Tahir Rzayev

Tahir Rzayev (24 fevral 1950, Ağcabədi) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, VVI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru.

Tahir Rzayev
Vəzifədədir
16 noyabr 2001-ci ildən
Seçki dairəsi2001 — 52 saylı Ağcabədi
2005, 2010, 2015, 2020 — 82 saylı Ağcabədi
ƏvvəlkiFəxrəddin Həsənov (52 saylı Ağcabədi)
Vəzifə təsis edildi. (82 saylı Ağcabədi)
SonrakıVəzifə ləğv edildi. (52 saylı Ağcabədi)
Ağcabədi Şəhər Bələdiyyəsinin sədri
1999 – 2001
ƏvvəlkiVəzifə təsis olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 24 fevral 1950(1950-02-24) (74 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni

Tahir Rzayev 24 fevral 1950-ci ildə Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitabın müəllifidir. Rus dilini bilir.

1970-ci ildən Ağcabədi rayonunun tikinti idarələrində fəhlə olaraq çalışmışdır.

Evlidir, 3 övladı var.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tahir Rzayev 1971-ci ildən Ağcabədi rayonunda çıxan "Sürət" qəzetində ədəbi işçi, 1977-ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Ağcabədi Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Ağcabədi Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.

1989−1994-cü illərdə rayon yemçilik birliyində fəhlə, "Ülfət" qəzetində ədəbi işçi, "Aran" qəzetində şöbə müdiri, 1994–1999-cu illərdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999–2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası üzvüdür.

Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, VVI çağırış deputatı seçilmişdir. Aqrar siyasət komitəsinin sədri

2024-cü il oktyabrın 8-də Azərbaycan - Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]

  1. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.