Temperament ya da Xoy[1] – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarının emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.
Adətən, hər hansı bir insan qrupunda müşahidə apardıqda qrupdakı insanların birinin cəld, digərinin təmkinli, birinin tez özündən çıxan, digərinin müvazinətli, birinin hər şeyə tez reaksiya verən, digərinin ləng olduğunu görürük. İnsanların bir-birlərindən bu cür fərqli xüsusiyyətə malik olmaları qədim zamanlardan diqqəti cəlb etmişdir. Ona görə də, bəşəriyyət lap qədimdən müxtəlif adamların psixi xasiyyətlərinin tipik xüsusiyyətlərini ayırmağa, onların ümumiləşmiş portretlərini, tipologiyasını verməyə cəhdlər göstərmiş, temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə konkret həyat şəraitində bu və ya digər insanın davranışını qabaqcadan görmək və nəzərə almaq olardı. Tarixən insanları bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə «temperament» adı verilmişdir.
Temperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.
Temperament latın dilindən «qarışıq, mütənasiblik» deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim yunan görkəmli həkimi Hippokrat (e.ə. təxminən 460-377 illər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi»nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bu, «orqanizm şirələrinin» nisbəti yunanca «krasis» sözü ilə ifadə olunurdu ki, sonralar həmin söz yunanca temperamentum – «mütənasiblik» sözü ilə əvəz edildi. Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdi Qalen (təxminən 130-200-ci illər) məşhur traktatı «De temperamentum» adlı kitabında şərh etdiyi temperamentlərin tipologiyasını işləyib hazırladı.
Onun təliminə əsasən temperamentin tipi orqanizmdə bu şirələrdən birinin üstünlüyündən asılıdır. Temperamentin bu 4 tipinin adı həmin şirələrin adına uyğun verilmişdir: sanqvinik (latınca sanqvius-qan), fleqmatik (yunanca fleqma-selik, bəlğəm), xolerik (yunanca chole-öd), melanxolik (yunanca melian chole – qara öd).[2]
Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir.[3]
«Psixi fəaliyyət» anlayışı bizə artıq məlumdur. «Dinamik xarakteristika» ifadəsinə isə ilk dəfə temperament bölməsində rast gəlirik. Temperamentin mahiyyətini başa düşmək üçün əvvəlcə bu ifadəni aydınlaşdırmalıyıq.[3]
Diferensial psixofiziologiyada insanın psixikası iki aspektdə - məzmun baxımından və formal-dinamik (və ya psixodinamik) istiqamətdə öyrənilir. Şəxsiyyətin istiqamətini, münasibətlərini, əxlaqi görüşlərini, motivlərini və s. təhlil edərkən biz psixikanı məzmun baxımından nəzərdən keçiririk. İnsanın sosial cəhətdən şərtlənən mühüm xassələri ilə yanaşı dinamik xassələri də vardır. Psixikanın formal-dinamik aspektdə təhlili məhz bu xassələrin öyrənilməsini nəzərdə tutur.
Dinamik xassə nədir? Dinamika sözünü necə başa düşək? Dinamika yunan sözüdür. Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də aşağıdakı mənada işlənir: bir şeyin hərəkət halı, inkişafının, dəyişilməsinin gedişi. Biz psixi fəaliyyətin dinamik xarakteristikası deyəndə onun hərəkət halı üçün səciyyəvi olan xüsusiyyətləri nəzərdə tutacağıq.
Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp, (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.
Çox maraqlıdır ki, dilimizdə də psixi fəaliyyəti dinamik cəhətdən xarakterizə edən çoxlu söz və ifadə vardır. Astagəl, hövsələsiz, diribaş və s. sözlər buna misal ola bilər.
İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikalarina görə bir-birlərindən fərqlənirlər. Gəlin eyni şəraitdə müxtəlif adamların davranış və rəftarına diqqət yetirək:
Birinci situasiya: Tutaq ki, dayanacaqda beş nəfər avtobus gözləyir. Onlardan biri dirəyin yanında sakit dayanıb. Bir başqası bir yerdə qərar tuta bilmir: var-gəl edir. Üçüncüsü tez-tez saatına baxır... Avtobus gələndə isə biri qaça-qaça ona yaxınlaşır, bir başqası isə avtobusa minərkən heç yerişini də pozmur.
İkinci situasiya: Azərbaycan SSR xalq artisti N. Zeynalova Cəhrə arvad rolunda çıxış edir. Tamaşaçılardan biri az qalır uğunub özündən getsin. Qarşıdakı sırada oturmuş qadın da gülür, lakin o, elə gülür ki, heç dodaqları da tərpənmir.
