Qriqori Aleksandrov (10 (23) yanvar 1903[1], Yekaterinburq, Perm quberniyası[d][3] – 16 dekabr 1983[2], Moskva[3]) — Kinorejissor, ssenarist, bədii rəhbər, SSRİ xalq artisti (1948). Sosialist Əməyi Qəhrəmanı (1973). SSRİ Dövlət mükafatı laureatı (1941, 1950).
Qriqori Aleksandrov | |
---|---|
rus. Григорий Васильевич Александров | |
Doğum adı | Qriqori Vasilyeviç Aleksandrov (Mormonenko) |
Digər adı | Qriqori Mormonenko |
Doğum tarixi | 10 (23) yanvar 1903[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 dekabr 1983[2] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | Lyubov Orlova |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 1920–1983 |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0017893 |
Vikianbarda əlaqəli mediafayllar |
1921-ci ildən teatr aktyoru kimi fəaliyyətə başlamışdır. 1924-cü ildən kinoda çalışmışdır.
"Potyomkin" Zirehli Gəmisi (1925), "Oktyabr" (1927), "Köhnə və Yeni" (1929) filmlərində aktyor, rejissor assistenti, axırıncı iki filmdə, həmçinin ssenari müəlliflərindən biri olmuşdur. Q.Aleksandrov "Şən Uşaqlar" (1934), "Sirk" (1936), "Volqa-Volqa" (1938), "İşıqlı Yol" (1940), "Bahar" (1947) kinokomediyalarının, "Bir ailə" (1943; Rza Təhmasib və Mikayıl Mikayılovla birlikdə)[4], "Elbada Görüş" (1949), "Bəstəkar Qlinka" (1952), "Rus Hədiyyəsi" (1960) və s. filmlərin rejissorudur.
1942-43-cü illərdə "Bakı kinostudiyası"nda çalışmışdır.
3 dəfə Lenin ordeni və başqa ordenlərlə təltif edilmişdir.
"Epoxa i Kino" adlı əssərin müəllifidir (1976).