Tamilla Həşim qızı Musayeva (31 dekabr 1931, Bakı – 26 yanvar 2019, Bakı) — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan mədəniyyəti tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi (2005), Dövlət mükafatı laureatı (1984).[1][2]
Tamilla Həşim qızı Musayeva 1931-ci il dekabrın 31-də Bakıda anadan olmuş, 1939–1949-cu illərdə Bakı şəhərində 46 saylı məktəbdə təhsil almışdır. Həmin ildə məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1954-cü ildə oranı fərqlənmə diplomu ilə qurtarmışdır. Həmin vaxtdan vəfatına qədər Tarix İnstitutunda elmi tədqiqat işi ilə məşğul olmuşdur. Tamilla Musayeva Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin baş elmi işçisi vəzifəsində çalışmışdır. Vəfat etdikdə "Azərbaycan mədəniyyəti tarixi" şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Tamilla Musayeva 100-dən artıq elmi əsərin, o cümlədən dörd monoqrafiyanın müəllifidir. O, 1962-ci ildə "Birinci beşillik illərində Azərbaycanda xalq təhsilinin inkişafı uğrunda mübarizə (1928–1932-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1980-ci ilin dekabrında isə doktorluq dissertasiyasını başa vurmuşdur. Onun 1980-ci ilin martında nəşr olunmuş "İnqilab və Azərbaycanda xalq təhsili (1920–1940-cı illərdə Azərbaycanda xalq təhsilinin inkişafı tarixinin oçerkləri)" monoqrafiyası dissertasiya kimi müdafiəyə təqdim olunmuşdur. Bu monoqrafiyaya görə ona tarix elmləri doktoru elmi dərəcəsi verilmişdir.[3]
Tamilla Musayeva 1984-cü ildə "İnqilab və Azərbaycanda xalq təhsili" monoqrafiyasına görə Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür.[4] O, SSRİ Nazirlər Soveti yanında AAK-ın 31 yanvar 1992-ci il tarixli qərarı ilə "Vətən tarixi" ixtisası üzrə professor elmi adını almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2005-ci il 878 nömrəli sərəncamına görə T. Musayevaya Əməkdar elm xadimi fəxri adı verilmişdir.
Tamilla Musayevanın elmi axtarışlarının əsas istiqamətlərindən biri 1920–1940-cı illərdə Azərbaycanda xalq təhsilinin inkişaf tarixi, bu sistemin yaranması və onun respublika zəhmətkeşlərinin ümumtəhsil səviyyəsinin yüksəldilməsində rolunun tədqiqi olmuşdur. Azərbaycanda xalq təhsilinin inkişaf tarixini elmi cəhətdən əsaslandırılmış dövrləşdirilməsi, onun əsas mərhələlərinin müəyyən edilməsi, xalq təhsilinin yaranmasının spesifik xüsusiyyətlərinin təhlili, xalqımızın keçdiyi tarixi yolun xüsusiyyətlərinin öyrənilməsi T. Musayevanın Azərbaycan tarixşünaslığına dəyərli töhfəsidir.
T. Musayeva respublikada birincilər sırasında Azərbaycanda savadsızlıqla mübarizə kimi həlledici problemin həllinin işlənməsi ilə məşğul olmuşdur. O, bu mübarizənin forma və metodlarını öyrənmiş, onun beşilliklər dövründə geniş tətbiq edilən mədəni yürüşlər və mədəni estafetlər kimi formalarını, bu mübarizədə xalq kütlələrinin iştirakı və rolunu, Azərbaycan şəraitində spesifik xüsusiyyətlərini tədqiq etmişdir. Bu məsələnin tədqiqi böyük beynəlxalq əhəmiyyət kəsb edirdi. Belə ki, Azərbaycanın təcrübəsi, respublikada onun həllinin forma və metodları, müsəlman dünyası ölkələrində savadsızlığın ləğvi təcrübəsində bu gün müvəffəqiyyətlə tətbiq edilə bilər.
T. Musayeva ilk dəfə olaraq 1920-ci ildən başlayaraq respublika maarif işçilərinin qurultay və müşavirə materiallarını öyrənmiş və elmi dövriyyəyə daxil etmiş, Azərbaycanda xalq təhsilinin yeni prinsiplərinin tədqiqində görkəmli müəllimlərin və maarif xadimlərinin fəaliyyətinin elmi təhlilini vermiş, ilk ali təhsil müəssisələrinin yaranması və inkişafını, yeni Azərbaycanlı ziyalı kadrlarının hazırlanmasında onların rolunu kompleks şəkildə öyrənməyə çalışmışdır.
