Tənha qadın (mahnı)

Tənha qadın — bəstəkar Cavanşir Quliyevin mahnısı. Mahnı Birinci Qarabağ müharibəsində həyat yoldaşı şəhid olmuş qadınlara həsr olunmuşdur. Mahnının sözləri şairə Zahidə xanıma aiddir. Mahnını ilk dəfə bəstəkar Cavanşir Quliyev 1999-cu ildə 8 Mart günü Aygün Kazımovanın SARA TV-də aparıcısı olduğu proqramda ifa etmişdir. Daha sonra Aygün Kazımova mahnını ifa etmiş və "Ah...!" adlı albomuna daxil etmişdir. Aygün Kazımova mahnını reper Mone (Murad Quliyev) ilə 2001-ci ildə remiks şəklində təqdim etmişdir. Repçi Mone Azərbaycanın keçmiş Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyevin oğludur.[1]

sinql
Tənha qadın
İfaçı Aygün Kazımova
Albom Ah...!
Yayımlanıb 1999
Janr pop
Dil azərbaycanca
Müddət 04:19
Bəstəkar Cavanşir Quliyev
Sözlərin müəllifi Zahidə xanım
"Ah...!" albomunun xronologiyası
"Tənha qadın"
"Son gecə"
Videoklip
 Tənha qadən (Aygün Kazımova)
"Təəssüf ki, 16 yaşındakı oğlan, qadın tənhalığını anlamaz, mövzunu oyuncağa çevirir."

bəstəkar Cavanşir Quliyevin YouTube-da yayımlanan Aygün Kazımovanın "Son Ay, son Gün" adlı konsert proqramında reper Mone ilə ifa etdiyi "Tənha qadın" duetinə rəyi

Klip haqında[redaktə | mənbəni redaktə et]

Aygün Kazımova mahnıya klipİ 2000-ci ildə çəkmişdir. Klipin rejissoru Loğman Kərimovdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]