Telman Hüseynov (alim)

Telman Hüseynov (tam adı:Hüseynov Telman Əlihüseyn oğlu; 28 dekabr 1934, Cəbrayıl rayonu4 avqust 2016, Bakı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru.

Telman Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 28 dekabr 1934(1934-12-28)
Doğum yeri
Vəfat tarixi 4 avqust 2016(2016-08-04) (81 yaşında)
Vəfat yeri

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Telman Hüseynov 1934-cü il 28 dekabrda Cəbrayıl rayonunda anadan olmuşdur. 1955-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu "Sənayenin iqtisadiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuş, aspiranturanı bitirdikdən sonra 1967-ci ilədək orada kiçik elmi işçi vəzifəsində çalışmışdır.

4 avqust 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1967-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. Ali məktəbdə işlədiyi 50 ilə yaxın müddətdə professor elmi adına layiq görülmüş, kafedra müdiri, fakültə dekanı, prorektor və rektor əvəzi vəzifələrində çalışmışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1967-ci ildə namizədlk dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Elm sahəsində əldə etdiyi nailiyyətləri ilə respublikada iqtisad elminin inkişafına sanballı nəzəri-praktik töhfələr vermişdir. Elmlər namizədi və elmlər doktoruna elmi rəhbər və məsləhətçi olmuş, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini işləmişdir.

15 adda monoqrafiya, dərslik, dərs vəsaitinin, habelə 150-dən çox elmi məqalə və tədris proqramının müəllifi olmuşdur. "Azərbaycan neftmaşınqayırmasının əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması yolları" monoqrafiyası 1969-cu ildə SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin bürünc medalı ilə mükafatlandırılmışdır. müstəqil Azərbaycanın iqtisadi təhsilinin təşkilində mühüm əhəmiyyət kəsb edən "Sənayenin iqtisadiyyatı", "Müəssisənin iqtisadiyyatı", "Firmanın iqtisadiyyatı" adlı dərslikləri bu gün də öz aktuallığını saxlayır.

Fəxri adları və təltifləri

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə "Əməkdar iqtisadçı", 2006-cı ildə isə "Əməkdar müəllim",[2]2015-ci ildə "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür.[3]

  1. "Telman Əlihüseyn oğlu Hüseynov – NEKROLOQ". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-08.
  2. "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında". 2020-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-08.
  3. "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-08.