Azərbaycanlı qadınların təlimi və təhsili, onların azadlıq və bərabərliyə aparan mürəkkəb yollarının öyrənilməsi, respublikanın ictimai-siyasi və iqtisadi həyatına cəlb edilməsi məsələləri alimin elmi axtarışlarının mövzusudur. O, ilk dəfə olaraq Azərbaycan və Cənubi Qafqazın bitərəf qadın qurultay və konfranslarının materiallarını aşkara çıxarmış və qadınların azadlığı prosesində onların rolunu göstərmişdir.
Onun tədqiqatlarında ötən əsrin 20–30-cu illərində həyata keçirilən əlifba islahatı, yazı problemləri mühüm yer tutur. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji qurultayın əhəmiyyətini açıb göstərmiş, qurultayda qəbul edilmiş material və sənədləri tədqiq etmiş, türk xalqlarının əlifbasını latın yazı qrafikasına keçirilməsində Azərbaycanın rolunu aşkarlamışdır. Bu sahədə onun "İstoria SSSR" (M., 1970, № 5) jurnalında nəşr edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış məqaləsi diqqəti cəlb edir. Onun tədqiqatlarında din, sovet hakimiyyətinin 20–30-cu illərdə dindarlara münasibəti məsələsi əhəmiyyətli yer tutur. T. Musayeva Azərbaycan tarixşünaslığında məlum səbəblərə görə lazımi səviyyədə öyrənilməmiş yeni bir problemi tədqiq etmişdir. Bu cəhətdən onun islam dininə həsr edilmiş və 1997-ci ildə Bakıda keçirilən beynəlxalq konfransda çıxışı diqqətəlayiqdir. Konfransda çıxışında o, ilk dəfə olaraq sovet hakimiyyətinin dinə münasibətinin təkamülünü izləməyə, totalitar rejim möhkəmləndikcə insan hüququnun pozulmasını, ateizmin güclənməsini və özfikirliliyin təqib olunmasını göstərməyə çalışmışdır.
Onun elmi axtarışlarının mühüm istiqamətlərindən biri elmin formalaşması və inkişafı məsələsidir. Alim Azərbaycanda ilk elmi mərkəzlərin yaranması tarixini öyrənmiş, 1945-ci ildə Milli Elmlər Akademiyasının yaradılmasının əsasını qoymuş "Azərbaycanın tədqiqi və tətəbbö cəmiyyəti"nin, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun (Az. DETİ), SSRİ EA Zaqafqaziya filialının fəaliyyətini hərtərəfli təhlil etmişdir.
T. Musayevanın məşğul olduğu 20–30-cu illərdə Azərbaycanın təkcə İttifaq daxili deyil, həmçinin respublika tarixşünaslığında tədqiq olunmamış xarici ölkələrlə mədəni əlaqələrini üzə çıxarmışdır. Bəhs olunan illərdə Azərbaycan xarici ölkələrlə geniş mədəni əlaqələr həyata keçirirdi. Bu axtarışların nəticələri "Azərbaycan beynəlxalq mədəni qarşılıqlı əlaqələrdə" mövzusuna həsr olunmuş beynəlxalq simpoziumda (Bakı, 1998) təhlil edilmişdir.
Azərbaycanın mədəniyyət tarixini T. Musayeva kompleks şəkildə tədqiq etmişdir. Yuxarıda qeyd edilən problemlərlə yanaşı, 20–30-cu illərdə ədəbiyyat və incəsənət (teatr, musiqi, kino, təsviri incəsənət) məsələləri də onun tədqiqat obyektidir. Bu problem 2000-ci ildə nəşr edilmiş çoxcildli "Azərbaycan tarixi"nin VI cildinin müvafiq fəsillərində (V, VIII, X) öz əksini tapmışdır. Bu fəsillərin elmi nəticələrindən biri, 20–30-cu illərin mədəni quruculuğu tarixinin bir çox məsələlərinin yeni baxımdan tədqiqində əldə edilən yeniliklərdir. Bu tədqiqatlarda totalitar-büroktarik rejimə məruz qalmış o dövrün mədəni quruculuğunda baş vermiş əyinti və deformasiyalar aşkarlanaraq təhlil edilmişdir. Bununla yanaşı, mədəni quruculuq sahəsində əldə edilmiş nailiyyətlər öz obyektiv şərhini tapmışdır.
