Teymur Kərimov (dilşünas)

Teymur Kərimli (tam adı: Kərimli Teymur Həşim oğlu; d. 02.10.1953, Ordubad rayonu, Nürgüt) — filologiya üzrə elmlər doktoru, tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şairtərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvü (2014).[1][2]

Teymur Kərimli
Teymur Həşim oğlu Kərimli
Teymur Kərimli
Teymur Kərimli
Doğum tarixi (70 yaş)
Doğum yeri Nürgüt, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adları direktor, AMEA-nın həqiqi üzvü
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının Dövlət Mükafatı
"Şöhrət" ordeni — 2023 "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində doğulmuşdur.[3] Teymur Kərimli orta məktəbi qızıl medalla bitirib (1970), indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış (1975), Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləmişdir.

Teymur Kərimli 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Teymur Kərimli Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvüdür (2014). 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına (həmmüəlliflərlə) görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur.[4]

Teymur Kərimli otuz ildən artıq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər İnstitutun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinə rəhbərlik edib. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktoru vəzifəsində (2002–2003-cü və 2012–2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləyib) çalışmışdır.

Teymur Kərimli eyni vaxtda "Elm" nəşriyyatının baş redaktoru işləmiş (1990–2000), bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik "Azərbaycan Ədəbiyyatı tarixi"-nin bəzi cildlərinin məsul redaktoru, "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olmuşdur.

2007-ci ildə Humanitar və İctimai elmlər bölməsi, ədəbiyyatşünaslıq ixtisası üzrə AMEA-nın müxbir üzvüdür. 2014-cü ildən isə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir.

Teymur Kərimli müxtəlif illərdə Rusiyada, İranda, İraqda, Türkiyədə, Suriyada, Macarıstanda, Fransada, İtaliyadaHindistanda, MDB ölkələrində keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Teymur Kərimli "Nizami və tarix", "Görünməyən Füzuli", "Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası", "Gözəllərin axıra qalmışı", "Şərqin qapısından dünyaya", "Hicran ömrü", "Akademik Əhməd Mahmudov", kitablarının, ümumtəhsil məktəblərinin X sinifləri üçün "Ədəbiyyat" dərsliyinin və yüzdən artıq elmi məqalənin müəllifidir.

Tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır.

Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M. P. Vaqif, S. Ə. Şirvani, M. Ə. Sabir, M. Şəhriyar, H. Cavid kimi görkəmli söz ustalarının ədəbi irsini tədqiq etmişdir.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı
  2. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı
  3. Rusiya Yazıçılar Birliyi Moskva şəhər təşkilatının Qriboyedov medalı
  4. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının medalı;
  5. "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı.
  6. Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin yubiley medalı.
  7. Serbiya Kral Akademiyasının "İvo Andriç" medalı.
  8. Beynəlxalq Mahmud Kaşqari Mükafatı.
  9. 2 oktyabr 2023-cü — ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib

Kitabları[redaktə | mənbəni redaktə et]

1. Nizami və tarix. Bakı, Elm, 2002

2. Görünməyən Füzuli. Bakı, Elm, 2003

3. Akademik Akif Əlizadə: İstedadla enerjinin harmoniyası. Bakı, Nafta-Press, 2004

4. Ədəbiyyat: Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, Çaşıoğlu, 2007

5. Şərqin qapısından dünyaya. Bakı, Çaşıoğlu, 2009

6. Ədəbiyyat: Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, Çaşıoğlu, 2009.

7. Gözəllərin axıra qalmışı. Bakı, Çaşıoğlu, 2010.

8. Hicran ömrü. Bakı, Çaşıoğlu, 2010.

9. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, Çaşıoğlu, [Azərbaycan Respublikası Təhsil Nazirliyi], 2012.

10. Teymur Kərimli: Akademik Əhməd Mahmudov. Bakı, İndiqo, 2013.

11. Akademik Mirzə İbrahimov. Bakı, Elm, 2015

12. Teymur Kərimli. Çağdaşımız Nəsimi. Bakı, Elm və təhsil, 2019.

13. Teymur Kərimli: Nizami və tarix, monoqrafiya. Bakı, Elm, 2021

14. Teymur Kərimli. Şuşanamə, Şuşa ilinə. Bakı, Elm və təhsil, 2022.

15. Teymur Kərimli. Heydər Əliyev və klassik irs. Bakı. Elm və təhsil, 2023.

16.Керимли Т. Академик Ахмед Махмудов. Баку, 2013.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Məqalələr[redaktə | mənbəni redaktə et]