Üçüncü situasiya: tutaq ki, dərsdə müəllim şagirdlərə 20 misralıq şeir verib onu əzbərləməyi tapşırır. Şagirdlərdən biri şeiri tez əzbərlədiyi halda başqası gec əzbərləyir.
Bu xüsusiyyətlər temperament xüsusiyyətləridir. Onlar insanın psixi fəaliyyətini məzmuna görə deyil, dinamik cəhətdən xarakterizə edirlər. Şeir əzbərləməyə aid misalı bu baxımdan təhlil edək. Şagirdlərin bir qismi şeiri tez əzbərləyirlər. Hətta onların içərisində təlimdə geri qalan şagirdlərə də az təsadüf olunmur. Belə şagirdlər bu sahədə çox vaxt bəzi əlaçı şagirdlərdən daha yaxşı nəticə göstərirlər. Bir çox şagirdlər isə şeiri sadəcə olaraq əzbərləyirlər. Onların içərisində çoxlu əlaçı şagirdlərə də rast gəlmək mümkündür. Biz bunun səbəbini aşağıda nisbətən ətraflı izah edəcəyik. Hələlik isə bir sualı aydınlaşdıraq: əgər şagird şeiri tez əzbərləyirsə, bu o deməkdirmi ki, o şeiri həm də yaxşı başa düşür? Və yaxud əgər şagird şeiri gec əzbərləyirsə, bu o deməkdirmi ki, o həm də şeiri yaxşı başa düşmür? Belə suallara cavab vermək asandır: şagirdin şeiri tez və ya gec əzbərləməsi hələ onun şeiri yaxşı başa düşüb-düşmədiyini göstərmir. Burada biz müxtəlif variantlar ilə rastlaşırıq. Şagird:
1. Şeiri tez əzbərləyir, yaxşı başa düşür.
2. Şeiri tez əzbərləyir, yaxşı başa düşmür.
3. Şeiri gec əzbərləyir, yaxşı başa düşür.
4. Şeiri gec əzbərləyir, yaxşı başa düşmür.
Bu variantların müqayisəli təhlili göstərir ki, şeirin yaxşı başa başa düşülüb-düşülməməsi bilavasitə onun tez və ya gec əzbərlənməsindən asılı deyildir. Şeirin песə başa düşülməsi psixi fəaliyyətin məzmunu (məsələn, təfəkkürün inkişafı səviyyəsi) ilə bağlıdır.
Bəzən şeiri şeiri gec əzbərləmiş şagirdin tez əzbərləmiş şagirdə nisbətən daha yaxşı başa düşməsi yalnız bununla izah olunmalıdır. Şeirin tez və ya gec əzbərlənməsi isə psixi fəaliyyətin ancaq və ancaq dinamikası haqqında təsəvvür yaradır. II və III variantların müqayisəli təhlili məhz bunu sübut edir.
Beləliklə aydın olur ki, temperament xüsusiyyətləri psixi fəaliyyəti ancaq dinamik cəhətdən xarakterizə edir.
Temperament xüsusiyyətlərini düzgün cəhətdən xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir. Misal göstərək: bir astagəl tələbə təsəvvür edin. Adi şəraitdə o, bir işi görənə kimi gün batır. Beləsi haqqında adətən deyirlər: elə bil ki, ayağının altında yumurta qalıb. İndi gəlin həmin tələbəni imtahan situasiyasında təsəvvür edək. Tutaq ki, qrup yoldaşları ona şparqalka ötürürlər: bu zaman onun hərəkətləri itiləşir, şparqalkanı bir göz qırpımında yoldaşından alıb gizlədir. Görəsən, bunu nə ilə izah etmək olar? Tələbənin motivləri ilə: o da, başqa tələbələr kimi təqaüdə düşmək üçün imtahanda yaxşı qiymət almaq istəyir. Bu о deməkdir ki, fəaliyyətin motivlərindən asılı olaraq psixi fəaliyyətin dinamikası dəyişilə bilər. Biz bura yuxarıda qeyd etdiyimiz amilləri (adətlər, psixi halətlər, şəraitin tələbləri və s.) də əlavə edə bilərik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir: fəaliyyətin motivlərindən, insanın psixi halətlərindən və ya situasiyanın tələblərindən asılı olaraq fəaliyyətin dinamikasının dəyişilməsi müvəqqəti xarakter daşıyır. Yuxarıda haqqında danışdığımız tələbəyə imtahandan sonra fikir versək, asanlıqla görə bilərik ki, o, elə həmin astagəl adamdır. Bu temperamentlə bağlı cəhətdir.