T. Musayevanın iki monoqrafiyası "20–30-cu illər Azərbaycan ziyalılarının taleyində" və "Azərbaycan mədəniyyəti əsrlərin ayrıcında (XIX əsrin sonu-XX əsrin birinci yarısı)" çap olunmuşdur.[5]
T. Musayeva bir sıra ümumiləşdirilmiş, o cümlədən ümumittifaq əhəmiyyətli əsərlərin yazılmasında iştirak etmişdir. O, 1917-ci ildən 1941-ci ilədək olan dövrü əhatə edən, 1975 və 1976-cı illərdə Moskvada nəşr edilmiş "SSRİ-də mədəni həyat" ümumittifaq xronologiyasının I və II cildlərinin hazırlanmasında Azərbaycandan tərtibçi kimi iştirak etmişdir.
T. Musayeva üç cildli "Azərbaycan tarixi" kitabının (Bakı, 1963, III cild, I, II hissələr) müəlliflərindən biridir. O, 2000-ci ildə çap olunmuş "Azərbaycan tarixi"nin VI cildinin müəllifi və redaksiya heyətinin üzvlərindəndir. Alim ötən əsrin 20–30-cu illərində Azərbaycan mədəniyyətinin yaranması və inkişafı tarixinə həsr edilmiş V, VIII fəsillərin müəllifi, X fəslin isə müştərək müəllifidir. Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuş (VI, VIII, IX fəsillər) bir sıra yazıların müəllifidir.
Mədəniyyət məsələləri ilə yanaşı, T. Musayeva kənd təsərrüfatı, kolxoz istehsalının texniki yenidən qurulması məsələlərini də tədqiq edir. O, "1927–1929-cu illərdə Azərbaycanda kənd təsərrüfatının kollektivləşdirilməsi" (Bakı, 1982) sənədlər və materiallar toplusunun birinci cildinin tərtibçilərindən biri və toplunun "Giriş" hissəsinin müəllifidir.
T. Musayeva 2003-cü ildə nəşr olunmuş "Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər" adlı əhəmiyyətli əsərin tərtibçi redaktoru və müəlliflərindən biridir.
O, həmçinin Azərbaycan MEA-nın 60 illik yubileyi ilə bağlı 2005-ci ildə nəşr olunmuş "Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması və elmi ziyalı kadrların formalaşması yollarında (1920–1945-ci illər)" adlı monoqrafiyanın və Birinci Türkoloji qurultayın 80 illiyinə həsr olunmuş "Azərbaycan xalqının əlifbasının inkişafı yolunda mühüm mərhələ" adlı 2006-cı ildə çap olunmuş kitabın həmmüəllifidir.
Tədqiq edilən problemlərin mahiyyətinə dərindən nüfuz etmək, çoxsaylı mənbələrin və arxiv materiallarının tədqiqata cəlb edilməsi, elmi nəticələrin dəqiqliyi və ciddiliyi, elmi həqiqətin müdafiəsində prinsipiallıq və ardıcıllıq T. Musayevanın elmi işləri üçün səciyyəvi cəhətlərdir.
T. Musayeva beynəlxalq, ümumittifaq və respublika konfrans, simpozium və sessiyalarında elmi məruzələrlə dəfələrlə çıxış etmiş, bu forumlarda respublika tarix elmini ləyaqətlə təmsil etmişdir. Yalnız son beş ildə o, dörd beynəlxalq simpoziumda çıxış etmişdir.
T. Musayeva elmi-təşkilatçılıq işində fəal iştirak edir. Uzun illərdir ki, o, institutun Elmi Şurasının və doktorluq dissertasiyaları müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın üzvüdür, 29 tarix üzrə fəlsəfə doktoru və 12 tarix üzrə elmlər doktoru dissertasiyalarının opponentliyini etmişdir.
T. Musayeva elmi kadrların hazırlanması sahəsində böyük iş aparmışdır. Onun rəhbərliyi altında 15 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir və o, 4 doktorluq işinin və bir sıra doktorant və dissertantların elmi rəhbəri olmuşdur.
O, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. T. Musayeva bir neçə il ərzində Bakı Dövlət Universitetinin tarix fakültəsində "Azərbaycan tarixi" üzrə ümumi kursdan, "Azərbaycanda mədəni quruculuq tarixi" üzrə isə ixtisas kursundan dərs demişdir, dəfələrlə universitetin tarix fakültəsində dövlət imtahanları komissiyasına sədrlik etmişdir.
