Tofiq Vəliyev (tam adı: Vəliyev Tofiq Talış oğlu; d. may 1934, Ağdam, Azərbaycan) — tarix elmləri doktoru, 1993-2014-cü illərdə Bakı Dövlət Universiteti «Slavyan ölkələri tarixi» kafedrasının müdiri, "Şöhrət" ordeni laureatı.
Tofiq Vəliyev | |
---|---|
Vəliyev Tofiq Talış oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kürdlər, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | BDU |
Təhsili | BDU-nun Tarix fakültəsi |
Mükafatları |
Vəliyev Tofiq Talış oğlu 1934-cü ilin may ayında Ağdam rayonunun Kürdlər kəndində müəllim ailəsində anadan olumuşdur. 1948–1951-ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1951–1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləmişdir. 1953–1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxumuş, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix İnstitutuna göndərilmişdir. 1958–1990-cı illərdə AMEA Tarix institutunda işləmişdir. 1960–1963-cü illərdə İnstitutun əyani aspiranturasında təhsil almışdır.
1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçmişdir. 1993-cü ildən 2014-cü ilədək fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində işləmişdir.
1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-ci ildə Peterburqda (Leninqrad) keçirilmiş "Dünya iqtisadi tarixi" və həmin ildə Moskvada təşkil edilmiş "XII beynəlxalq tarix konqres"lərində iştirak etmişdir. 1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir.
"XIX əsr–XX əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatında kapitalist münasibətlərinin inkişafı və eyni dövrdə Şərqi Slavyan ölkələrinin tarixi" sahəsində tədqiqatlar aparır. 160-dan çox məqalənin, 5 monoqrafiyanın, orta və ali məktəblər üçün 14 dərslik və dərs vəsaitinin müəllifidir. 8 elmlər namizədi və 2 elmlər doktoru hazırlamışdır.