Tər vəzisi

Dərinin quruluşunu və tər vəziləri

Tər vəziləriorqanizmdə tərləmə prossesini yerinə yetirən vəzilərdir. Tər vəziləri uzunsov borucuq şəklindədir. İnsanın dəri örtüyündə təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir. Dəri örtüyünün müxtəlif sahələrində tər vəzilərinin miqdarı eyni deyildir. İnsan normal şəraitdə sutkada 500 ml tər ifraz edir. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir. Burada temperatur tənzimi mərkəzi də yerləşir.[1] Tər vəziləri dırnaqsaç kimi dərinin əlavələri qəbul edilir. Bu vəzilər fiziki quruluşları, orqanizmdə yaşayış yerləri və funksiyalarına görə 3 müxtəlif alt qrupda bölünürlər.[2]

  • Apokrin tər vəziləri
  • Ekrin tər vəziləri
  • Apoekrin tər vəziləri

Apokrin tər vəziləri

[redaktə | mənbəni redaktə et]
Qadın döşündə tər vəzilərinin görünüşü

Tər vəziləri adlandırılmaqla yanaşı əsas vəzifələri tərləmə yəni orqanizm istiliyini tarazlamsı deyil. İnsana xas bədən qoxusunun edilməsidir. Apokrin vəzilərin özünə məxsus qoxusu; Tərkibindəki ammonyak, yağ turşuları və hidroksi turşulara və bunları həzm edən bakteriyalar tərəfindən ortaya çıxır. Bu vəzilərin hakimiyyət sahəsinin işarələnməsi, xəbərdarlıq və təhlükə siqnalı, cinsi cəlbedici kimi heyvanlarda rolları var. İnsanlarda bu vəzifələri tam olaraq açıqlanmayıb. Ekrin tər vəzilərinə görə orqanizmdə bölgüləri daha azdır. Əsasən qoltuğ altı, döşgöbək dəliyi ətrafı, qulaq arxası, budqasıqda var. Qoltuq altında sm 2 də 8–43 ədəd olaraq ölçülmüşdür. Asiya irqlərdə və kişilərdə apokrin tər vəziləri daha çoxdur. Apokrin tər vəziləri hirslənmə, ağrıseksual istək kimi hiss vəziyyətlərində ifrazatlarını artırırlar və dəri səthinə buraxırlar. Bu vəzilər qeyri-iradi sinir sistemi nəzarəti altındadır. Bu vəzilərin ifrazatları yağlı, sıx, sterilləşdirilmiş və qoxusuz quruluşdadır. Tərkibində zülal, yağsteroidlər var. Sebase vəzilərin kanalı ilə birgə dəriyə çıxarıldıqları üçün bu məzmuna sebumda iştirak edir. Dəri səthinə çıxdıqda tərkibindəki su buxarlanır lakin digər məzmunları dəri səthində qalır. Şəfaf- süd ağı rəngindədir ancaq daima dəyişkəndir. İnsanın dəri rənginə, pəhrizə və cinsiyyətə görə də dəyişir. Apokrin vəzilərdə lipidxolestrol tərkibi 20 mg/ml-dir. Orqanizmə yaşayış yerinə görədə miqdar dəyişkəndir. Qoltuq altında 60 mg/cm2-dır. Apokrin vəzilər ekrin tər vəzilərinə görə daha böyük daim funksiya halındadır. Ancaq istehsalları olduqca azdır. Məsələn, qoltuq altında gündə 1 mln-dir.

Ekrin tər vəziləri

[redaktə | mənbəni redaktə et]
Tər vəzilərinin göz qapağında eninə görünüşü

Bədən temperatur nəzarətində tərləmə; Ekrin tər vəziləri tərəfindən baş verir. Bu vəzilər klitor, glans, penis, labia minör, xarici qulaq yolu və dodaqlarda başqa bütün bədən səthində geniş olurlar. Yetkin bir insanda təxminən 1.6–5 milyon arası ekrin tər vəzisi vardır və sıxlıq adamdan adama, irqlərə görə dəyişə bilər. Orta hesabla 1 cm2 də 200 ekrin tər vəzisi var. Ən intensiv olaraq ayaq dabanları (620±20 cm2), alın (360±60 cm2), ovuc içi (300±50) və yanaqlarda (320±60 cm2) ən seyrək olaraq da kürəkdə (65±20 cm2) və daha sonrada kişilərdə yumurtalıq dərisində və budlarda olurlar. Doğumda körpələrdə yeniyetmələrlə bərabər sayda tər vəzisi var. Ancaq bədən səthi sahəsi dar olduğu üçün sıxlıq daha çoxdur. Həmçinin yeni təbiətində ekrin tər vəziləri fəaliyyət göstərmirlər, doğuşdan bir neçə həftə sonra işə başlayırlar. Digər bir çox vəzidə olduğu kimi tər vəzilərinin sekretuvar hissəsində "Prekürsör sekresyon" (ön tər ifrazatı)" ifraz olunur, bundan sonra kanaldan keçərkən bu mayenin bəzi maddələri sorulur və ən son dəri səthinə tər atılır. Ön tər ifrazatı vəzinin qıvrım hissəsindəki epiteliali hüceyrələrinin fəal bir ifrazat məhsuludur və bu hüceyrələrin üzərində və ya yaxınlığında bitən xolinergik cazibədar sinir lifləri bu tər istehsalını nəzarət edir. Gündəlik tərləmə miqdarı 10 litrə qədər çata bilər. Bunun 99% su, 0,5% mineral duzlar (kalium xlor, dəmir və s), 0.5 faiz çoxal və üzvi maddələr (kreatinin, ürik turşusu) təşkil edir. Tərdə qana görə daha az səviyyədə glukoza, laktik turşu və civə, spirt, efir olur.

Apoekrin tər vəziləri

[redaktə | mənbəni redaktə et]
Tər vəzilərinin dərinin eninə görünüşü

Ekrin və apokrin tər vəzilərinə bənzəyirlər, ikisinin qarışıq formasıdır. Ancaq ekrin tər vəziləri kimi öz kanalları ilə dəriyə açılırlar. Doğumla birlikdə var lakin aopkrin vəzilər kimi yetkinlik dövründə aktiv hala keçir. Qoltuq altında, anogenital regionda müəyyən edilmişdir. Qoltuq altında tər vəzilərinin 50% -indən çoxunu təşkil edir və bu hissədəhəddən artıq tərl cavabdehdir. Ekrin tər vəzi 10 qat daha çox tər ifraz edir. Apoekrinin tər quruluşu ekrin vəzilərinin ifraz etdiyi tərin quruluşuna bənzəyir bənzəyir. [3]

  1. [1] Arxivləşdirilib 2020-08-14 at the Wayback Machine Dəri və dərinin quruluşu
  2. [2] Arxivləşdirilib 2022-01-19 at the Wayback Machine Tər vəziləri türk.
  3. [3] Arxivləşdirilib 2017-03-02 at the Wayback Machine Tər vəziləri haqqında türk.