T. Musayeva tarix elminin nailiyyətlərinin təbliği sahəsində fəal iş aparmışdır. Onun dövri mətbuatda Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı məsələlərinə həsr edilmiş 25 publisistik məqaləsi nəşr olunmuşdur.
İşlədiyi müddətdə T. Musayeva özünü yüksək erudisiyalı və təşəbbüskar elmi işçi, respublika elmi ictimaiyyəti içərisində Azərbaycanın mədəniyyət tarixinin tədqiqi sahəsində aparıcı mütəxəssis kimi tanıtmışdır.
Tamilla Həşim qızı Musayeva 24 yanvar 2019-cu ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhərində Yasamal qəbiristanlığında ("Qurd qapısı" qəbirstanlı) həyat yoldaşı tarix elmləri doktoru, professor Adil Məmmədovun yanında dəfn edilmişdir.[6]
- Борьба за развития народного образования в Азербайджане в годы первой пятилетки. Баку, 1964, 134 с.
- Революция и народное образование в Азербайджане. Баку, 1980, 288 с.
- На путях создания национальной Академии наук и формирования кадров научной интеллигенции Азербайджана. Баку, 2005, 176 с.
- Важная веха на пути развития письменности азербайджанского народа. Баку, 2006, 72 с.
- 1933–1934-cü illərdə Azərbaycanda kolxozların təsərrüfat-təşkilat və siyasi cəhətdən möhkəmləndirilməsində sosializm yerışının rolu /Elmi əsərlər/ Azərbaycan SSR EA Tarix İnstitutu. Elm, 1961, XV с. 122–149
- Yeni həyatın carçısı (S. A. Ağamalı oğlunun 100 illiyinə) //"Ədəbiyyat və incəsənət". Bakı, 1967, 27 dekabr. 0,3 ç.v.
- Azərbaycan mədəni quruculuğunda yazı məsələləri // Elmi əsərlər/ Azərbaycan SSR EA Tarix İnstitutu. Elm, 1970. – XVIII, s. 43–60
- Mədəni inqilab. ASE. — VI c. – Bakı, 1982, 479 s.
- Mədəni yürüş. ASE. VI c. 1982. 479 s.
- Zaqafqaziya qadınlarının beynəlmiləl tərbiyəsi. Kommunist, 26 may 1982. 0,4 ç.v.
- Zaqafqaziya qadınları I qurultayının 60 illiyi // "Ədəbiyyat və incəsənət", 28 may, 1982. 0,4 ç.v.
- Birinci Zaqafqaziya Sovetlər qurultayı // "Kommunist", 1983, 6 yanvar. 0,4 ç.v.
- "Rədd olsun savadsızlıq" cəmiyyəti // ASE. — YIII c. – Bakı, 1984, s. 131
- Kommunizmin fəal qurucuları. (E. H. Qədirovanın "Azərbaycan qadınları kommunizmin fəal qurucularıdır (1966–1980)". Bakı, 1985, 10, 8 ç.v. // Azərbaycan SSR EA Xəbərləri, TFH ser. – 1985. — № 2, s. 128–129
- Fəhlə fakültələri // ASE, IX. Bakı, 1986, s. 545
- Böyük Oktyabr və Azərbaycanda mədəni inqilabın keçirilməsində xalq kütlələrinin rolu // Böyük Oktyabr ideyalarının Azərbaycanda təntənəsi. – Bakı: Elm, 1987, s. 148–161
- Cəmiyyətin sosial strukturunun inkişafı. // Böyük Oktyabr ideyalarının Azərbaycanda təntənəsi.-Bakı, Elm, 1987, s. 210–241. AMEA-nın müxbir üzvi A. K. Ələsgərov. Həmmüəllif T.e.d. B. S. Qurbanov
- Bizim milli mədəniyyətimiz (nailiyyətlər, nöqsanlar, problemlər) // "Xalq qəzeti", 26 avqust 1991, 0,8 ç.v.
