildə vəfat edib və Noravəng monastırında Orbelyanların ailə türbəsində dəfn edilib. 1304-cü[5] və ya 1306-cı ildə[6] memar Momik tərəfindən onun məzarı üzərində xaçkar ucaldılmışdır. Əvvəllər isə Momik Stepanosun əlyazmalarını miniatürlərlə bəzəmişdir.[5]

Sünik ölkəsinin tarixi

[redaktə | mənbəni redaktə et]
Stepanos Orbelyan əsərlərini uzun müddət yaşadığı Tatev monastırında yazmışdır.[4]

Stepanos Orbelyan “Sünik ölkəsinin tarixi” (erm. Patmut'yun Nahangin Sisakan)əsərini təxminən 1297-1300-cü illərdə tamamlamışdır. Əsərini yazarkən Orbelyan Moisey Xorenli, Aqafangel və başqa erməni tarixçilərinin əsərlərindən, həmçinin, bizim dövrümüzə gəlib çatmamış tarixi qaynaqlardan istifadə etmişdir.[1][7]

Stepanos Orbelyan qədim tarixi mənbələri tədqiq edərkən uzun əsrlər boyunca baş vermiş müharibələr nəticəsində bir çox erkən mənbələr və yazılı sənədlərin məhv edildiyini aşkara çıxarmışdır. Tədqiqatlarının yekununda Stepanos Orbelyan 10.000-dən çox əlyazmanın məhv edildiyi qərarına gəlmişdir.[1]

18641866-cı illərdə əsər fransız şərqşünası Mari-Felisite Brose tərəfindən fransız dilinə tərcümə olunmuşdur.[8] Bundan başqa əsərin müəyyən hissələri gürcü və rus dillərinə də tərcümə olunmuşdur.[1] Əsərin bu günə kimi Azərbaycan dilinə tərcüməsi mövcud deyil.

  • Stepanos Orbelyan, «Sisakan ölkəsinin tarixi», Tiflis, 1910  (erm.)
  • Stepanos Orbelyan, «Sisakan ölkəsinin tarixi», Paris, 1859  (fr.)

Dini fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Stepanos Orbelyan Noravəng monastırının inşasında iştirak etmiş, vəfat etdikdən sonra isə kompleksin tərkibində olan Orbelyanların ailə türbəsində dəfn edilmişdir.

Stepanos Orbelyan Qafqaz tarixi üzrə mühüm mənbə hesab edilən "Sünik ölkəsinin tarixi" əsərindən başqa dini məzmunlu iki əsərin də müəllifidir: "Kilsə adından axıdılan göz yaşları" (erm. Voghb i dimats' surb Kat'oghikeyin) və "Diofizitliyə qarşı arqumentlər" (erm. Hakacharut'iun unndem yerkabnakats). Birinci əsərinin əsas məzmunu monqollar tərəfindən işğal edilmiş qədim kilsələrə qayıdış, ikinci əsərin məzmunu isə erməni katolikosu VII Qriqor Anavarzetsinin kilsənin qərbləşdirilməsi və bizanslaşdırılması siyasətinə qarşı fikirlərdən ibarətdir.[9]

Həyatı boyunca Stepanos Orbelyan Sünikdə bir neçə kilsə inşasını sifariş etmiş və inşaat işlərinə rəhbərlik etmişdir. XIII əsrdə onun himayəsi altında Alagöz kəndində (erm. Yexegis) Müqəddəs Stepanos kilsəsi inşa edilmişdir. Bu məbəd özünəməxsus memarlıq quruluşuna malikdir. Bir absidalı binada ibadət zamanı ibadtçilər (adətən döyüşçülər olurdular) məbədin həyətində açıq səma altında dayanırdılar.

Məşhur Noravəng kilsəsinin inşasında da Stepanos Orbelyanın rolu olmuşdur. Noravəng monastırı Amağu kəndindən 2 km aralıda yerləşir. Kompleksə iki kilsə, rahiblər üçün yaşayış binası və Orbelyanların ailə türbəsi yerləşir. Kompleksin qərbində Müqəddəs Karapet kilsəsi (1221-1227) yerləşir.

Orbelyanların ailə türbsi olan Müqəddəs Qriqori kilsəsi 1275-ci ildə inşa edilmişdir. İkiyaruslu kils isə 1339-cu ildə Burtel Orbelyan trəfindən inşa etdirilmişdir. 2002-ci ildə tamamilə bərpa olunmuş Noravəng monastır kompleksi UNESCO Ümumdünya irsi siyahısına salınmışdır.

  1. 1 2 3 4  (erm.) Torosyan, K. «Ստեպանոս Օրբելյան» (Stepanos Orbelian). Ermənistan Sovet Ensiklopediyası. vol. xi. Yerevan: Ermənistan Elmlər Akademiyası, 1985, pp. 139-140
  2. Hacikyan, Agop Jack; Gabriel Basmajian; Edward S. Franchuk. The Heritage of Armenian Literature: From the Sixth to the Eighteenth, vol. 2. Detroit: Wayne State University. 2002. səh. 534. ISBN 0-8143-3023-1..
  3. Jannic Durand, Ioanna Rapti et Dorota Giovannoni (dir.), Armenia sacra — Mémoire chrétienne des Arméniens (ive ‑ xviiie siècle), Somogy / Musée du Louvre, Paris, 2007 (ISBN 978-2-7572-0066-7), p. 320.
  4. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; Hacikyan 534 adlı istinad üçün mətn göstərilməyib
  5. 1 2 Thomas F. Mathews et Alice Taylor, The Armenian Gospels of Gladzor, the life of Christ illuminated, Getty Publications, Los Angeles, 2001 (ISBN 978-0-89236-627-3), p. 27.
  6. Stepan Mnatsakanyan et E. Zakaryan, « Մոմիկ » (« Momik »), Ermənistan Sovet Ensiklopediyası, op. cit., p. 698-699. (erm.)
  7. Hacikyan et al. The Heritage of Armenian Literature, p. 535.
  8. Histoire de la Siounie, Saint Petersburg, 1864, accessed 2012-03-06
  9. Ətraflı məlumat üçün bax: Cowe, S. Peter, "Catholicos Grigor VII Anavarzetsi and Stepanos Orbelian, Metropolitan of Siunik, in Dialogue" in Armenian Cilicia, eds. Richard G. Hovannisian and Simon Payaslian. UCLA Armenian History and Culture Series: Historic Armenian Cities and Provinces, 7. Costa Mesa, California: Mazda Publishers, 2008, pp. 245-260.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]