Təhmasib Əjdərov

Əjdərov Təhmasib Hüseyn oğlu (17 aprel 1964, Bakı) — AzərbaycanUkrayna alimi; iqtisad elmləri doktoru (2002); işlədiyi dövrdə 1-ci dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri – Vergi Xidməti Generalı; sambo və qaçış üzrə idman ustası.

Təhmasib Əjdərov
Təhmasib Əjdərov
Təhmasib Əjdərov
Təhmasib Əjdərov
Doğum adı Təhmasib
Doğum tarixi (60 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Əjdərov Hüseyn Qədim oğlu
Elm sahələri İqtisadiyyat, Hüquq
Elmi dərəcələri
Elmi adı iqtisad elmləri doktoru (2002)
Alma-mater Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti,
Bakı Dövlət Universiteti,
Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhmasib Əjdərov 17 aprel 1964-cü ildə Bakıda anadan olmuşdur. Hərbi partiya məktəbini, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirərək, iqtisadçı və hüquqşünas ixtisaslarına yiyələnmişdir.[1] Sonralar Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Xidməti Akademiyasında təhsil almışdır.

Azərbaycanda vergi xidməti Maliyyə Nazirliyinin tərkibindən ayrıldıqdan sonra Baş Dövlət Vergi inspeksiyasında hüquq şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Bir müddət sonra isə Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə Baş Dövlət Vergi müfəttişliyinin rəis müavini təyin edilmiş, uzun illər həmin vəzifədə çalışmış, I dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri (vergi xidməti generalı) rütbəsinə qədər yüksəlmişdir.[2]

Fransa, Almaniya, AvstriyaTürkiyədə vergi üzrə beynəlxalq ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirərək, həmin ölkələrin sertifikatlarını almışdır.

1996-cı ildə İqtisadiyyat İnstitutunun aspiranturasını əla qiymətlərlə bitirərək namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 1997-ci il tarixli qərarı ilə Təhmasib Hüseyn oğlu Əjdərova "İqtisad elmləri namizədi" alimlik elmi dərəcəsi verilmişdir. Azərbaycanda vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemləri üzrə ilk tədqiqatçı alimdir.

2000-ci ildə elmi yaradıcılıq fəaliyyəti ilə əlaqədar Ukraynanın Kiyev şəhərinə getmişdir. Orada doktoranturanı bitirdikdən sonra maliyyə, pul tədavülü və kredit ixtisası üzrə doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Ukrayna Ali Attestasiya komissiyasının 2002-ci il tarixli qərarı ilə Təhmasib Hüseyn oğlu Əjdərova "İqtisad elmləri doktoru" elmi dərəcəsi verilmişdir.[3]

Təhmasib Əjdərovun elmi əsərləri Azərbaycanda, Rusiyada, Ukraynada, Belarusiyada, Qazaxıstanda, Özbəkistanda, İrandaTürkiyədə nəşr edilmişdir. 15 elmi monoqrafiyanın, 10 broşuranın, 100-ə yaxın elmi məqalənin, bir sıra təlimat-instruksiya, proqram və qanun layihələrinin müəllifidir. Hazırda hüquq və iqtisadiyyat sahəsində elmi araşdırmalarını davam etdirir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Təhmasib Əjdərov 1992-ci ildə AMEA İqtisadiyyat İnstitutunun aspirantı olmuş, 1996-cı ildə isə həmin aspiranturanı əla qiymətlərlə bitirərək, Azərbaycan Respublikasında "Bazar islahatlarının həyata keçirilməsində vergi mexanizminin rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, İqtisad elmləri namizədi alimlik elmi dərəcəsi almışdır. 1997-ci ildə isə həmin instituta doktorant qəbul edilmişdir. Onun "Vergi mexanizminin formalaşması və təkmillləşdirilməsi problemləri" adlı monoqrafiyası 1997-ci ildə "Elm" nəşriyyatında çapdan çıxmışdır.[4]

Azərbaycanda Vergi xidməti sisteminin qurulmasında rolu

[redaktə | mənbəni redaktə et]

T.Əjdərovun "Vergi mexanizminin formalaşması və təkmillləşdirilməsi problemləri" adlı monoqrafiyasında gənc Azərbaycan dövləti üçün vacib olan vergi sisteminin formalaşmasının elmi nəzəri əsasları göstərilmişdir.