Əgor psixi fəaliyyətin dinamik xüsusiyyətləri temperament ilə müəyyən olunursa, onlar insanın davranış və rəftarında davamlı-sabit xüsusiyyətlər kimi özünü göstərir. Bunu nə ilə izah etmək olar? Fəaliyyətin motivləri və ya şəraitin tələbləri ilə bağlı olan dinamik xüsusiyyətlər müvəqqəti xarakter daşıdığı halda, temperamenti ifadə edən dinamik xüsusiyyətlərin davamlı, sabit olması nə ilə əlaqədardır?[3]
İnsanların psixi fəaliyətlərinin dinamikliyinə görə fərqlənmələri hələ qədim zamanlardan diqqəti cəlb etmişdir. Bu cür fərqlərin yaranmasının səbəbləri müxtəlif istiqamətdə öyrənilmişdir. Müasir dövrə qədər temperament haqqında əsasən üç nəzəriyyə geniş yayılmışdır: humoral nəzəriyyə, somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi.
Temperament haqqında humoral nəzəriyyənin banisi Hippokrat olmuşdur. Bu nəzəriyyənin adı latınca humor (maye) sözündən götürülmüşdür. Hippokrat ilk dəfə olaraq bu nəzəriyyəni əsaslandırmış və onun irəli sürdüyü dörd tipin adı müasir dövrdə də saxlanılmışdır. Hippokratın nəzəriyyəsi temperamentin öyrənilməsi üçün əsaslı təkan rolunu oynamışdır.
Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları göstərirlər ki, orqanizm daxilində hormonların nisbəti və balansı temperamentin təzahürlərini müəyyən edir, məsələn, qalxanabənzər vəzin hormonlarının çoxluğu insanın yüksək əsəbililik və qıcıqlanması ilə şərtlənir.
Yeri gəlmişkən, qeyd edək ki, bu terminlərin (Sanqvinik, Fleqmatik, Melanxolik, Xolerik) taleyi uğurlu olmuşdur. Onlar yarandıqları gündən müasir dövrə qədər sözün əsl mənasında nəinki psixologiya elmi tarixində vətəndaşlıq hüququ qazanmış, həm də ümumişlək sözlərə çevrilmişlər.[3]
Hal-hazırda temperament haqqındakı bu təsəvvürlər ancaq tarixi əhəmiyyət kəsb edir: hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, orqanizmdə çoxlu miqdarda hormonlar və mediatorlar vardır, yəni mayenin miqdarı 4 deyil, daha çoxdur. Bundan başqa, indi tamamilə aydındır ki, onlar insanın davranışına birbaşa deyil, dolayısı ilə - sinir sistemi vasitəsilə təsir göstərirlər.[3]
Qədim yunanlar insanın təbii xüsusiyyətlərinin, onun beyin quruluşunun, sinir sistemi xassələrinin bütün cəhətlərini kifayət qədər bilmirdilər. Lakin, bununla belə, qeyd etmək lazımdır ki, temperament haqqındakı bu təlim öz dövrü üçün mühüm nailiyyət idi. Qədim yunanlar hələ о zaman psixi xüsusiyyətlər ilə orqanizmin xassələri arasındakı əlaqəni dahiyanə surətdə görə bilmişdilər.[3]
Sonrakı əsrlərdə tədqiqatçılar davranışın bədən quruluşundakı və fizioloji funksiyalardakı fərqlərlə üst-üstə düşən müxtəlifliyi müşahidə edərək bu fərqləri nizama salmağa və qruplaşdırmağa çalışmışdırlar. Nəticədə temperamentin çoxsaylı konsepsiyaları və tipologiyaları meydana çıxmışdır. Bu konsepsiyaların əsasında şəxsiyyətin ən müxtəlif şərtləri qoyulmuşdur. Bir sıra konsepsiyalarda temperamentin xüsusiyyətləri irsi və anadangəlmə kimi başa düşülür və bədən quruluşunun xüsusiyyətlərində fərdi fərqlərlə əlaqələndirilirdi. Belə tipologiyalar konstitusion tipologiya adını alır. Bu tipologiya temperament haqqında somatik nəzəriyyənin əsasını qoymuşdur. Burada bədən quruluşu temperament tipi üçün əsas kimi götürülmüşdür. Onların sırasında ən geniş yayılmış tipologiya 1921-ci ildə öz məşhur «Bədən quruluşu və xarakter» əsərini nəşr etdirmiş E.Kreçmerin təklif etdiyi tipologiya oldu. Onun başlıca ideyasına görə müəyyən bədən quruluşu tipinə malik olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdirlər. Kreçmer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bu da ona 4 konstitusional tipini: leptosomatik, piknik, atletik, displastik tiplərini ayırmağa imkan vermişdir.
1. Leptosomatik – kövrək bədən quruluşu, hündür boy, yastı döş qəfəsi, dar çiyinlər uzun və arıq aşağı ətraflarla xarakterizə edilir.