- Gəncə 1921-iyun 1941-ci illərdə // Gəncə (tarixi oçerk). Bakı, Elm, 1994, s. 104–123, Həmmüəllif t.e.d., prof. A. Ə. Məmmədov
- Azərbaycan Tarixi. Yeddi cilddə. VI cild. (aprel 1920 — iyul 1941). Bakı. –Elm. 2000. 1. V fəsil. – "Mədəni quruculuğun başlanması (1920–1927-ci illər)". s. 201–249 ; 2. VIII fəsil. – "Mədəni quruculuq (1928–1937-ci illər)". s. 308–367 ; 3. X fəsil: "Azərbaycan II Dünya müharibəsində. (1938-iyun 1941-ci illər)". s. 387–410 ; 4. VI cildin redkollegiyasının məsul katibi, Xülasə (rus dilndə). s. 411–414. Həmmüəllif T.e.d., prof. A. Ə. Məmmədov
- Azərbaycan 1920–1991-ci illərdə. s.297–299 // Azərbaycan Milli Ensiklopediyası. Elmi Mərkəzi. Bakı, 2007. 884 s.
- Azərbaycan Sovet Sosialist Respublikası (1920–1922-ci illər). Azərbaycan SSR (1922–1941-ci illər), s. 299–304// Azərbaycan Milli Ensiklopediyası. Elmi Mərkəzi. Bakı, 2007. 884 s. Həmmüəllif T.e.d., prof. A. Ə. Məmmədov
- Azərbaycan Milli Ensiklopediyası. Elmi Mərkəzi. Bakı, 2007. 884 s.
- Azərbaycan qəhrəmanı Sultan bəy // Azərbaycan, 2012, 21 yanvar
- Социалистическая индустриализация Азербайджана /1926–1932 гг./ Сборник документов и материалов, часть I. Изд-во АН Азерб. ССР. Баку, 1957. 57 п.л. Одна из составителей
- Борьба за ликвидацию неграмотности в Азербайджане /1928–1932 гг. // "40-летие Азербайджанкой социалистической республики". Изд-во АН Азерб. ССР. Баку, 1960. с. 297–317
- Введение всеобщего обязательного начального обучения в Азербайджане /1928–1932 гг. // Известия АН Азерб. ССР. Серия общественных наук, 1960, № 5, с. 21–32
- Комсомол Азербайджана в борьбе за ликвидацию неграмотности в Азербайджане в годы первой пятилетки /1928–1932 гг.// Известия АН Азерб. ССР. Серия общественных наук, 1961, № 1, с. 3–11
- Развитие школы Среднее специальное и высшее образование // "История Азербайджана", т. III, ч. II, гл. 34, § 2.Изд-во АН Азерб. ССР. Баку, 1963, с. 218–225, д.п.н., проф.М.М. Мехтизаде
- Развитие школы. Среднее специальное и высшее образование // "История Азербайджана", т. III, ч. II, гл. 37, § 2. Изд-во АН Азерб. ССР. Баку, 1963, с. 392–399, д.п.н., проф.М.М. Мехтизаде
- Библиография // "История Азербайджана", т. III, ч. I, II,Изд-во АН Азерб. ССР. Баку, 1963, с. 469–525, həmmüəllif к.и.н. Н.Г.Кадырова
- Хронология // "История Азербайджана", т. III, ч. I, II,Изд-во АН Азерб. ССР. Баку, 1963,с. 444–467, həmmüəllif к.и.н.Н.Г.Кадырова
- Герои Советского Союза – сыны Азербайджана. Очерк о Мусеибе Багирове. Сборник очерков.Баку, 1963,0,4 п.л.
- Борьба за развитие народного образования в Азербайджане в годы первой пятилетки. Автореферат на соискание уч.ст.канд.ист.наук. Баку, 1964, 29 с.
- Борьба за развитие народного образования в Азербайджане в годы первой пятилетки. Монография. Изд-во АН Азерб. ССР. Баку, 1964, 8 п.л.
- Культурное строительство в Азербайджане /1920–1940 гг.// Выступление в Москве на Всесоюзной конференции по истории культуры в СССР в 1965 г. В кн. "Культурная революция в СССР". Изд-во "Наука". М., 1967, с. 369–377
- Великий Октябрь и достижения культуры Советского Азербайджана // Известия АН Азерб. ССР. Серия общественных наук, 1967, № 3–4, 1,5 п.л.
- Преодолевая вековую отсталость //"Вечерняя средняя школа". М., 1969, № 6,0,3 п.л.
- Вопросы письменности в культурном строительстве Азербайджана // Труды Института истории АН Азерб. ССР, т. XVIII. Баку, 1970, 1,5 п.л.
- Реформа алфавита в Советском Азербайджане в 20-х годах // "История СССР", Изд-во "Наука", Москва,1970, № 5, с. 91–102
- В.И.Ленин и народное образование в Азербайджане // "Баку", 27 января 1970 года, 0,3 п.л.
