Tayçi Yamada (山田 太一, Yamada Tayçi?, 6 iyun 1934[1][2], Asakusa[d][4] – 29 noyabr 2023[3], Kavasaki[d], Kanaqava prefekturası) – Yaponiya ssenaristi və romançısı.
Tayçi Yamada | |
---|---|
yap. 山田 太一 | |
Doğum tarixi | 6 iyun 1934[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 2023[3] (89 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qocalıq[d] |
Təhsili | |
Fəaliyyəti | roman yazıçısı, ssenarist, yazıçı |
Yamada 1934-cü ildə Tokio şəhərində doğulmuşdur. O, Vaseda Universitetindən məzun olduqdan sonra 1958-ci ildə "Shochiku" studiyasına daxil olmuş və köməkçi rejissor kimi işləməyə başlamışdır. Rejissor Keysuke Kinoşitanın rəhbərliyi altında fəaliyyət göstərmişdir. Yamada 1965-ci ildə studiyadan ayrılmış və frilanser ssenarist kimi bir çox teleserialın istehsalında iştirak etmişdir.[5]
Yamada "Qəribə almalar" (ふぞろいの林檎たち, Fuzoroy no Rinqotaçi?) və "Kişilərin səyahəti" (男たちの旅路, Otokotaçi no Tabiçi?) kimi Yaponiya seriallarının ssenaristliyinə görə tanınır. 1976-cı ildə yayımlanmağa başlayan "Kişilərin səyahəti" Yaponiya ordusunun kamikadze korpusunun keçmiş üzvü haqqındadır. 1983-cü ildə yayımlanmağa başlayan "Qəribə almalar" isə kollec tələbələrindən bəhs edir. Yamadanın digər əsas işlərinə bir ailənin dağılmasından və dirçəlməsindən bəhs edən "Kişibenin albomu" (岸辺のアルバム, Kişibe no arubamu?) (1977) və 2011-ci ildə baş vermiş Senday zəlzələsindən zərər görmüş ailələrdən bəhs edən "Zaman dayanmır" (時は立ちどまらない, Toki va Taçidomaranay?) (2014) daxildir.[5]
Yamada filmlərə və tamaşalara ssenarilər yazmaqla yanaşı romançı da olmuşdur. 1988-ci ildə "Yad insanların yayı" (異人たちとの夏, İcintaçi tono Natsu?) romanına görə Yamamoto Şuqoro mükafatını qazanmışdır.[5]