Thimliç Ohinqa


Thimliç OhinqaŞərqi Afrika, Keniyada daş tikililərin xarabalıqları kompleksidir. Keniyadakı Viktoriya gölü ətrafında qurulmuş 521 daş konstruksiyadan ibarət 138 ərazidən biridir.[1] Thimliç Ohinqanın əsas korpusu qalınlığı 1 ilə 3 metr, hündürlüyü 1 ilə 4.2 metr arasında dəyişən divarlara malikdir.[2] Tikililər bloklardan, qayalardan və arası doldurulmadan qoyulmuş daşlardan tikilmişdir.[2] Sıx yığılmış daşlar bir-birini bağlayır. Ərazinin 550 ildən çox yaşı olduğu güman edilir.[3] Ərazi Luo xalqı tərəfindən işğal edilir. Luo dilində Thimliç "qorxulu sıx meşə",[2][3] Ohinqa isə "böyük qala" deməkdir.

Thimliç Ohinqa
Thimlich Ohinga Archaeological Site [* 1]
Ölkə Keniya Keniya
Tip Mədəni
Kriteriya (iii), (iv), (v)
Keçid 1450
Region Afrika [* 2]
Daxil edilməsi 2018  (42-ci sessiya)
Thimliç Ohinqa xəritədə
Thimliç Ohinqa
Thimliç Ohinqa

Yaşayış yerləri və memarlıq üslubu

[redaktə | mənbəni redaktə et]

Thimliç Ohinqa bölgəsində Keniyanın müstəmləkə edilməzdən bir müddət əvvəl ərazini müəmmalı şəkildə boşaltan Bantu dilli xalqın yaşadığı düşünülr.[4] Ərazidə tikililərin faktiki qurucuları üzrə geniş tədqiqat aparılmışdır. Bəzi mənbələr ərazidəerkən Qusii/Kuria və ya Luhyaların yaşadığını iddia edir. Lakin qeyd olunan qəbilələrin leksikalarında "Thimliç" və "Ohinqa" anlayışları olmadığından bu fərziyyələr inkar edilmişdir. "Thimliç" və "Ohinqa" ərazinin ənənəvi sakinləri olan Luo dilində aşkar edilmişdir.

Uqanda, Ruanda, SudanBurundidən gələn miqrantların da bölgədən keçdikləri güman edilir. Ərazi sonuncu dəfə XX əsrin birinci yarısında boşaldılmışdır.[4]

Thimliç Ohinqa ölçüsü kiçik olsa da, Zimbabvenin cənubundan 3600 kilometr məsafədə yerləşən Böyük Zimbabve İmperiyasının memarlıq üslubunu əks etdirir. Lakin Böyük Zimbabve memarlığı tikililərinin formalı daşlarla tikildiyi halda, Thimliç Ohinqada hazır kubşəkilli daşlardan faydalanılmışdır. Nəticədə Thimliç Ohinqa Şərqi və Cənubi Afrikanın müxtəlif yerlərində ənənəvi bir üsluba çevrilən savanna müdafiə memarlığının bir nümunəsidir. Bu üslub daşdan qurulmuş yaşayış evlərini və Viktoriya gölü bölgəsində geniş yayılmış kommunal, mərkəzləşdirilmiş idarəetmə sistemini təsvir edir. Bu daş divarlı tikililərin sonrakı formalarını qərbi və cənub-qərbi Keniyadakı bəzi ənənəvi evlərdə görmək olar.[5]

Şifahi mənbələr Thimliç Ohinqanın Kadem, Kanyamva bölgələrində, eyni zamanda Tanzaniyada olan qonşu etnik qruplardan qorunmaq üçün o zamankı sakinlər tərəfindən qurulduğunu göstərir. Hələ də bilinməyən səbəblərə görə Thimliç Ohinqa orijinal inşaatçıları tərəfindən tərk edilmişdir. Vaxt keçdikcə, 15–19-cu əsrlər arasında digər icmalar əraziyə köçdülər və kompleksdə yaşayanlar tikililəri təmir edərək onları qorudular. Yenidən işğal və təmir strukturların qorunmasına mane olmurdu. Müdafiə qalası olmaqdan başqa, Thimliç Ohinqa həm də iqtisadi, dini və sosial bir mərkəz idi.[1] Keniya Milli Muzeyləri tərəfindən aparılan arxeoloji tədqiqatlar dulusçuluq kimi məhsulların istehsalını ortaya çıxarmış, eyni zamanda insan və heyvan sümüklərini aşkarlamışdır.[6]