- Рабочие факультеты /к 50-летию ленинского декрета // "Бакинский рабочий", 17 сентября 1970 г. 0,3 п.л.
- Строительство советской школы в Азербайджане /1920–1925 гг.// "История СССР", Изд-во "Наука". Москва, 1974, № 3, с. 146–154
- Культурная жизнь в СССР /1917–1927 гг.// Хроника, т. I. Изд-во "Наука". Москва, 1975,85 п.л. Составитель от Азербайджана
- Культурная жизнь в СССР /1928–1941 гг.// Хроника, т. II. Изд-во "Наука". Москва, 1976. 85 п.л. Составитель от Азербайджана
- Осуществление ленинских идей культурной революции в Азербайджане // В кн.: "Великий Октябрь и расцвет экономики и культуры Азербайджана". Баку, 1977. с. 186–200
- К созданию рабочих факультетов в Азербайджане /1920–1925 гг.// Известия АН Азерб. ССР. Серия истории, философии и права, Изд-во "Элм", 1977, № 3. с. 42–50
- Революция и народное образование в Азербайджане /1920–1940 гг. Автореф. дисс. на сосиск. уч.ст.д.и.н. Баку, 1980. 52 с.
- Революция и народное образование в Азербайджане (Очерки истории развития народного образования в Азербайджане 1920–1940 гг.). Монография. Баку, "Элм",1980. 19,3 п.л.
- Высшая школа и подготовка высококвалифицированных кадров специалистов в Азербайджане // Известия АН Азерб. ССР. Серия истории, философии и права, 1980, № 1. с. 69–80
- Культурное сотрудничество Азербайджана с братскими республиками Закавказья в годы социалистического строительства /1920–1940 гг.// Известия АН Азерб. ССР. Серия истории, философии и права, 1982, № 3. с. 3–12
- Бакинская коммуна и вопросы просвещения// "Русский язык и литература в азербайджанской школе", 1982, № 10. 0,4 п.л.
- Коллективизация сельского хозяйства в Азербайджане. В 3-х томах. Подготовка сплошной коллективизации сельского хозяйства в Азербайджане /1927–1929 гг./, т. I. // Сборник документов и материалов. Изд-во "Элм". Баку, 1982. 20,25 п.л. Автор "Введения", с. 5–25. Одна из составителей
- Светлый путь (к 60-летию первого съезда женщин Закавказья). // "Бакинский рабочий", 26 мая 1982 г. 0,5 п.л.
- Важная веха на пути организационно-хозяйственного и политического укрепления колхозов в Азербайджане (К истории первого слёта колхозников-ударников Азербайджана). // Известия АН Азерб. ССР. Серия истории, философии и права, 1985, №II. с. 3–9
- К 50-летию первого слета колхозников-ударников Азербайджана. // "Бакинский рабочий", 1 апреля 1983 г. 0,6 п.л.
- К учёбе – творчески. О системе народного образования в Азербайджане. // "Бакинский рабочий", 2 февраля 1984 г. 0,7 п.л.
- Торжество ленинской национальной политики. К 60-летию 3 съезда Коммунистической организации Закавказья // "Бакинский рабочий", 17 мая 1984 г. 0,3 п.л.
- Из истории раскрепощения женщин и их интернационального воспитания // Известия АН Азерб. ССР. Серия истории, философии и права, 1984, № 4. с. 9–16
- Навеки в памяти народной (к столетию со дня рождения И.Фиолетова) // "Бакинский рабочий", 18 декабря 1984 г. 0,2 п.л.
- Легендарный комиссар // "Бакинский рабочий", 18 января 1986 г. 0,3 п.л.
- Комментарии к докладу Шанталь Лемерсъе-Келькеже на конференции "Национализм и социальные изменения в Закавказье", состоявшейся в Вашингтоне в апреле 1980 г.// Азербайджан за рубежом, 1987, № 14. с. 58–63
- Борец за народное счастье (к 110-летию Ханифы Терегулова) // "Баку", 31 января 1987 г. 0,2 п.л.
- Счастлив, что работал среди вас (К 100-летию А.С.Енукидзе) // "Бакинский рабочий", 1987, 14 мая. 0,3 п.л.
- Утверждая идеалы революции /к 120-летию со дня рождения С.Агамалиоглы // "Бакинский рабочий", 26 декабря 1987 г. 0,3 п.л.
- Дело борцов не пропало // "Элм", 23 апреля 1988 г. 0,3 п.л.