Elmi tədqiqatlarda beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. ABŞ, Kanada, İngiltərə, Fransa, Yaponiya, Danimarka kimi dövlətlərin vergi sistemini öyrənən iqtisadçı alim bu ölkələrin təcrübəsi və Azərbaycanın milli xüsusiyyətləri nəzərə alınmaqla respublika vergi sisteminin əsaslarını işləyib hazırlamışdır.

T.Əjdərov Azərbaycan vergi siteminin inkişaf mərhələlərini öyrənmiş və olduqca vacib praktik nəticələr çıxarmışdır.[5]

Təhmasib Əjdərovun "Vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi" adlı monoqrafiyası 1997-ci ildə akademik Azad Mirzəcanzadənin təqdimatı əsasında Rusiya Dövlət Xidməti Akademiyasının nəşriyyatında rus dilində çap olunmuşdur. Sonrakı illərdə T.Əjdərovun iqtisadi və hüquqi məsələlərə dair daha 5 monoqrafiyası işıq üzü görmüşdür. T.Əjdərovun monoqrafiya və kitablarına Azərbaycanda, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında, Mərkəzi Şəhər Kitabxanasında (indiki Prezident Kitabxanası), Elmi-texniki Kitabxanada rast gəlmək mümkündür.[6]

Azərbaycanda keçirilən, müxtəlif mövzulara həsr olunmuş elmi praktiki konfranslarda T.Əjdərov mütəmadi olaraq tezislərlə çıxış etmişdir.[7]

Alimin "Azərbaycan Respubikasında vergi mexanizminin formalaşması və təkmilləşməsi problemləri" mövzusunda yazdığı doktorluq işi, Azərbaycan Dövlət İqtisad Universitetinin 4 kafedrasının 28 sentyabr 2001-ci ildə keçirilmiş birgə iclasında müzakirə olunmuşdur. İclasda iştirak edən nüfuzlu alimlər T.Əjdərovun doktorluq işi barədə yüksək fikirlər bildirmişlər.

Ukraynada elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

"Maliyyə-pul dövriyyəsi və kredit" ixtisası üzrə İxtisaslaşdırılmış Elmi Şura Azərbaycanda olmadığı üçün göndəriş məktubu əsasında Təhmasib Əjdərov elmi fəaliyyətini 2000-ci ildən Ukraynada davam etdirmişdir. Elmi fəaliyyətini Ukraynada davam etdirən T.Əjdərov qısa müddətdə bu ölkənin elmi dairələrində də tanınmış, vergilər sahəsində yüksək nəzəri-praktik hazırlığa malik bir mütəxəssis və alim olduğunu göstərmişdir. O, ukraynalı həmkarları ilə sıx yaradıcılıq əlaqələri qura bilmişdir. T.Əjdərovun elmi əsərlərinə, monoqrafiya və kitablarına Dneprepetrovski Dövlət Universitetinin elmi kitabxanasında, V.Q.Korolenko adına Xarkov Dövlət Elmi Kitabxanasında, M.Qorki adına Odessa Dövlət Kitabxanasında, Ukrayna Milli Parlament Kitabxanasında və Ukrayna Kitab Palatasında rast gəlmək olar.[8][9]

T.Əjdərovun 2003-cü ildə Kiyevdə nəşr olunan "İqtisadiyyatın inkişafı və vergi siyasəti" adlı monoqrafiyası Ukrayna alimləri tərəfindən maraqla qarşılanmışdır. T.Əjdərov Ukraynada çalışdığı müddətdə bu respublikada nəşr olunan nüfuzlu "Ekonomist" jurnalı ilə fəal əməkdaşlıq edib, onun səhifələrində məqalələr və şərhlərlə çıxış edib.

Ukrayna Ali Attestasiya Komissiyasının 2002-ci il tarixli qərarı ilə Təhmasib Hüseyn oğlu Əjdərova iqtisad elmləri doktoru elmi dərəcəsi verilmişdir.[10]

Təhmasib Əjdərovun elmi araşdırmalarının nəticələrindən MDB ölkərinin maliyyə və vergi orqanlarında geniş istifadə olunmuşdur.

İçtimai–siyasi faliyyəti

[redaktə | mənbəni redaktə et]

Orta məktəbdə təhsil aldığı dövrdə müxtəlif ümumrespublika fənn olimpiadalarında iştirak edib, tərifnaməylə təltif olunub. Məktəbin komsomol komitəsinin katibi kimi də fəaliyyət göstərib. İctimai işlərdə iştirakına görə, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının rayon komitəsinin tərifnaməsi ilə təltif edilib. Orta məktəbi fərqlənmə ilə bitirib.

