2012 Türkiyə Superkuboku — 2011-12 sezonu Super Liqa çempionu Qalatasaray ilə Türkiyə Kuboku qalibi Fənərbaxça arasında keçirilən Super Kubok qarşılaşmasıdır. Finalın təşkil ediləcəyi şəhər Ərzurum olaraq təyin olunmuşdur. Qarşılaşma 12 avqust 2012-ci il bazar günü tarixində Kazım Karabəkir Stadionunda keçirilmişdir. Final oyununda Qalatasaray Fənərbaxçanı 3-2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdır.
2012 Türkiyə Superkuboku | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | Türkiyə Super Kuboku | ||||||
|
|||||||
Tarix | 12 avqust 2012 | ||||||
Yer | Kazım Karabəkir Stadionu, Ərzurum | ||||||
Matçın adamı | Umid Bulut [1] (Qalatasaray) | ||||||
Matçın adamı | Selçuk İnan (Qalatasaray) | ||||||
Hakim | Cüneyt Çakır | ||||||
Tamaşaçı | 23.000[2] | ||||||
← 2011 2013 → |
Super Kubok 2012-də Türkiyənin bir-biriylə ən çox matç keçirən 2 komandası arasında adı 2006-ci ildə dəyişdirildikdən sonra keçirdiyi ilk matçı olmuşdur. Kubok mübarizəsi ilk dəfə İstanbul xaricinə çıxarkən əlavə hakim tətbiqidə ilk dəfə olaraq bu matçda edildi. Onuda qeyd edək ki, bu derbi 372-ci dəfə üz-üzə gəlmişlər.
Oyunun biletləri qarşılaşmadan 3 gün əvvəl satışa çıxarıldı. Bir qala arxasına Fənərbaxça tərəfdarı yerləşdirilərkən, digər qala arxasına isə Qalatasaray tərəfdarları yerləşdirildi. Oturma planı iki komandanın tərəfdarların bir-birinə çata bilməyəcəyi şəkildə nizamlandı.
Qarşılaşmanı hakim Cüneyt Çakır idarə etmişdir. Çakır'ın yardımçıları Bahattin Duran ve Tarık Ongun, dördüncü hakim isə Süleyman Abay seçilmişdir.
Bu 2 komanda 2011-12 sezonunda 4 dəfə üz-üzə gəlmişlərki bunların 1-ində Qalatasaray, digərində Fənərbaxça qalib gəlmişdir. Digər 2 oyun isə heç-heçə başa çatmışdır. Sezonun ardından Qalatasaray Super Liqa, Fənərbaxça isə Türkiyə Kubokunun sahibi oldu. Ona görə də bu komandalar yenidən üz-üzə gəldilər.
Fənərbaxçada Sərdar Kesimal və Gökhan Gönül zədələri səbəbiylə oyunda yer almadı. Qalatasarayda isə Felipe Melo komandaya gec qatılması, Tomas Uyfaluji və yeni transfer Burak Yılmaz kart cəzaları səbəbiylə oyunda yer ala bilmədi.
Qalatasarayın Fənərbaxçanı 3-2 hesabı ilə məğlub etdiyi Super Kubok matçında oyunun 2 qoluna imza atan Umid Bulut mətbuat nümayəndələrinin səsverməsiylə kubokun ən qiymətli oyunçusu seçildi və mükafatını aldı.
12 avqust 2012 |
|
Kazım Karabəkir Stadionu, Ərzurum Tamaşaçı: 25 000[2] Hakim: Cüneyt Çakır |
|
|
|
|
2012 TFF Super Kubok Çempionu |
---|
Qalatasaray 12-ci ÇEMPİONLUQ |