Tahir Məhərrəm oğlu Quliyev (14 mart 1947, Ağdü, Sisian rayonu) — Bakı Şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı (1993–2005), Xızı Rayonu İcra Hakimiyyətinin başçısı (2005–2007), Yeni Azərbaycan Partiyasının üzvü (1993), "Şöhrət" ordeni (Azərbaycan) mükafatçısı.
Tahir Quliyev | |
---|---|
Tahir Məhərrəm oğlu Quliyev | |
26 dekabr 2005 – 2007 | |
Sonrakı | Vaqif Abdullayev |
10 noyabr 1993 – 26 dekabr 2005 | |
Sonrakı | Nəsib Məhəməliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 mart 1947 (77 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
|
|
Təltifləri |
Tahir Məhərrəm oğlu Quliyev 14 mart 1947-ci il ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun (Sisian rayonu), Ağudi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. 1964-cü ildə Bakı Axşam Neft Texnikomunun mülki və sənaye tikintisi fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin ixtisas üzrə təhsilini bitirmişdir. 1968-ci ildə Xarici Dillər İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rus dili — ədəbiyyatı və azərbaycan dili — ədəbiyyatı fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1974-cü ildə həmin ixtisas üzrə təhsilini bitirmişdir.
Əmək fəaliyyətinə 1963-cü ildən 1967-ci ilədək Bakı şəhəri Binəqədi rayonunda yerləşən Ağac emalı zavodunda fəhlə kimi başlamış, usta və baş usta vəzifələrinə qədər yüksəlmişdir. 1967-ci ildən 1969-cu ilədək indiki Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 4 nömrəli Mənzil-istismar kontorunda texnik vəzifəsində çalışmışdır. 1969-cu ildən 1970-ci ilədək Bakı şəhəri Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 37 nömrəli Mənzil-istismar kontorunda mühəndis vəzifəsində çalışmışdır. 1970-ci ildən 1978-ci ilədək Bakı Şəhəri Soveti İcraiyyə Komitəsində (indiki Bakı Şəhər İcra Hakimiyyətində) müxtəlif vəzifələrdə çalışmışdır. 1978-ci ildən 1982-ci ilədək Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Kommunal təsərrüfat idarəsinin müdiri vəzifəsində çalışmışdır.
Dövlət qulluğunun baş müşaviridir. 54 il dövlət qulluğunda fəaliyyət göstərmişdir. Hazırda təqaüddədir.
Ulu öndər Heydər Əliyev tərəfindən 1993–1994-cü illərdə yaradılmış ordu quruculuğu dövründə Nəsimi rayon ordu batalyonunun yaradılmasında fəal iştirakçısı olmuşdur. Dəfələrlə müharibə bölgələrində olmuşdur. 1-ci Qarabağ müharibəsi veteranıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkə üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin həlledicisi olan, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərmiş Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev siyasi kursunun fəal iştirakçısı olmuşdur.
Ailəlidir, 4 övladı var.
5 çağırış (1978–1991) Nəsimi rayonu Xalq Deputatlar Sovetinin deputatı seçilmişdir.
1969-cu ildən 1970-ci ilədək Bakı şəhəri Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 37 nömrəli Mənzil-istismar kontorunda mühəndis vəzifəsində çalışmışdır. 1970-ci ildən 1978-ci ilədək Bakı Şəhəri Soveti İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1978-ci ildən 1982-ci ilədək Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Kommunal təsərrüfat idarəsinin müdiri vəzifəsində çalışmışdır. 1982-ci ildən 1983-cü ilədək Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1983-cü ildən 1991-ci ilədək Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır.
4 aprel 1991-ci il tarixdən 1 aprel 1993-cü il tarixədək yenidən Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Təşkilat şöbəsinin müdiri və Mənzil təsərrüfat idarəsində mühəndis vəzifələrində çalışmışdır. 1 aprel 1993-cü il tarixdən 29 iyun 1993-cü il tarixədək Bakı Şəhəri Soveti sədrinin köməkçisi və Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
29 iyun 1993-cü il tarixdən 10 noyabr 1993-cü il tarixədək Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1993-cü il tarixli 21 nömrəli Fərmanı ilə Bakı şəhəri Nəsimi rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Xızı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.[2]
2007-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşı olmuşdur.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Məclis üzvüdür.
Türk Ağsaqqalları İctimai Birliyinin (TAİP) Ağsaqqallar Şurasının üzvüdür.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvüdür.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyasının təsis edilməsində və formalaşmasında fəal iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının fəal yaradıcılarından biridir. Nəsimi rayon Yeni Azərbaycan Partiyası təşkilatının siyasi şurasının üzvüdür. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvüdür.[3]