T.Əjdərov ordu sıralarında xidmət etdiyi dövrdə "Əlaçı Əsgər" nişanı ilə təltif olunmuşdur. Nümunəvi xidmətinə görə dəfələrlə valideynlərinə təşəkkür məktubları göndərilib. Zabalkalye hərbi dairəsi siyasi idarəsi yanında hərbi partiya məktəbinə oxumağa göndərilib. Burada oxuduğu dövrdə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edillərək Hərbi partiya məktəbini uğurla bitirib.

T.Əjdərov Bakı Dövlət Universitetinin hüquq fakultəsində oxuyarkən tələbə elmi cəmiyyətinin sədri olmuş, keçirilən elmi konfranslarda iştirak etmişdir. Universitet üzrə keçirilən tədbirlərin əksəriyyətində bir təşkilatçı kimi özünü tanıtmışdır. Lenin Kommunist Gənclər İttifaqının Nərimanov rayon komitəsində çalışdığı dövrdə gənclər arasında tərbiyəvi-təşkilatı işlər aparmışdır.

Təhmasib Əjdərov vergi xidməti generalı olarkən

Mənzil Kommunal Təsərrüfat Nazirliyinin istehsalat birliyində çalışarkən Təhmasib Əjdərov xalq nəzarət qrupunun sədri olmuş, ayrı-ayrı idarələrdə borc şəklində qalmış maliyyə vəsaitlərinin büdcəyə yığılmasını təmin etmişdir. Təhmasib Əjdərov Maliyyə Nazirliyində işlədiyi dövrdə bu nazirliyin hüquq işini günün tələblərinə uyğun səviyyədə yenidən qurmuşdur. Onun tərəfindən Maliyyə Nazirliyinin hüquq işinin təşkilinin əsasnaməsi hazırlanmış və əsasnamə Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Azərbaycanda vergi xidməti Maliyyə Nazirliyinin tərkibindən ayrıldıqdan sonra T.Əjdərov baş dövlət vergi inspeksiyasında Hüquq şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Hüquq şöbəsinin rəisi olduğu dövrdə Bakı şəhərinin Xətai rayonunda kompleks yoxlamanın aparılması üçün 100 nəfərdən ibarət olan yoxlama qruppasına rəhbərlik etmişdir. Yoxlama nəticəsində dövlət büdcəsindən gizlədilmiş milyonlarla manat pul vəsaiti aşkar edilmiş və həmin vəsaitlərin dövlət büdcəsinə alınması təmin edilmişdir. Həmin dövrdə Azərbaycan Respublikasının vergi qanunvericiliyinə dair bir çox qanun və normativ aktların, təlimatların habelə Azərbaycan Respublikasının xarici ölkələrlə imzaladığı vergi sahəsinə dair ikitərəfli sazişlərin layihələrinin hazırlanmasında Təhmasib Əjdərov bilavasitə iştirak etmişdir. Təhmasib Əjdərov ölkə prezidentinin sərəncamı ilə baş dövlət vergi müfəttişinin rəis muavini vəzifəsinə irəli çəkilmişdir. Bu vəzifədə işlədiyi zaman ölkə mətbuatının səhifələrində mütəmadi olaraq "Vergi siyasəti — vətəndaşlıq mədəniyyəti", "Haram virusu", "İnfilyasiya xərçəngi", "Bürokratiya ətaləti", "İqtisadi təhlükəsizliyə xidmət vətəndaşlıq borcumuzdur", "Seçici marağı", "Avropa oyunları — xalq marağı" və sair məqalələrlə çıxış etmişdir.[11]

T.Əjdərov Azərbaycanın xarici ölkələrdəki diasporunun təşəkkül tapması, dünya Azərbaycanlılarının doğma vətənlə əlaqələrinin genişlənməsi naminə imkan və bacarığını əsirgəməmişdir.

Ayrı-ayrı ölkələrdəki Azərbaycan diasporunun təşkilatlanmasında əməyi olmuş, müxtəlif ölkələrdəki azərbaycanlılarla əlaqə saxlamışdır. T.Əjdərov xarici səfərlərdə olduğu vaxtlar həmvətənləri ilə görüşür, onların uğur və qayğıları ilə yaxından tanış olmağı özünə borc bilirdi. Bu münasibətlərin nəticəsidir ki, T.Əjdərov 2004-cü ildə Dünya Azərbaycanlıları Konqresinin qurultayına nümayəndə seçilmiş və bu mötəbər forumda fəal şəkildə iştirak etmişdir.

Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəlikləri keçirdikləri müxtəlif tədbirlərə iqtisad elmləri doktoru T.Əjdərovu da rəsmi şəkildə dəvət ediblər.

Təhmasib Əjdərov ziyalı bir ailə mühitində böyümüşdür. Atası tanınmış iqtisadçı alim, professor Əjdərov Hüseyn Qədim oğlu, əmisi isə tibb elmləri namizədi, dossent və YUNESKO-nun fəxri professoru Qurbanov Mehdi Qədim oğludur. Belə bir ailə mühitinin olması T.Əjdərovu daima elmi araşdırmalara və yeniliklərə sövq etmişdir.

Təhmasib Əjdərovun 3 övladı vardır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Təhmasib Əjdərov 15 elmi monoqrafiyanın, 10 broşuranın, 100-ə yaxın elmi məqalənin müəllifidir. Aşağıda təqdim olunan əsərlər onun elmi fəaliyəttinin bir qismidir.

  1. İnfilyasiya xərçəngi: Maliyyə-kredit sistemində / Əjdərov, Təhmasib Hüseyn oğlu. iqt. e. n. //"Azərbaycan" qəzeti. - 1995. - 18 yanvar.
  2. Bazar iqtisadiyyatına keçid şəraitində azad sahibkarlığın inkişafı və vergi siyasəti. Bakı, 1995
  3. Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi böhranın aradan qaldırılması yolları. Bakı, 1996
  4. Azərbaycan Respublikasında bazar islahatlarının aparılmasında vergi mexanizminin rolu: iqti. e. n. a. dər. al. üçün təq. ed. dis.: 08.00.05 /T. H. Əjdərov; AzEA, İqtisad İn-tu. Əjdərov, Təhmasib Hüseyn oğlu. Bakı: 1996. 167 səh.
  5. Верҝи механизминин формалашмасы вә тәкмилләшдирилмәси проблемләри / Т. Һ. Әждәров; ред. Т. Ә. Пашајев; Азәрбајҹан ЕА Игтисадијјат Институту. - Бакы: Елм, 1997. - 118 с. - 500 экз.. - ISBN 5-8066-0754-2. - Monoqrafiya.
  6. Формирование и совершенствование налогового механизма: монография / Т. Аждаров; Институт Экономики АН Азербайджанской ССР. - Баку: Элм, 1997. - 111 с.: табл. - 300 экз.
  7. Формирование и совершенствование налогового механизма: Mонография, Т. Аждаров, pецензенты: Г.Г Джафаров А.А Абдуллаев, Москва 1997, РАГС, 111 с, 300 экз. ББК 65 А 11.
  8. "Vergi Polisi" orqanının yaradılması zərurəti və onun fəaliyyətinin əhəmiyyəti / T.H.Əjdərov; Red. M.C.Məmmədov. B.: AzETETİİ, 1999. 18 s
  9. Azərbaycanda sənayenin inkişafına yaradılacaq azad iqtisadi zonaların təsir mexanizmləri /T.H.Əjdərov; Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi; Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutu/ Əjdərov, Təhmasib Hüseyn oğlu. iqt. e. n. Bakı: 1999. 10 səh.
  10. Bazar iqtisadiyyatı şəraitində Azərbaycan sənayesinin inkişaf istiqamətləri / T.H.Əjdərov; Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi; Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutu; Red.: A.A.Abdullayev. - B.: 1999. - 12 s.
  11. Azərbaycanda azad sahibkarlığın inkişafı və vergi mexanizmi /T. H. Əjdərov; Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi; Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutu / Əjdərov, Təhmasib Hüseyn oğlu. iqt. e. n. Bakı: AzETETİİ, 2000. 56 səh.
  12. Xarici iqtisadi əlaqələr və vergi mexanizmi / Əjdərov Təhmasib Hüseyn oğlu; Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi; Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutu / Bakı: AzETETİİ, 2000. 48 səh.
  13. İnkişaf etmiş xarici dövlətlərin vergi siyasətinin öyrənilməsi təcrübəsi / Əjdərov, Təhmasib Hüseyn oğlu. iqt. e. n. Bakı: AzETETİİ, 2001. 23 səh.
  14. Azərbaycanda vergi daxilolmalarının proqnozlaşdırılması /T.H.Əjdərov; Elmi red. M.C.Məmmədov Əjdərov, Təhmasib Hüseyn oğlu. iqt. e. n. Bakı: AzETETİİ, 2001. 18 səh.