2. Piknik – ifrat piy toxumu, balaca və ya orta boyla, böyük qarınlı, qısa boyunda girdə başlı, şişkin bədənlə xarakterizə edilir.
3. Atletik – inkişaf etmiş əzələləri, möhkəm bədən quruluşu, hündür və ya orta boylu, enli, çiyinləri olan adamdır.
4. Displastik – formasız, düzgün olmayan quruluşa malik adamdır. Bu tipdən olan fərdlər bədən quruluşunun müxtəlif deformasiyaları ilə xarakterizə edilirlər.
Bədən quruluşunun adı çəkilən tiplərinə Kreçmer onun şizotimik, iksptimik və siklotimik adlandırdığı 3 temperament tipini aid edir.
Şizotimik – astenik bədən quruluşuna malikdir, özünə qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara çətinliklə uyğunlaşır.
Ondan fərqli olaraq iksatimik – atletik bədən quruluşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək olmayan elastik düşüncəli həssas olmayan, çax vaxt xırdaca adamdır. Piknik bədən quruluşuna siklotimikdə malikdir. Onun emosiyaları sevinc və kədər arasında sıçrayır, adamlarla asanlıqla əlaqəyə girir, realist baxışlara malikdir.
Kreçmerin nəzəriyyəsi Avropada daha geniş yayılmışdır ABŞ-da XX əsrin 40-cı illərində U.Şeldonun temperament konsepsiyası böyük populyarlıq qazanır. Şeldon bədən quruluşunun əsas tiplərinin mövcudluğu haqqında fərziyyədən çıxış edirdi. Bu fərziyyəni təsvir edərkən embriologiyadan götürülmüş terminlərdən istifadə etməklə o, üç tipi müəyyən etmişdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf.
Şeldona görə bədən quruluşunun bu tiplərinə temperamentin müəyyən tipləri müvafiqdir. Müasir psixologiya elmində konstitusion konsepsiyaların əksəriyyəti onlarda insanın psixoloji xüsusiyyətlərinin formalaşmasında mühit və sosial şəraitin rolunun tonunun qiymətləndirilməsinə görə kəskin tənqidə məruz qalır.[2]
Yuxarıda qeyd etdiyimiz kimi, müasir psixologiyada temperamentin dörd tipi əsas götürülür: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentlərinə görə fərqləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanların hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün müasir psixologiyada temperamentin özünə məxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik, emosionallıq aiddir.:
Aktivlik. Bu xassə altında insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarşılaşdığı maneələri necə aradan qaldırması nəzərdə tutulur.
Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən zəif xarici və daxili təsirləri hiss etmək qabiliyyəti başa düşülür. Hər cür hiss və emosiyaların əmələgəlmə, cərəyanetmə və kəsilməsi xüsusiyyətləini xarakterizə edən xassə və keyfiyyətlər emosionallığa bağlıdır. Psixologiyada onun əsas cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional labilliyi fərqləndirirlər.
Emosiyaların gücü. Burada emosional oyanmanın intensivliyi və modallığı əsas götürülür.
Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında qorxulu şəraitdə özünü göstərən emosional oyanıqlıq başa düşülür.
Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi. Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti. Bu xassəni insanın xarici təsirlərə nə qədər tez uyğunlaşmasından (plastiklik) və ya əksinə, davranış adət və mülahizələrinin nə qədər ətalətli, dəyişkən olmamasından (rigid) bilmək olar.
Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla insanların temperament tiplərini müəyyənləşdirmək mümkündür.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər.
Bütün bunlarla yanaşı olaraq temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri vardır.[2]
Temperamentin tipi yaş xüsusiyyətlərindən də asılıdır. Məs: uşaqlıq dövründəki aktivliklə yaşlılıq dövründəki aktivlik bir-birindən fərqlənir.[4]
Psixologiyada psixi fəaliyyətin məzmunu və dinamikası anlayışları ayrılır. Psixi fəaliyyətin məzmunu dedikdə intellektin, təfəkkürün, təxəyyülün və s. inkişaf səviyyəsi keyfiyyəti başa düşülür. Dinamikası dedikdə isə onun gedişatı, cərəyanı başa düşülür. Bu baxımdan temperamentin xüsusiyyətləri psixi fəaliyyətin ancaq dinamik cəhətdən xarakteristikasıdır.
Temperamentin dinamik xarakteristikası kimi aşağıdakı xassələri ayrılır.
Hər bir temperament tiplərinin həm”-“, həm də “+”cəhətləri mövcutdur.
Xolerikin + cəhəti-işgüzarlılığı, qətiyətliliyi, təkitliliyi, enerjililiyi.
Xolerikikn “-”cəhətləri-özünü ələ almağı bacarmamağı, kobudluğu, səbirsizliyi.