- Символ дружбы и братства // "Элм", 17 сентября 1988 г. 0,3 п.л.
- Первые последователи Великого Октября // "Коммунист", 24 апреля 1988 г. 0,4 п.л.
- Перестройка и вопросы культуры // "Бакинский рабочий", 17 июня 1989 г. 0,6 п.л.
- Открытое письмо доктору технических наук, профессору, лауреату Госпремии СССР В.Петровскому // Письмо-Обращение."Элм", 18 октября 1989 г. 0,2 п.л.
- Съезд борьбы и надежды /к 70-летию I съезда народов Востока // "Бакинский рабочий", 19 октября 1990 г. 0,4 п.л.
- Народное образование Азербайджана на путях перестройки // "Бакинский рабочий", 7 марта 1991 г. 0,6 п.л.
- Исторический опыт культурного сотрудничества Азербайджана (20–30-ые годы) // Бакинский международный симпозиум 20–22 октября 1994 г. Изд-во "Азербайджан". Баку, 1995 г. с. 125–128
- Связи в области просвещения – важная сфера культурного взаимодействия Азербайджана // Второй Бакинский Международный симпозиум, 20–24 ноября 1995. Изд-во "Элм". Баку, 1997 г. с. 188–190
- Баку и проблемы письменности тюркских народов в 20–30-х годах // Третий Бакинский Международный симпозиум, 23–15 апреля 1997 г. Изд-во "Элм". Баку, 1997 г. с. 106–110
- Международные культурные связи Азербайджана в 20–30-е годы. // Сборник докладов Четвертого Бакинского Международного Симпозиума "Азербайджан в многовековых многогранных культурных взаимосвязях". (4–6 июня 1998 г.). Изд-во "Насир". Баку, 1999 г. с. 78–81
- Геноцид, учиненный над азербайджанским народом в марте 1918 г. // "Элм", 10 мая 2001 г. 0,9 п.л. Həmmüəllif д.и.н., проф. А.А.Мамедов
- Геноцид, учиненный над азербайджанским народом в марте 1918 г. // "Элм", 19 мая 2001 г.0,9 п.л. Həmmüəllif д.и.н., проф. А.А.Мамедов
- Геноцид, учиненный над азербайджанским народом в марте 1918 г. // "Элм", 26 мая 2001 г. 0,9 п.л. Həmmüəllif д.и.н., проф. А.А.Мамедов
- Геноцид, учиненный над азербайджанским народом в марте 1918 г. // Азербайджан и азербайджанцы, Изд-во "Баку", 2001, № 7–8. с. 81–89 Həmmüəllif д.и.н., проф. А.А.Мамедов
- Геноцид, учиненный над азербайджанским народом в марте 1918 г. // Азербайджан и азербайджанцы, Баку, 2001, № 7–8. с. 81–90
- Геноцид и террор-испытанные формы борьбы Армении против азербайджанского народа // Азербайджан и азербайджанцы, Баку, 2002, № 15–16. с. 3–11
- Идеологическая диверсия армян против азербайджанского народа // Азербайджан и азербайджанцы, Баку, 2002, № 3–4, с. 25–28
- К истории национального движения в Азербайджане в 1917–1918 гг. // Азербайджан и азербайджанцы, 2002, № 7–8. с. 37–43
- Геноцид и террор-испытанные формы борьбы Армении против азербайджанского народа // Азербайджан и азербайджанцы, 2002, № 15–16, с. 3–11 həmmüəllif д.и.н., проф. А.А.Мамедов
- Геноцид, учиненный над азербайджанским народом в марте 1918 г. // Исторические факты о деяниях армян на азербайджанской земле. Изд-во "Нурлан". Баку, 2003 г. с. 10–29 həmmüəllif д.и.н., проф. А.А.Мамедов
- Геноцид и террор-испытанные формы борьбы Армении против азербайджанского народа // Исторические факты о деяниях армян на азербайджанской земле. Изд-во "Нурлан". Баку, 2003 г. с. 29–46, həmmüəllif д.и.н., проф. А.А.Мамедов
- Идеологическая диверсия армян против азербайджанского народа. // Исторические факты о деяниях армян на азербайджанской земле. Изд-во "Нурлан". Баку, "Элм", 2003, с. 163–171,
- Исторические факты о деяниях армян на азербайджанской земле. Книга. Изд-во "Нурлан". Баку, 2003 г. 22,4 п.л. Редактор-составитель
- Важный вклад в историографию культуры Азербайджана // Tarix və onun problemləri, 2003, № 3, с. 247–249
- Вафа Кулиева. "Роль и позиция мусульманского духовенства в социально-политической и культурной жизни Азербайджана в XIX – начале ХХ вв. в ракурсе армяно-азербайджанских политических отношений"". Монография. Баку, Нурлан, 2003. Отзыв на монографию. // "Элм", № 37–38, 31 октября 2003 г. 370 с.