1. Nizami və təbiət: Yeddi Gözəl poeması üzrə. Azərbaycan təbiəti. 1980. № 21

2. Yeddi gözəl poeması və folklor. Aspirantların respublika konfrans materialları. Bakı. 1980.

3. Nizaminin "Yeddi gözəl" poeması ilə Firdovsi "Şahnamə"si arasında bəzi paralellər. Nizami və dünya ədəbiyyatı beynəlxalq elmi konfrans materialları. Bakı. 1982

4. Nizaminin "Yeddi gözəlⅦ poeması və Şərq tarixi xronikaları. Bakı şəhər gənc alimlərinin elmi-praktik konfrans məruzələrinin tezisləri. Bakı. 1982

5. Yeddi gözəl poemasının bədii dil xüsusiyyətləri. Gənc alimlərin III respublika konfrans məruzələrinin tezisləri. Bakı. 1982

6. Yeddi gözəl poemasının yarandığı tarixi şərait. Azərbaycan, SSR.EA-nın xəbərləri: ədəbiyyat, dil, incəsənət seriyası. 1982. №2

7. Qızıl döyüşçü kimdir? Ədəbiyyat və incəsənət. 1984. 21 dekabr

8. Məlik bəy Avçı. Ədəbiyyat və incəsənət. 1984. 15 iyun.

9. Nizami lirika və liriklik haqqında. Dünya ədəbiyyatında lirikanın inkişafında Nİzaminin rolu və Xosrov və Şirin poemasının 800 illik mövzusunda ümumittifaq elmi konfrans məruzələrinin tezisləri. Bakı., 1984.

10. Şərq ədəbiyyatında "Bəhramnamə" sujetinin bəzi inkişaf xüsusiyyətləri. Gənc ədəbiyyatşünasların IV respublika məruzələrinin tezisləri. Bakı, 1984

11. Nizami irsinə məhəbbət: Dünya ədəbiyyatında lirik janrın inkişafında Nizaminin roluna və "Xosrov və Şirinin" poemasının 800 illiyinə həsr olunmuş konferans haqqında. Elm, 1985-22 aprel.

12. Nizamişünaslıq. Ədəbiyyat və incəsənət. 1986-23 may.

13. Nizami ənənələri haqqında yeni tədqiqat. Kitablar aləmində. 1986, № 1

14. Klassik irsin nəşri. Ədəbiyyat və incəsənət. 1987-13 fevral.

15. "Mətləül-etiqad"ın yeni tərcüməsi. Ədəbiyyat və incəsənət. 1988, 17iyun.

16. Xətai yaradıcılığında sufizmə dair bəzi polenik qeydlər. Azərbaycan mədəniyyəti tarixi məsələləri: Gənc alimlərin elmi-nəzəri konferanas materialları. Bakı, 1988.

17. Azərbaycan ədəbiyyatında rübai və tuyuq janırları. Azərbaycan ədəbiyyatının taruxu poetikası. Bakı,1989.

18. "Leyli- Məcnun" poeamsı və tarix. "Leyli-Məcnun"poemasının 800 illiyi və nizamişünaslığın aktual problemləri" beynəlxalq elmi konferans materialı. Bakı, 1989

19. VII-XII əsrlər Azərbaycan şeiri- müqəddimə. Azərbaycan klassik ədəbiyyatından seçmələr. 20 cilddə,C2, VII-XII əsrlər, Azərbaycan şeiri. Bakı , 1989.

20. Dahi şair, böyük mütəfəkkir,(Nİzami Gəncəvi haqqında), Azərbaycan məktəbi, 1992, № 1-2.

21. Çağdaş füzulişunaslığa bir nəzər. Elm, 1993-14 noyabr.

22. Nizaminin "İskəndərnamə" poeması və tarix. Nizami Gəncəvi: elm və ədəbi-bedii jurnalı. № 3, 1993.

23. Füzulinin tədqiqi problemləri. Gənc ədəbiyyatşünasların respublika konferans materialları. Bakı, 1994.

24. Füzuli qəzəllərində təcnis. Azərbaycan EA xəbərləri. Xüsusi buraxılış. Füzuli 500. Bakı, 1996.

25. Qazi Bürhaneddin və Azərbaycan ədəbiyyatında tuyuq janrı. Ana sözü. 1996. № 5-6.

26. Poetik obrazlarda gözlənilməzlik effekti. Xalq qəzeti. 1996- 4 noyabr.

27. Fərdin tarixliyi və Füzuli "Leyli və Məcnun"unda tarix. Məhəmməd Füzuli - 500 : Beynəlxalq Füzuli simpoziumunun mater. (Bakı, 7-8 noyabr,1996) Bakı, 1997.