Tikililərin daxilində dəhlizlər, kiçik əlavələr və çökəkliklər kimi müxtəlif növ bölmələr var. Bəzi bölmələrə kişilərin "ajua" kimi oyun oynadığı oyun bölmələri və qadınların taxıl təmizlədiyi yerlərdə itiləyici daşlar daxildir.[7] Həmçinin mal-qara, qoyun, keçi, toyuq, ördək və firəngtoyuğu kimi ev heyvanları üçün bölmələr və bağlar üçün qoruyucu divarlar da inşa edilmişdir.[mənbə göstərin]

Giriş yolları məqsədyönlü şəkildə azaldılmışdı ki, ziyarətçilər girişin yaxınlığındakı bir gözətçi qülləsində yerləşən mühafizəçilər tərəfindən tez tabe edilsinlər. Ucaldılmış qayalar üzərində qurulmuş gözətçi qülləsindən bütün kompleksi asanlıqla müşahidə etmək mümkündür.[2]

Thimliç Ohiqga sakinlərinin həmçinin evləri, yemək sahələri, heyvan ağılları və bir qida anbarı olan daha kiçik yan qalaları var idi.[8]

Şərqi Afrikadakı İngilis Tarix və Arxeologiya İnstitutunun keçmiş direktoru Nevill Çittik 1960-cı illərdə ərazini sənədləşdirdi. Keniya Milli Muzeylərinin tədqiqatçıları 1980-ci ildə ərazidə işə başladılar. Ərazinin şimal-şərqindəki bir vadinin adı ilə "Lier Vadisi" adlandırılan Thimliç Ohinqa 1981-ci ildə yeni adı ilə Keniya Milli Abidəsi olaraq qeyd edildi. "Lier Vadisi" ərazinin dəqiq yerini təsvir etmədiyi üçün ad dəyişdirilmişdir.

Keniya Vəhşi Təbiət Xidməti və Keniyanın Milli Muzeyləri Thimliç Ohinqa qorunan ərazisini yaradıblar. Ərazini əhatə edən meşələrdə firəngtoyuğu, müxtəlif növ meymunlar, quşlar və antilop kimi vəhşi heyvanlar yaşayır. Keniyanın Milli Muzeyləri hökumət adından Thimliç Ohinqa Mədəni Landşaftının Ümumdünya irsi siyahısına daxil edilməsi ilə bağlı UNESCO-ya müraciət etmişdi.[9] Ərazi 2018-ci ildə Ümumdünya irsi ərazisinə çevrilmişdir.[10]

  1. 1 2 Centre, UNESCO World Heritage. "Thimlich Ohinga Archaeological Site". UNESCO World Heritage Centre (ingilis). 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  2. 1 2 3 4 The Mystery of Thimlich Ohinga Fort on Lake Victoria Arxivləşdirilib 2014-05-18 at the Wayback Machine, 2011–03–16, The Star
  3. 1 2 "National Museums of Kenya - Thimlich Ohinga". Museums.or.ke. 2014-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-17.
  4. 1 2 "Thimlich stone wall stands as a living world heritage - Magazine". www.theeastafrican.co.ke. 2014-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-17.
  5. "THIMLICH OHINGA CULTURAL LANDSCAPE | World Monuments Fund". Wmf.org. 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-17.
  6. "Thimlich ohinga – National Museums of Kenya" (ingilis). 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  7. "Thimlich Ohinga Cultural Landscape". World Monuments Fund (ingilis). 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  8. "The Mystery of Thimlich Ohinga Fort on Lake Victoria". The Star. 2011-03-16. 2014-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-17.
  9. UNESCO World Heritage Centre. "The Thimlich Ohinga Cultural Landscape - UNESCO World Heritage Centre". Whc.unesco.org. 2013-01-07. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-17.
  10. "Thimlich Ohinga Archaeological Site". UNESCO. 2018-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]