Toyen

Toyen əsl adı Mariya Çerminova(çex. Toyen, Marie Čermínova 21 sentyabr 1902[1][2][…]9 noyabr 1980[1][2][…], VII arondisman (Paris)[3]) — Həm təsvir, həm də qrafika ilə məşğul olan çex rəssamı. Poetizm (Çexiyada) və sürrealizm nümayəndəsi.

Toyen
çex. Toyen
Doğum adı Marie Čermínová
Doğum tarixi 21 sentyabr 1902(1902-09-21)[1][2][…]
Vəfat tarixi 9 noyabr 1980(1980-11-09)[1][2][…] (78 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, fotoqraf, illüstrasiyaçı[d], Çertyojçu, qrafika ustası[d], prodüser
Stil sürrealizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariya 1902-ci ilin 21 sentyabrında praqada anadan olmuşdur. 1919–1922-ci illərdə Mariya Çerninova Praqa Rəssamlıq Akademiyasında sənət təhsili alır. 1920-ci illərin ortalarında Parisə gəlir, orada 1920-ci illərin sonlarında Andre Breton və Pol Eluardın dairəsindən olan sürrealistlərə qoşulur. 1923-cü ildə Mariya Çerminova Toyen professional təxəllüsünü qəbul edir. Toyen adı, vətəndaş mənasını verən fransızca "citoyen" sözündən yaranmışdır. 1923-cü ildə Praqa avanqard qrupu Devyatisil qrupuna qoşulur. Əvvəlcə o, kubizm, purizm, sonra erotizmlə maraqlanır. Bundan sonra sürrealizmə gəlir. Rəssamın ilk rəsm sərgisi 1926-cı ildə Paris Müasir İncəsənət Muzeyində baş tutur. Doğma vətənində ilk sərgisi evdə, Praqada 1935-ci ildə baş tutur. Toyen Çexoslovakiya Sürrealistlər Cəmiyyətinin qurucularından biridir (1934-cü ildə). Toyen üçün ən məhsuldar dövr, ən məşhur kiçik formatlı kətanlarını hazırladığı 1928–1938 arasındakı dövr idi. Bəzilərində rəssam Fransada İkinci Dünya müharibəsindən sonra yaranan avanqard informasiyaizm tendensiyasının öncülü kimi çıxış edir. Alman işğalı illərində Toyen işlərini gizlətmək məcburiyyətində qalır, çünki onun işləri nasistlər tərəfindən degenerativ sənət əsərlərinə aid edilir. Nəhayət 1947-ci ildə Parisə köçərək Çexoslovakiyanı tərk edir. Elə həmin il Denis Rene qalereyasında onun əsərlərindən ibarət sərgisi baş tutur. Toyen Paris sürrealistlər qrupu ilə münasibətləri bərpa edir və 1969-cu ildə o dağılana qədər sıralarını tərk etmir. Toyen 1980-ci ildə Parisdə vəfat edir. 1947-ci ildə mühacirətə gedərək əsərlərinin çoxunu özü ilə götürdü. Əsərlərinin ən çox təmsil olunan toplusu Fransadadır.

Toyen 20-ci əsrdə Çexoslovakiyanın ən görkəmli qadın sənətçisi sayılır.

  1. 1 2 3 4 RKDartists (nid.).
  2. 1 2 3 4 Marie Toyen (ing.). 2008.
  3. 1 2 Archives de Paris.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]