Sanqivinikin “+ “cəhətləri- ünsiyyətçillik, mehribanlıq, sülhə meyillilik, yüksək enerjililik.
Sanqivinikin ”-“ cəhətləri- kifayət qədər qətiyətliliyin olmaması, bəzən yalançılıq, hamını razı salmaq istəyi.
Fleqmatikin “+”cəhətləri- təmkinlilik, səbirlilik, dözümlülük və.s.
Fleqmatikin mənfi cəhətləri-astagəllilik, hədsiz soyuqqanlılıq, tənhalığa meyllilik, qapalılıq.
Melonxolikin müsbət cəhətləri-həssaslıq, ürəyiyumşaqlıq və s.
Melonxolikin mənfi cəhətləri-passivlik, özünəqapanmaq, qorxaqlıq və s.
Tərbiyə prosesində bu cəhətləri nəzərə almaq lazımdır və tərbiyəni elə qurmaq lazımdır ki, temperament tipinin mənfi cəhətləri tədricən aradan qaldırılsın. Bu tərbiyə prosesində tərbiyə olunan hər bir şagirdə fərdi yanaşmaq üçün əsas verir.
Xoleriki həddən artıq acılamaq, fleqmatiki tələsdirmək, sanqiviniti ünsiyyətdən məhrum etmək, melonkoliki təqib etmək olmaz. Temperamentin tipi fəaliyyətin fərdi üslubuna uyğun gələ də bilər, gəlməyə də bilər.
Fəaliyyətin fərdi üslubu dedikdə-konkret insan üçün səciyyəvi olan və yaxşı nəticə əldə etməyə əlverişli hesab edilən fərdi əməliyyat priyomları və üsulları sistemi başa düşülür. Fəaliyyət icrası o zaman səmərəli olur ki, temperament tipi ilə fəaliyyətin fərdi üslubu üst-üstə düşür.
Temperamentin bəzi xassələrini yenidən yenidən tərbiyə etməklə onu fəaliyyətin tələblərinə uyğunlaşdırmaq mümkündür. Fəaliyyətin fərdi üslubunu formalaşdırmaq üçün temperamentin xassələri mütləq nəzərə alınmalıdır. Məs: Müvazinətsiz xolerik yersiz hərəkəti gizlətmək üçün sanqivinikə nisbətən daha tez şüursuz olaraq əks hərəkətlər icra edir. Fərdi üslubun formalarının mühüm şərtlərdən biri də görülən işə şüurlu yaradıcı münasibətin bəslənilməsidir.
Fəaliyyətin fərdi üslubu öz-özünə deyil təlim-tərbiyə və özünütərbiyə prosesində formalaşır.[4]
Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haqqında geniş yayılmış, bütün dünya miqyasında qəbul edilən üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akademik İ.P. Pavlov tərəfindən irəli sürülmüş bu nəzəriyyə ali sinir fəaliyyəti (ASF) sahəsində ən əsaslı kəşflərdən biri olmuşdur. İ.P. Pavlov bu yolla temperamentin fizioloji əsasları haqqında təlim yarada bilmişdir. Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament tiplərinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin bu tipləri anadan gəlmə xarakter daşıyır. Ona görə də İ.P.Pavlov bu tipləri genotiplər adlandırmışdır.[2]
Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün akademik İ.P.Pavlov əsas sinir prosesləri olan oyanma və ləngimənin üç xassəsini əsas götürmüşdür: 1) oyanma və ləngimənin qüvvəsi; 2) oyanma və ləngimənin müvazinət dərəcəsi; 3) oyanma və ləngimənin mütəhərrikliyi.[2]
Sinir sisteminin xassələri bir-biri ilə qarşılıqlı əlaqədədir. Onlar bir-biri ilə özünəməxsus surətdə uzlaşır və sinir sistemi tipini (və ya ali sinir fəaliyyəti tipini) müəyyən edir. Bir cəhətə diqqət edin: biz indiyə qədər temperament tipindən danışırdıq. İndi isə sinir sistemi tipi terminindən istifadə edirik. Onlar müxtəlif anlayışlardır: sinir sistemi tipi fizioloji, temperament tipi psixoloji anlayışdır.[3]
Sinir sistemi tipi terminini akademik İ. P. Pavlov təklif etmişdir. Hal- hazırda fiziologiyada və psixologiyada geniş istifadə edilən terminin evristik əhəmiyyəti böyükdür. Temperament tipi sinir sistemi tipi əsasında formalaşır, başqa sözlə, sinir sistemi tipi temperamentitemperamentin fizioloji əsasını təşkil edir.[3]
İtlər üzərində apardığı uzunmüddətli tədqiqatlar əsasında akademik İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təsnifatını vermişdir. O, oyanma və ləngimənin qüvvəsi xassəsinə görə itləri güvvətli və zəif olmaqla iki yerə ayırmış və burada zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd etmişdir. Oyanma və ləngimənin ikinci xassəsi olan müvazinət dərəcəsinə görə qüvvətli xassəyə malik olan heyvanların da iki yerə ayrıldığını göstərmişdir: cəld (diribaş) və asta tip. Nəticədə ali sinir fəaliyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı tiplərinin olduğu aşkara çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ; 3) diribaş (cəld); 4) sakit.[2]
Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, qüvvətli, müvazinətsiz xassəyə malik olan hövsələsiz coşqun sinir sistemi tipi xolerik temperament tipinin; qüvvətli, müvazinətli; mütəhərrik xassəyə malik olan diribaş (zirək) sinir sistemi tipi sanqvinik temperament tipinin; qüvvətli, müvazinətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik temperament tipinin fizioloji əsasını təşkil edir.[2]
Qarşıya bir sıra suallar çıxır: sinir sistemi tipləri, deməli, həm də temperamentitemperamentin tipləri ancaq 4 tipdən ibarətdir? Bəlkə elmə məlum olmayan başqa tiplər də mövcuddur?[3]
İ. P. Pavlov belə hesab edirdi ki, sinir sisteminin üç xassəsi əsasında 24 tip müəyyənləşdirilə bilər. O bu cəhəti nəzərə alaraq müəyyən etdiyi 4 tipi ali sinir fəaliyyətinin əsas tipləri adlandırmışdır.[3]
İ. P. Pavlovun laboratoriyasinda ali sinir fəaliyyəti tipləri sahəsindəki tədqiqatlar itlər üzərində aparılırdı. Onun bəzi əməkdaşları həmin tədqiqatların nəticələrini eyni ilə insanlara aid etməyə çalışsalarda, bu təşəbbüslər hələ insanın ali sinir fəaliyyəti haqqında əsaslı təlim yaratmaq imkanı vermirdi.[3]
1950-ci illərin əvvəllərində böyük əhəmiyyət kəsb edən bu məsələləri sovet psixoloqları (В. M. Teplov, V. D. Nebilitsin və onların əməkdaşları) öyrənməyə başladılar.[3]
В. M. Teplov və V. D. Nebilitsin, birinci növbədə, əsaslı tədqiqat metodikası işlədilər, müvafiq xassələrin fizioloji mənasını aydınlaşdırmaq məqsədilə riyazi, məsələn, faktor təhlili metodlarından istifadə etdilər. Onlar sinir sisteminin məlum xassələrini öyrənməklə yanaşı dinamiklik (beyin qabığında müvəqqəti rabitələrin yaranma sürətini və yüngüllüyünü ifadə edir) və labilik (oyanma və ləngimə prosesinin əmələgəlmə və kəsilmə sürətini səciyyələndirir) kimi yeni xassələr müəyyən edirlər.[3]
В. M. Teplov, V. D. Nebilitsin məktəbinin tədqiqatları göstərdi ki, qüvvə, dinamiklik, mütəhərriklik və labillik sinir sisteminin əsas xassələridir. Müvazinət dərəcəsi isə əsas xassə deyildir; o, əsas (qüvvə, dinamiklik, mütəhərriklik və labillik) xassələri oyanma və ləngimə proseslərinin nisbətinə görə səciyyələndirir. Bu baxımdan əsas xassələri xarakterizə edərkən üç göstəricini nəzərə almaq lazımdır:
a. Müvafiq xassənin oyanmaya görə indeksi;
b. Onun ləngiməyə görə indeksi;
c. Müvafiq xassə üzrə sinir proseslərinin balansını xarakterizə edən törəmə indeksi.[3]
Beləliklə də, sinir sisteminin əsas xassələrini (qüvvə, dinamiklik, mütəhərriklik və labilliyi) qeyd olunan üç indeksə görə xarakterizə edəndə 12 tip alınır.[3]
Temperament tipi sinir sistemi ilə şərtlənir. Bu eksperimental surətdə sübut edilmiş qanunauyğunluqdur. Lakin, bununla yanaşı olaraq eksperimental tədqiqatlar göstərir ki, sinir sistemi tipi ilə temperament tipinin əlaqəsi xətti (mexaniki) xarakter daşımır. Bir tərəfdən, temperamentin müəyyən bir xassəsinin sinir sisteminin bir neçə xassəsindən, digər tərəfdən isə temperamentin bir neçə müxtəlif xassəsinin sinir sisteminin bir xassəsindən asılı olduğunu göstörən müxtəlif faktlar müəyyən edilmişdir. Buna görə də insanı xarakterizə etmək üçün ali sinir fəaliyyəti tipinin xassələrini öyrənmək hələ kifayət deyildir, həm də psixoloji tədqiqatlar aparmaq və temperamentin xassələrini tədqiq etmək lazımdır.[3]
Temperament sözünün latın dilində hərfi tərcüməsi «hislərin (qarşılıqlı) lazımi qarşılıqlı nisbəti» deməkdir. Yunan həkimi Hippokratın (e.ə. V-IV əsr) yanaşmasında bildirilir ki, Temperament dedikdə insanın həm fərdi anоtоmik-fiziоlоji, həm də psiхоlоji хüsusiyyətləri nəzərdə tutulmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları ilə müasir psixologiyada indi də işlənilməkdədir.
Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.
İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər. Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir.
İnsan psixologiyasında, əhval ruhiyyəsində 4 temprament tipi mövcuddur: Sanqvinik, Xolerik, Fleqmatik, Melanxolik.[5]
Sanqvinik - Sürətlə yeriyir və tez-tez danışır, gördüyü film və oxuduğu kitab haqqında həyəcanla danışır, hər yeni bir fakta və məsələyə böyük maraq göstərir, mimikası zəngin, mütəhərrik və ifadəlidir. Onun əhvali-ruhiyyəsini, insanlara və ya obyektlərə münasibətini elə üzündən oxumaq olar. Hissləri və əhvali-ruhiyyəsi çox deyişkəndir. Bu tipə məxsus olan insanlar tez coşub tez sakitləşirlər, emosionaldırlar, çevikdirlər, bacarıqlı və qabiliyyətli olurlar, insanlarla tez ünsiyyət qurur, xoşbəxt və ətrafın sevimlisi, üzü nurlu olur. Yaş artsada üz cizgiləri sanki uşaqlıq da olduğu kimi qalır.Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər.
Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, “sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman ərzində onlarla dil tapacaq. Və həyatdan həzz almağı bacaracaq”. Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır.
Tez-tez ucadan danışır, çox ifadəli sifəti olur, maraqları sabit və davamlıdır, çətinlik meydana cıxdıqda özünü itirmir ve böyük enerji ilə onu aradan qaldırmağa çalışır. Belə insanlar həyatda rahat yer tuta bilərlər. Onların son dərəcə coşğun xarakteri var. Kəmhövsələdirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər arasındadırlar. Bu xasiyyətləri ucbatından melanxolik tipli insanlarla asanlıqla yola getmir tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz, insan kimi tanıyırlar. Ancaq istənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər, ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.
Xolerik tipli insanlar son dərəcə coşğun xarakterli olurlar. Kəmhövsələdirlər. Çox nadir hallarda “susmaq lazım gələndə birinci ol” tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər. Ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.
Qaradinməzdir, onlari güldürmək, həyəcanlandırmaq və ya hirsləndirmək o qədər də asan deyildir, ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədərləndiyini göstərir. Hərəkətləri və yerişi ləng və astadır. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Bu xüsusiyyətlərinə baxmayaraq psixoloqların fikrincə fleqmatik tip insanlar mehriban, istiqanlıdırlar. Sadəcə onları yaxından tanımaq üçün vaxt lazımdır, vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Həmişə rəfiqələrini, dostlarını axtaran bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar.Bu tip insanlar isə sakit, təmkinli olurlar. El arasında onlara “yerəbaxan” deyirlər. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanındakıların gülməkdən ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq müşküldən müşküldür. İstənilən halda hamıdan gec reaksiya verir.
Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.
Sakitdir. Əhvalı çox cüzi təsirlərdə dəyişir, çox həssasdır, hərəkətləri süst, zəif, ağır-ağırdır. Usandırıcı danışır. Küsəyən və özünə qapalıdır. Melanxolik tipli insanlar sakit ancaq həssasdırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər “yüz ölç bir biç” məsləhətinə riayət etmir. Bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. Özlərinə tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq başladıqları iş yarımçıq qalır.
Melanxolik – ən çətin ünsiyyət yaradılan insan tipidir. Bu cür insanlarla qarşılıqlı münasibət yaratmaq olduqca çətindir. Bu tip insanlar ünsiyyətdən qaçır və ünsiyyəti sevmirlər, daha çox tək qalmağa üstünlük verirlər. Onlar incidikləri şeyləri tez-tez yada salar, özlərinə yazığı gələr, hər şeydən küskün olar, onlara hər bir şeyin haqsız olaraq edildiyini zənn edər və həmişə də həyatın maraqsız və darıxdırıcı olduğundan şikayətlənərlər.
Melanxoliklər hər hansı bir uğura qətiyyən inanmırlar. Onlar məğlubiyyətə, uğursuzluğa əvvəlcədən hazır olurlar. Onların həyatdan razı, sevincli olduqlarını görmək çox çətindir. Melanxoliklər daim cəmiyyətdən qaçar, cəmiyyətdən uzaq olmağa çalışırlar. Bu cür psixotiplər qeyri-kamil psixikaya malikdirlər. Belələri pessimist, özlərinin hər hansı bir xırda problemini və incikliyi həddən artıq böyüdüb şişirdən olurlar.