  15. Azərbaycanda vergi siyasətinin büdcə gəlirlərinə təsiri /T.H.Əjdərov; Elmi red. M.J.Məmmədov; Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi; Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutu / Əjdərov, Təhmasib Hüseyn oğlu. iqt. e. n. Bakı: AzETETİİ, 2001. 60 səh.
  16. Azərbaycan sənayesinin müasir vəziyyəti və onun inkişafında vergi mekanizminin tənzimliyici rolu / T. H. Əjdərov. - Təbriz: Akhtar Publishing, 2001. - 158 s.; 20,5 sm. - Fars dilində. - 100 экз. - Monoqrafiya.
  17. Azərbaycanda vergi probleminin və vergi xidməti orqanlarının işinin təkmilləşdirilməsi istiqamətləri / T. H. Əjdərov. - Təbriz: Axtar, 2002. - 184 s. - Fars dilində. - 100 экз.. - ISBN 964-6756-73-5 - Monoqrafiya.
  18. Azərbaycanda vergiqoyma və vergi siyasəti problemləri /Təhmasib Əjdərov; Red.: G.Ə.Gənciyev / Bakı, "Sabah", 2001. 154 səh. ISBN 5-86106-221-8 - Monoqrafiya.
  19. Azərbaycan iqtisadiyyatının inkişafında vergi problemləri və onun tədqiqat aspektləri / T. H. Əjdərov; elmi red. A. Ş. Şəkərəliyev. - Bakı: Elm, 2001. - 534 s.: cədvəl. - 1000 экз.. - ISBN 5-8066-1349-6 - Monoqrafiya.
  20. Bazar iqtisadiyyatı şəraitində Azərbaycan sənayesi və onun inkişafına vergi mexanizminin təsiri / T. H. Əjdərov; red. Q. R. Qeybullayev. - Bakı: Bakı Universiteti nəşriyyatı, 2001. - 154 s. - 500 экз.- Monoqrafiya.
  21. "Azərbaycanda vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemləri" adlı tədqiqat işininin nəticə və tövsiyələri. Bakı: "Qorqud", 2001. 36 səh.
  22. Налоговая проблема в развитии экономики Азербайджана и аспекты ее исследования: Монография / Тахмасиб Гусейн оглы Аждаров. – Баку: [Б.и.], 2001. – 534 с. 1000 экз. – На укр. яз. ISBN 5-8066-1349-6
  23. Проблемы формирования и совершенствования налогового механизма в Азербайджанской Республике / дис. д-ра экон. наук: / Аждаров Тахмасиб Гусейн оглы; НАН Азербайджана, Институт экономики. - Баку, 2001. - 398 л.: рис., табл. - Библиогр.: л. 367-383.- Monoqrafiya.
  24. İqtisadi islahatlar şəraitində Azərbaycanda vergi konsepsiyasının təkmilləşdirilməsi problemləri: monoqrafiya / T. H. Əjdərov; red. S. H. Ağayev. - Bakı: Bakı Universiteti nəşriyyatı, 2001. - 169 s.: cədvəl. - 500 экз.
  25. Müəssisələrin inkişafına vergi mexanizminin təsiri. "Novruz: Ənənə və müasirlik" (Novruz bayramına həsr olunmuş elmi konfransın materialları - 17 mart 2001). 1-ci buraxılış, Bakı, ADMİU, "T" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2001. səh. 57-63.
  26. Проблеми формування та удосконалення податкового механізму в Азербайджанській Республіці. / Язык: украинский. http://www.allbest.ru/ / Київ, 2002. Arxivləşdirilib
  27. “Становление экономики и налоговая политика Азербайджана”. Аждаров Тахмасиб. Kиев, 2003. Pус. 310 стр. "инюрэ" пуб. Научный ред. др.экон.наук: Б.Kваснюк. ISBN 996-7278-96-4 - монография
  28. İnkişaf etmiş xarici dövlətlərin vergi siyasətinin öyrənilməsi təcrübəsi. Bakı, 2004.
  29. İqtisadiyyatın inkişafı və vergi siyasəti. Kiev, 2005. Rus dilində. 220 səh. "İnyure" nəş. red. İ.E.D T. Mostenskaya. - 1000 экз. - Monoqrafiya.
  30. Azərbaycanda sənayenin inkişafına yaradılacaq azad iqtisadi zonaların təsir mexanizmləri /T.H.Əjdərov; Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi; Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutu. B.: 2005. 10 s.
