Vaqif Abdullayev (siyasətçi)

Abdullayev Vaqif İdris oğlu (16 oktyabr 1956, Aşağı Şorca, Basarkeçər rayonu) — siyasi elmlər doktoru, professor, Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Xızı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı, Yeni Azərbaycan Partiyasının sabiq Siyasi Şura üzvü.

Vaqif Abdullayev
bayraq
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
10 aprel 2012 – 4 oktyabr 2018
Əvvəlkiİrşad Əliyev
SonrakıAsif Ağayev
bayraq
Xızı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2 aprel 2007 – 10 aprel 2012
ƏvvəlkiTahir Quliyev
SonrakıXəzər Aslanov
12 aprel 2002 – 2005
Seçki dairəsi2002 — 24 saylı Nərimanov birinci
ƏvvəlkiSamur Novruzov
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 16 oktyabr 1956(1956-10-16) (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur.

1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.[1][2]

2007-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir.[1][2]

Ailəlidir, 5 övladı, 12 nəvəsi var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992–1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd" jurnalında şöbə müdiri, 1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.

24 sentyabr 2001-ci ildə 24 saylı Nərimanov Birinci seçki dairəsi üzrə deputat seçilmiş Yeni Azərbaycan Partiyası üzvü Samur Novruzov ölmüşdür.[3] 12 aprel 2002-ci ildə 24 saylı Nərimanov Birinci seçki dairə üzrə əlavə seçkilər keçirilmişdir. Seçki nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası üzvü Vaqif Abdullayev Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı seçilmişdir.[4][5][6] O, 13 may 2003-cü ildə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.[7]

Vaqif Abdullayev 2 aprel 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2076 nömrəli sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[8] O, 10 aprel 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2135 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[9]

Vaqif Abdullayev 10 aprel 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2136 sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[10] O, 5 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 524 nömrəli sərəncamı ilBeyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[11].

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Vaqif Abdullayev 15 oktyabr 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin 1453 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[12]

Əsərləri rus, ingilis, latış, gürcü, ukrayna dillərinə tərcümə olunmuşdur.

  • Millət ideyası: siyasi aspekt-Bakı 1998
  • O, böyük siyasətə hazırdır-Bakı 1999
  • Azərbaycan yeni diplomatiya məkanında-Bakı 2000
  • Müstəqilliyimizin strategiyası-Bakı 2002
  • Sülh və sabitlik Prezidenti-Bakı 2004
  • Planetar təfəkkürlü lider-Bakı 2007
  • Azərbaycanın Mehriban siması-Bakı 2019
  • Humanizmin Azərbaycan simvolu. Bakı, "Təhsil", 2021, 432 səh.
  1. 1 2 "VAQİF ABDULLAYEV ALİM ADI ALANDA İCRA BAŞÇISI DEYİLDİ". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  2. 1 2 "Beyləqanın icra başçısı Vaqif Abdullayev necə professor oldu?". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. "Ömrü vəfasız çıxmış deputatlar: Milli Məclisin itkiləri - SİYAHI". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  4. "Azərbaycan Milli Məclisinin rəsmi veb saytında Vaqif Abdullayev haqqında məlumat". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  5. "AZƏRBAYCAN RESPUBLIKASININ MILLI MƏCLISINƏ TƏYIN OLUNMUŞ ƏLAVƏ SEÇKILƏRININ NƏTICƏLƏRI HAQQINDA ILKIN MƏLUMATLAR 12 aprel 2002-ci il". 2005-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  6. "AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 2002-ci il aprelin 12-də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  7. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  8. "V.İ. Abdullayevin Xızı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  9. "V.İ.Abdullayevin Xızı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  10. "V.İ.Abdullayevin Beyləqan rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  11. "V.İ.Abdullayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  12. "V.İ.Abdullayevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.