Melanxoliklər zahirən çox sakit görünürlər. Amma çoxları bilmir ki, onların daxilində necə böyük təlatümlü bir emosiya var. Melanxoliklərin daxilində olan təlatümlü emosiyalar çox nadir hallara üzə çıxır. Onlar emosiyalarını daim içlərində gizlədir və analiz edirlər.
Melanxoliklərin emosiyalarını daxillərində gizlətmələri fiziki xəstəliklərə də gətirib çıxara bilir. Belə ki, emosiyaların daxildə gizlədilməsi qaraciyər və mədədə funksional pozuntu, hipertonik və kardioloji xəstəliklər yaradır.
Melanxoliklər depresiyaya meyillidirlər, tez təsirlənirlər. Ən adi bir şeydən kefləri pozulur, özlərini aşağı qiymətləndirirlər. Melanxolik dörd əsas insan temperamentindən biridir. Hər hansı yeni bir iş onların çiynində ağır bir yük olur. Melanxoliklər seçim etməkdə, qərar qəbul etməkdə çətinlik çəkirlər.
Aristotel hesab edirdi ki, “hər bir dahi ehtirasına görə - melanxolikdir”. Melanxoliklərin bir yaxşı cəhəti vardır, intuisiyaları yüksək olur.
Melanxoliklərin bir çox mənfi xüsusiyyətlərinə baxmayaraq, bir çox məşhurlar bu mənfiliklərə qalib gələ bilmişlər. Məsələn: R.Dekart, Ç. Darvin, P.İ. Çaykovski, F. Şopen, N.B. Qoqol və s. görkəmli şəxslər bu tip insanlardan olmuş və öz daxillərindəki melanxoliyaya qalib gəlmişlər.
Hippokrat həmçinin insanları Alfa, Omega, Beta tip olmasına görə də qruplaşdırıb. İlk dəmir dövründə insanlar alfa və betaya ayrıldılar. Sonra omega daha sonra isə törəmə tiplər yarandı.
Özünə inamlı və yaradıcı insanlardır. Yanlız istədikləri şeyləri edirlər. Qorxu və şübhələri olsa belə, bunun asanlıqla öhdəsindən gəlirlər. Siz çox gözəl lidersiniz.
Özünə inamsız,utancaq birisisiniz. Həmişə özünəinamsızsınız və uğursuzluq qorxunuz var ki, bu da sizə həyatda qabağa getməyinizə mane olur. İnsanlar sizə lider deyil dost gözüylə baxırlar. Lider deyil, liderə tabe olansınız.
Siz alfa tip kimi özünüzə inamlısınız. Bundan əlavə siz yaradıcı birisiniz. Amma ünsiyyətcil deyilsiniz. Özünüz özünüzün liderinizsiniz. Yəni öz işinizlə məşğulsunuz. Nə lider, nə də ona tabe olan deyilsiniz.
Bəzi tiplər isə törəmə tiplərdir. Bunlar tam olaraq heç birinə aid olmayan insanlardır.
Nə alfa, nə betta deyilsiniz. Hər ikisinin xüsusiyyətlərini daşıyırsınız. Siz alfa kimi ağıllısınız və işin içindən necə çıxacağınızı bilirsiniz. Lakin qorxu şübhə özünə inamsızlıq kimi xüsusiyyətlər sizə qabağa getməyə mane olur. Bəzən lider, bəzən idarəçi olursunuz. Cəmiyyətdən baş çıxara bilsəniz də, yaddaqalan cəlbedici xüsusiyyətiniz yoxdur. Qammalar 3 cür yaranır. Alfaların liderliyini itirməsi nəticəsində (downgraded alpha), betaların özlərini təkmilləşdirməsi nəticəsində (upgraded beta) və anadangəlmə.
Yaxşı manipulyatorsunuz. Alfa və omeqa qədər cəzbedici olmasanız da, onlardan daha üstünsünüz. Alfalardan daha yaxşı manipulyasiya edirsiniz. Alfalar özləri yaşadıqları şeyləri təcrübədən keçirirlər. Siz isə alfalara ağıl verərək riskə getmədən öyrənən insanlarsınız. İstədiyiniz insanların asanlıqla arasını vurursunuz. Keçmişdə padşahların vəzirlərinin çoxu elə siqma tip olub.
Onların özünəməxsus fikirləri yoxdur. Onlar özlərini alfa tip kimi özünə inamlı, ağıllı göstərməyə çalışsalar da, əslində bir betadırlar.