28. Füzuli Azərbaycan poeziya məktəbinin yeni mərhələsidir. "Can sözdür, əgər bilirsə insan" məqalələr məcmuəsi. Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyi, Gənc Alimlər Şurası. Bakı. 1997

29. Füzuli poetik obrazlarında gözlənilməzlik effekti. Elm, 1999-5 may.

30. Son illərin ədəbiyyatşünaslığı ətrafında düşüncələr. Çağdaş ədəbiyyatşünaslığın problemləri məqalələr toplusu. AMEA, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi. Bakı. Elm, 2000

31. Nizami "Xəmsə" sində Tanrı obrazı. Azərbaycan MEA xəbərləri: ədəbiyyat, dil, incəsənət seriyası. 2001- № 3-4.

32. Nizami tarixdə. Kontekst: toplu, Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr Mərkəzi. Bakı, 2002 № 2. fransız dilində.

33. Nizami tarix. Elm və heyat. 2002, № 4

34. Nizzami və türk tarixi. Türkologiya. 2002. № 3-4

35. Nizami yaradıcılığında bəşər tarixinin fərddə ifadə tərzi . Ənənə və Qlobballaşma: beynəlxalıq elmi simpoziumun mater. (Bakı,24-25 aprel, 2002-ci il) Bakı, 2002.

36. Nizami yaradıcılığında monumental tarixilik. AMEA-nın Məruzələri. 2002, № 3-4.

37. Nizaminin hökümdar obrazlarının qlobal əhatə dairəsi. Ənənə və Qloballaşma: beynəlxalq elmi simpoziumun mater. (Bakı, 24-25 aprel, 2002-ci il) Bakı, 2002.

38. Nizami və tarix. (ikinci məqalə) Elm və həyat. 2003- № 2-3

39. Nizami yaradıcılığının ideya-bədii xüsusiyyətlərinin formalaşmasında tarixin rolu. Ədəbi-nəzəri məcmuə. Bakı, 2003, K1

40. Nizami yaradıcılığında tarixə obrazlı baxış. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin əsərləri. Bakı, 2003.

41. "Xəmsə"nin yazıldığı dövrdə Azərbaycanda tarixi-siyasi şərait. Ədəbiyyat məcmuəsi: Nizami adına Ədəbiyyat İnstitutunun Elmi əsərləri. 2004, C-17.

42. Hüseyin Cavid və klassik irs. Cavidşünaslıq: araşdırmalar toplusu. Bakı, Elm 2005, C-1.

43. Hüseyn Cavidin yaradıcılığı. 5 cilddə, Hüseyn Cavid. Bakı, 2005, C-1.

44. Hüseyn Cavidin həyat və yaradıcılığı. Cavidşünaslıq: araşdırmalar toplusu. C-14. AMEA, Hüseyn Cavidin Ev Muzeyi. Bakı, Elm və təhsil, 2019. Hüseyn Cavid: həyat və sənət yolu. Bakı , Elm, 2005.

45. Nurəngiz Günün poeziyası. 525-ci qəzet. 2005- 17 sentyabr.

46. VII-XII ısrlırdı Azərbaycan şeiri. Azərbaycan klassik ədəbiyyatından seçmələr. Bakı, 2005, C-1.

47. Varisliyin dialektikası: Azərbaycan epik şeiri və klassik irsi. AMEA, Hüseyn Cavid Ev Muzeyi-BAkı, 2005.

48. Azadə Cəfər qızı Rüstəmova. Ədəbiyyat məcmuəsi. Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Əsərləri. Bakı, 2006, C-19.

49. "Xəmsədə"də bədii şərtilik. "Nizami irsi milli müstəlillik dövründə" mövzusunda respublika elmi konfrans materialı. (Bakı, 10 iyun 2005-ci il) AMEA, Nizami adına Ədəbiyyat İnstitutu. Bakı, Elm, 2006.

50. XX əsr Azərbaycan nizamişünaslığı.XX əsr Azərbaycan ədəbiyyat əsələləri: K.1 XX asr Azərbaycan ədəbiyyatı: yeni baxş və ədəbi-metodoloji dəyərləndirmə meyarları. AMEA, Nizami adına Ədəbiyyat İnstitutu. Bakı, Elm, 2006, K_1.

51. Mənzum heykayə. Azərbaycan ədəbiyyatının tarixi poetikası.:poetik fikrin təkamülü. AMEA, Nizami adına Ədəbiyyat İnsatitutu. Bakı, Elm, 2006, K-2.

52. Müxəmməs. Azərbaycan ədəbiyyatının tarixi poetikası: poetik fikrin təkamülü. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Bakı, Elm, 2006, K-2.

53. Redaktordan. ədəbiyyat məcmuəsi: Nizami adına Ədəbiyyat İnstitutu Elmi Əsərləri. Bakı, 2006. C-1. 54.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2015-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
  2. "Arxivlənmiş surət". 2015-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
  3. "Arxivlənmiş surət". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-24.
  4. "Ədəbiyyatşünas alimin 60 illik yubileyi qeyd olunmuşdur". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-24.