Başqırdıstan (başq. Башҡортостан) — tarixi və coğrafi bölgə, hansı ki Ufa qəzasının başqırdların məskunlaşdığı Ufa əyaltətinə çevrilməsi nəticəsində yaranmışdır. Hal-hazırda bu ərazidə Başqırdıstan Respublikası, Orenburq və Çelyabinsk vilayətləri, Tatarıstan Respublikasının şərq hissəsi, Udmurtiyanın cənub-şərq hissəsi, Perm diyarının cənub hissəsi, Sverdlovskun cənub-qərb hissəsi, Kurqannın qərb hissəsi, Samaranın şimal-şərq hissəsi, Saratovun şərq hissəsi yerləşir.[1][2]
Tarixi, etnoqrafik, linqvistik və digər tədqiqatlarda tarixin müxtəlif dövrlərində başqırd tayfaları və başqırd etnik qrupunun yerləşdikləri ərazini təyin etmək üçün Tarixi Başqırdıstan termini istifadə olunur.[3] İrek Akmanovun fikirlərinə görə, termin ilk dəfə 1930-cu illərdə Matvey Lübavski tərəfindən istifadə olunmuşdur.[4]
Keçmişdə başqırdların məskunlaşdığı bütün ərazilər Başqırd eli (başq. Башҡорт иле) adlanırdı.[5]
Terminin sinonimi kimi ərazi adının əvvəlki variantlarını göstərmək olar: Başqurd, Başgirdlər, Başgird, Baskardiya, Başgirdiya, Başqırd çölləri, Bastarklar ölkəsi, Başqırd, Başcardlar, Başgiriya. XII–XIV əsrlərdə yaşamış Fəzlullah Rəşidəddinin Oğuznamə əsərində Başqurd adlı ərazi qeyd olunmuşdur.[6]
Misal üçün, Tarixi Başqırdıstan anlayışı Böyük Macarıstan (Major Hungaria, Magna Hungaria) anlayışına uyğundur, hansı ki XIII əsr fransisk rahibi Covanni Karpininin səyahət hesabatında qeyd etdiyi macarların hipotetik ilk yurdudur. Onun axtarışını 1230-cu illərdə macar dominikanları aparırdılar, onlar içərisində ən məşhuru Yulian olmuşdur.[7]
Ərazinin coğrafi mövqeyi Cənubi Ural və onun ətraf yerlərinə düşür. Rəsmi olaraq bu ərazinin sərhədləri qeyd olunmayıb. Müxtəlif mənbələr təxmini sərhədləri təsvir etmək üçün müxtəlif variantlar təqdim edir, onlar adətən nəzərdən keçirilən tarixi dövrlərdən asıllı olur.
Bu ərazi ilə bağlı ən erkən məlumatlar, "Divanü Lüğat-it-Türk" (1072–1074) müəllifi Mahmud Kaşğariyə aiddir, əsərdə sxematik planda Başqırd çölü adında qeyd olunmuş yer mövcuddur.[8] Sxematik plan dəqiq coğrafi təsviri təmin etməsə də, Xəzər dənizi və Volqa çayının qərbdən, Ural dağlarının qərb və şimaldan və İrtış vadilərinin şərqdən yaxın olması Başqırd çölünün harda yerləşdiyini bəlli etməyə kömək edir. Hələ ondan əvvəl X əsrdə Əhməd ibn Fədlan Əl-Başgird ölkəsini qeyd etmiş və səyahəti zamanı keçdiyi çayları sadalamışdır.[9]