Tarutino (Odessa vilayəti)

Tarutino (ukr. Тарутине, rus. Тарутино; keçmişdə – 3 nömrəli kənd, Ançokrak) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Tarutin rayonunun inzibati mərkəzi.

Şəhər tipli qəsəbə
Tarutino
ukr. Тарутине
rus. Тарутино
46°11′04″ şm. e. 29°08′58″ ş. u.
Ölkə  Ukrayna
Vilayət Odessa
Rayon Tarutin
Tarixi və coğrafiyası
Əsası qoyulub 1814
Əvvəlki adları Ançokrak
3 nömrəli kənd
Yaşayış məntəqəsi statuslu 1957
Sahəsi 3.99 km²
Mərkəzin hündürlüyü 84 m
İqlimi orta quru-çöl
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 5,986[1] nəfər (2017)
Sıxlığı 1517,5 nəf./km²
Milli tərkibi ukrayın, rus, bolqar, moldovan, qaqauz, alman, yəhudi
Rəsmi dili ukrayn dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 4847
Poçt indeksi 68502
Nəqliyyat kodları BH, НН / 16
Xəritəni göstər/gizlə
Tarutino xəritədə
Tarutino
Tarutino
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarutinonun əsası 1814-cü ildə Ançokrak adı ilə qoyulmuşdur. Qəsəbənin adı Kaluqa vilayətiinin Tarutino kəndinin yaxınlıqlarında baş vermiş Tarutino döyüşündən gəlir. Bu döyüşdə Rusiya İmperator Ordusu I Napoleonnu məğlub etmişdir.

Tarutinonun əsası almanpolyak köçkünlər tərəfindən 1814-cü ildə qoyulmuşdur. Rusiyanın 1853–1856-cı illərdə baş verən Krım müharibəsindəki məğlubiyyətindən sonra, qəsəbə Moldova knyazlığının nəzarəti altına keçdi. XIX əsrin axırlarında qəsəbə əhalinin əksəriyyəti mahud və tütün fabriklərində işləyən müstəmləkəçilər idi. 1866-cı ildə qəsəbədə iplik və toxuculuq dəyirmanları, eləcə də bir kənd təsərrüfatı üzrə bir maşınqayırma zavodu inşa edilmişdir. 1877–1878-ci illərdə baş verən Rusiya-Osmanlı müharibəsində Rusiya qələbə çalmışdı. Nəticədə Tarutino qəsəbəni Rusiya imperiyasının nəzarətinə keçdi.[2]

XX əsrin əvvəllərində Tarutino sürətlə inkişaf edirdi. Qəsəbədə 2 maşınqayırma zavodu, 2 pivə zavodu və böyük bir parça fabriki tikilmişdi. Qəsəbə Akkerman rayonundakı almanların iqtisadi və mədəni mərkəzi olmuşdu. 1904-cü ildə 4 minlik əhaliyə sahib olan qəsəbənin 3 mini almanlardan ibarət idi.

Birinci Dünya müharibəsində hərbi əmrləri yerinə yetirməyən müəssisələrin bağlanmasına qərar verilmiş, nəticədə qəsəbədə işsizlik dərəcəsi artmışdı. Səfərbərliyin elan edilməsi vəziyyəti daha da pisləşdirmişdir. 1918-ci ilin əvvəllərində Rumıniya Bessarabiya regionunu işğal etmişdi. 1940-cı ilin yazında SSRİ-nin Bessarabiyanı ilhaq etməsindən sonra qəsəbədə yaşayan almanların demək olar ki, hamısı Faşist Almaniyasına köçmüşdür. Bu dövrdə qəsəbəyə çoxlu ukraynalı gəlmişdir. 22 iyul 1941–22 avqust 1944 tarixləri arasında, İkinci Dünya müharibəsi dövründə Tarutino Vermaxt qoşunları əsgərləri tərəfindən işğal edilmişdir.

2016-cı ilin fevral ayında qəsəbədə yerləşən Lenin heykəli sökülmüşdür.[3]

Tarutino tarixi Bessarabiya regionun cənubunda (Bucak), Moldova yaylasının üzərində yerləşir. Qəsəbədən Ançokrak çayı keçir. Qəsəbənin yerləşdiyi ərazidə orta və aşağı dərəcəli humuslu qara torpaqlar üstünlük təşkil edir. Qəsəbə çöl zonasında yerləşir.

Qəsəbə Berezino dəmiryol stansiyasından 7 km, Odessa şəhərindən isə 198 km uzaqlıqda yerləşir.

Qəsəbənin 8 min nəfərlik bir əhalisi var. Qəsəbədə ukraynalılar, ruslar, bolqarlar, moldovanlar, qaqauzlar, almanlar, yəhudilər və digər millətlərin nümayəndələri yaşayır. 1827-ci ildə qəsəbədə neçə nəfərin yaşadığı naməlum olsa da, 678 almanın və 248 polyakın yaşadığı məlumdur. 1875-ci ildə qəsəbədə 3,642 nəfər yaşayırdı. 1904-cü ildə qəsəbədə 4,270 nəfər yaşayırdı. Onların 3 mini alman, 1,020-i yəhudi idi. 1966-cı ildə qəsəbədə 4 min nəfər yaşayırdı. 2001-ci ildə qəsəbədə 6 min nəfər yaşayırdı.

  1. "yanvar 2017-ci il tarixindən "Ukraynanın mövcud əhalisinin sayı" statistika toplusu PDF(zip)". 2018-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
  2. Волости и важнѣйшія селенія Европейской Россіи (rus) (VIII). Sankt-Peterburq: Mərkəzi Statistika Komitəsi. 1886.
  3. "На Одещині знесли ще одного Леніна". 26 fevral 2016. 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.