- Проблемы культуры в азербайджанской историографии // Сборник докладов международной научно-теоретической конференции азербайджановедов. Баку, 2004 с. 93–98
- Халил Исмайлов. "К вопросу развития системы методического обеспечения библиотек в Азербайджанской Республике (1918–2000 гг.)". Баку, 2000, 416 с. // Tarix və onun problemləri, Баку, 2004, № 3 с. 274–278
- Исламова Шафаг. "Становление и развитие библиотечной сети Академии наук Азербайджанской Республики /1923–1990 годы/". Диссертация. // ЗАО "Московские учебники" Сиди-Пресс. "Новая библиотека", М., 2004, № 1(37) с. 20–23
- На путях изучения наследия Наримана Нариманова. Гасан Гасанов "Национально-государственные взгляды и деятельность Наримана Нариманова". Диссертация, 2004 // Tarix və onun problemləri . 2005, № 1 с. 242–248
- Русско-азербайджанские связи. Феномены интеграции ХХ века // Исторический диалог. Изд-во "РАГС". М., 2004 с. 285–297, həmmüəllif д.и.н., проф. А.А.Мамедов
- О монографии Нэрмин Таирзаде. "Из истории азербайджанской интеллигенции". Изд-во Адилоглу. Баку, 2009 // "Элм", 17 июня 2010 г. 392 с.
- "Ценные источники по изучению истории Азербайджана". (Протоколы Заседаний Азербайджанского Революционного Комитета и Совета Народных Комиссаров (1920–1922 гг.)). Изд-во "Чашиоглу". Баку, 2009. // "Элм", Баку, 27 октября 2010 554 с. həmmüəllif д.и.н., проф. А.А.Мамедов
- На путях создания национальной Академии наук и формирования кадров научной интеллигенции Азербайджана .Монография.. Изд-во "Нурлан". Баку, 2005, 176 с.
- Важная веха на пути развития письменности азербайджанского народа. Монография. Изд-во "Тахсил". Баку, 2006,172 с.
- Азербайджанская ССР и РСФСР: пути экономических и культурных взаимосвязей в 20–30-е годы ХХ столетия // Azərbaycan MEA A. Bakixanov adına Tarix institutu, Elmi əsərlər, cl. XIX. Bakı, 2007, № 1, с. 125–141
- Классическое наследие азербайджанского народа. "Из истории издания журнала "Молла Насреддин" (Сборник документов. Составитель д.и.н. А.Пашаев). Изд-во "Чашиоглу". Баку, 2009. // "Элм", Баку, 16 февраля 2010. 336 с.
- Фонд Гейдара Алиева на страже культурных, национально-духовных ценностей Азербайджана (К 20-летию независимости Азербайджанской Республики). // Азербайджан и азербайджанцы. Баку, 2011, № 1-II. с. 18–22
- Historical facts of Armenia’s Actions in Azerbaijan land. Book. "Nurlan" pub. Baku, 2003. 22.4 a.1 Editor-Compiler co-author
- Genocide inflicted upon Azeri people in March of 1918 ? (co-author) // Historical facts of Armenia’s Actions in Azerbaijan land, Baku, 2003, 201–216
- Genocide and terror as tested methods of Armenia’s struggle against Azeri people (co-author) // Historical facts of Armenian land, Baku, 2003, 217–231
- Genocide over Azerbaijan nation in March of 1918 // Azerbaijan and Azerbaijanis 2003, № 3, p. 9–16
- Genocide and terror the tested forms of Armenia’s struggle against Azerbaijan nation // Azerbaijan and Azerbaijanis 2004, № 1–4, p. 3–10, 0.75
- Historical facts of Armenia’s Actions in Azerbaijan land. Book. "Bishkek-Megamedia", 2009, p. 304, Editor-Compiler co-author
- Исторические факты о деяниях армян на азербайджанской земле (на русск. и англ. яз.). Сборник статей. Изд-во "Təhsil". Баку, 2009, с. 432, Редактор-составитель