Klavdi Qalen

Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129ən geci 131[1], Pergamon, Qədim Roma[1]ən tezi 201ən geci 216[2], Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi.

Berqamalı Qalen
yun. Γαληνός • lat. Claudius Galenus
Doğum tarixi ən tezi 129ən geci 131[1]
Doğum yeri
Vəfat tarixi ən tezi 201ən geci 216[2]
Vəfat yeri
Əsas maraqları tibb[3], anatomiya, fəlsəfə[3], məntiq[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Təbabətdə uğurları

[redaktə | mənbəni redaktə et]

Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır.

Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər.[4]

Qalen həm də filosof kimi tanınmışdır. O, Platon məktəbinin nümayəndələrindən biri sayılır. Fəlsəfə üzrə bir sıra kitabların müəllifi olmuş, ancaq onların çoxusu bizim zamanımıza çatmamışdır. Qaleni fəlsəfədə daha çox məntiq, təbiət fəlsəfəsi və ruh haqqında təlim maraqlandırırdı. Çünki, bu sahələr təbabətlə daha çox bağlı idilər. Qalen deyirdi: "Yaxşı həkim filosof olmalıdır"[5]. Onun eyni adlı əsəri də olmuşdur. Orada Qalen qeyd edirdi ki, həkimlər xəstəliyin mənşəyini bilmək və onu düzgün müalicə etmək üçün məntiqi yaxşı bilməlidirlər.

"Sofizmlər haqqında" (lat. De captionibus) və "Dialektikaya giriş" (lat. Institutio logica) Qalenin fəlsəfə və məntiq üzrə zamanımıza çatan kitablarıdır. Burada o, Aristotelin davamçısı kimi çıxış etmiş, onun sillogizm haqqında təliminə əlavələr etmişdir[6]. Aristoteldən fərqli olaraq Qalen elmlərdə daha çox empirik metoda üstünlük verirdi. Onun duyğusal təbabəti üç prinsipdən ibarət idi:

  1. Birbaşa müşahidə;
  2. Keçmiş müşahidələr haqqında xatirələr;
  3. Bənzərdən bənzərə induktiv əqli nəticələrin çıxarılması.[7]

Əsas əsərlərindən biri olan "Hippokrates və Platonun rəyləri haqqında" (lat. De placitis Hippocratis et Piatonis) kitabında Qalen iddia edirdi ki, bu filosofların baxışları bir-birinə uyğun olmuşdur. Hətta, ona görə birinci filosof təbabət elminin əsaslarını qoyan Hippokratesdir, Platon isə öz fəlsəfəsinin bir çox məqamlarını ondan almışdır.

Kitabın I – IV bölümlərində insan və canlıları yönəldən təbiət güclərindən söhbət açılır, V – IX bölümlərində isə duyğular vasitəsi ilə idrak problemlərinə toxunulur. Burada Qalen Platon kimi ruhu üç səviyyədə: əqli, duyğusalehtiraslı olaraq təsvir edirdi. Eyni zamanda o, ehtirasları düşüncənin səhvi kimi təsəvvür edən və buna görə duyğusal və ehtiraslı ruhların varlığını inkar edən stoaçıları tənqid edirdi.

"Bədən üzvlərin vəzifəsi haqqında" (yun. Περὶ χρείαςμορίων) əsərində Qalen canlıların bədənində bütün üzvlərin yetkin olduğunu vurğulayırdı. Onların quruluşu və öz vəzifələrini tam olaraq icra etməsi onu deməyə əsas verir ki, bunlar özbaşına yaranıb fəaliyyət göstərə bilməz. Deməli, bunların bir yaradıcısı vardır, onu da Qalen Demiurqos adlandırmış və onu təbiətlə eyniləşdirmişdir[8].

Qalenin fikrincə keçmişin filosofları dərin elm qoyub getmiş, ancaq onların ardıcılları onları düzgün başa düşməmişdirlər. Ona görə də, Qalen Platona üstünlük versə də, özünü heç bir məktəbin ardıcılı saymamışdır. Son olaraq Qalen öz fəlsəfi fikirlərini "Mənim baxışlarım haqqında" (yun. Περὶ τῶν ἰδίων δοξάντων) kitabında toplamışdır. Ancaq, zamanımıza onun yalnız bəzi fraqmentləri gəlib çatmışdır.[7]

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 212-214. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Gilbert, N W. (1960). Renaissance Concepts of Method. New York: Columbia University Press.
  • C. Gill, T. Whitmarsh, and J. Wilkins (eds), Galen and the World of Knowledge (New York and Cambridge, 2009) (Greek Cultures in the Roman World).
  • Kudlien, Fridolf; Durling, Richard J., eds. (1991). Galen's method of healing : proceedings of the 1982 Galen Symposium. Leiden: Brill. ISBN 90-04-09272-2.
  • Lloyd, G. E. R. (1991). Methods and problems in Greek science. Cambridge: Cambridge University Press. ISBN 0-521-37419-7.
  • Mattern, Susan P. (2013). The Prince of Medicine: Galen in the Roman Empire., a standardscholarly biography
  • Sarton, George (1954). Galen of Pergamon. Lawrence, KS: University of Kansas Press.
  • Солопова М. А. Гален // Античная философия: Энциклопедический словарь. — М., 2008. — С. 245–251 (с библиографией).
  • Симон К. Р. История иностранной библиографии. — М.: Изд-во ВКП, 1963. — С. 33–34.
  • Семеновкер Б. А. Памятники древнегреческой библиографии // Советская библиография. — 1983. — № 4. — С. 60.
  • Балалыкин Д. А., Щеглов А. П., Шок Н. П. Гален: врач и философ. — М.: Весть, 2014. — 416 с. — 1000 экз. — ISBN 5-93213-012-1.
  • Гуковский М. А. Леонардо и Гален (Перевод и публикация А. С. Кантор-Гуковской) // Культура эпохи Возрождения. — Л.: Наука. Ленингр. отд-ние, 1986. — 256 с. — 43 600 экз.
  1. 1 2 3 4 Любкер Ф. Galenus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 547–548.
  2. 1 2 https://thesaurus.cerl.org/cgi-bin/record.pl?rid=cnp01235003.
  3. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. Терновский В. Н. Клавдий Гален и его труды // Клавдий Гален О назначении частей человеческого тела.
  5. Б. Д. Петров. Естественноисторические взгляды Галена. // Клавдий Гален О назначении частей человеческого тела.
  6. Маковельский А. О. История логики Arxivləşdirilib 2022-03-10 at the Wayback Machine. М.: Наука, 1967, s. 215–216.
  7. 1 2 Гален // Античная философия: Энциклопедический словарь Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.
  8. Гален К. О назначении частей человеческого тела Arxivləşdirilib 2016-04-10 at the Wayback Machine / Перевод С. П. Кондратьева. М.: Медицина, 1971, s. 538–539.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]