Pirmələk

Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.[2][3]

kənd
Pirmələk
40°23′21″ şm. e. 43°48′51″ ş. u.
Ölkə  Ermənistan
Region Talin mahalı
Rayon Talin rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.600 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 822 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Pirmələk xəritədə
Pirmələk
Pirmələk

Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır. 1828–1832-ci illərdə kəndin əhalisi qovulmuşdur. Sonra əhalinin bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1918-ci ildə kəndin əhalisi yenidən məskunlaşmışdır. 1918-ci ildə kəndin əhalisi yenidən qovulmuş və 1915–1918-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd ermənicə Areq adlandrılmışdır. Kənd oradakı "Pirmələk" pirinin adı iləç adlanmışdır.[5]

Kənddə 1873-cü ildə 91 nəfər, 1897-ci ildə 329 nəfər, 1908-ci ildə 164 nəfər, 1914-cü ildə 176 nəfər, 1916-cı ildə 404 nəfər[6], 1918-ci ilin yanvarında 261 nəfər[7] azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur[8]. 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.202
  5. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Пирмәләк // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 178.
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.36–37, 118–119
  7. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219
  8. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219  (rus.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]