Struxatlar – Midiya tayfa ittifaqına daxil olan tayf.ardan biri.
Bu tayfa iliin tədqiqatlarda irandilli sayılmışdır[1]. Halbuki, bu etnonimin sonundakı xat komponenti skiflərdə Avxat, müasir türk xalqlarında sarkat və b. tayfaların adlarında da vardır. Şübhəsiz ki, Herodot, ya da məlumatçısı bu adı təhrif etmişdir.[2] Q. Qeybullayev qeyd edir ki, qədim yunan dilində ş, ç sözləri olmadığına görə, bu etnonim Şatarkat formasında səslənmiş ola bilər. Midiyada Şetar er. əv. 714-cü il,[3] Albaniyada erkən orta əsrlərdə Şatar (Gəncə ilə Bərdə arasında,[4]), müasir Şatarlı toponimləri bu etnonimlə bağlıdır.