  31. Azərbaycanda azad sahibkarlığın inkişafı və vergi mexanizmi. Bakı, 2006.
  32. Vergi daxilolmalarının artırılması yolları. Moskva, 2006. Rus.
  33. Vergi və sahibarlığın inkişafı. Ukrayna, 2007. Rus.
  34. Vergi siyasətinin büdcə daxil olmalarına təsiri. Ukrayna, 2008. Rus.
  35. Vergi siyasəti. Belarusiya, 2009. Rus. - Monoqrafiya.
  36. Vergi daxilolmalarının stabilləşdirilməsi. Özbəkistan, 2010. Rus.
  37. Avropa oyunları — xalq marağı /T. Əjdərov. / http://www.anl.az/down/meqale/iki_sahil/2015/iyun/445394.htm //"İki sahil" qəzeti. - 2015. - 13 iyun. - Səh.29.
  38. Avropa Oyunları xalqımızın marağında olan tarixi hadisədir. Arxivləşdirilib (2019-06-16) azadinform.az — 24.06.2015 və //"Kaspi" qəzeti. - 2015. - 23 iyun. - səh.7.
  1. Аждаров Тахмасиб. "Становление экономики и налоговая политика Азербайджана" (PDF) (rus). инюрэ. 2003. İstifadə tarixi: 2019-08-06.
  2. "Dövlət vergi xidməti orqanlarının rəhbər işçilərinə fərdi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 1992-ci il tarixli, 353 nömrəli Fərmanı" (az.). e-qanun.az. 1992-12-10. 2019-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
  3. "Gədəbəy ziyalıları: Əjdərov Təhmasib Hüseyn oğlu" (az.). gedebey-ih.gov.az. 2019. 2019-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
  4. Ə.Q.Əlirzayev. Vergi tədqiqinə dair ilk elmi monoqrafiya // Xalq qəzeti. № 91 (22487). 1997-05-01. S. 3.
  5. A.Məmmədov. Vergi müfəttişliyi maliyyə nazirliyinə birləşə bilməz (Təhmasib Əjdərovla müsahibə) // Ədalət. № 107 (307). 1993-09-16. S. 2.
  6. "AMK. Elektron Kataloq: Əjdərov, Təhmasib Hüseyn oğlu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  7. Müəssisələrin inkişafına vergi mexanizminin təsiri. "Novruz: Ənənə və müasirlik" (Novruz bayramına həsr olunmuş elmi konfransın materialları - 17 mart 2001). 1-ci buraxılış, Bakı, ADMİU, "T" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2001. səh. 57-63.
  8. "Электронный каталог: Аждаров Тахмасиб Гусейн оглы". 2021-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  9. "Національна бібліотека України імені В. І. Вернадського: Аждаров, Тахмасіб Гусейн огли". 2020-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  10. "Проблеми формування та удосконалення податкового механізму в Азербайджанській Республіці" (ukrayna). allbest.ru. 2002. 2019-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
  11. Təhmasib Əjdərov, İranə Talışxanova. "AVROPA OYUNLARI-XALQ MARAĞI!". İki sahil. 2015-06-13. 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  1. Sizin namizədiniz qəzeti. 26 oktyabr 2005 ci il. “CBS polygraphic production”
  2. Azərbaycan qəzeti. 25 sentyabr 1993 cu il.
  3. Sərhəd (Milli Təhlükəsizlik Nazirliyinin orqanı ) qəzeti. 25 may 1996 ci il
  4. Xalq qəzeti. 1 may 1997-ci il.
  5. Kitab. “Azərbaycan İqtisadiyyatının inkişafında vergi problemi ve onun tedqiqat aspektleri”, Baki, Elm nəşriyyati 2001. T.Əjdərov.
  6. “Təhmasib Əjdərovun elmi əsərlərinin siyahısı”, sənəd, Azərbaycan Dövlət İqtisad Universitetinin elmi katibi E.M.Sadıqovun möhür və imzasıyla təsdiq olunmuşdur.
  7. Ekonomist jurnalı. Nomre 10. Ukrayna. Oktyabr 2003
  8. Ekonomist jurnalı. Nomre 12. Ukrayna. Dekabr 2002
  9. Ekonomist jurnalı. Nomre 8. Ukrayna. Avqust 2002
  10. Kitab. Rus dilində. “Становление экономики и налоговая политика Азербайджана”. Аждаров Тахмасиб. Kиев 2003.”