Travniki (alm. Trawnikimänner) — Barbarossa əməliyyatından sonra Mərkəzi və Şərqi Avropada Nasist Almaniyası tərəfindən əsir götürülmüş insanlardan Qırmızı Orduya qarşı döyüşməyə razılıq verən şəxslərə verilən addır. İyunda başlayan Polşa işğalı əməliyyatında minlərlə kollaborsionist Ümumi Hökumət üçün çalışmışdı. Polşada fəaliyyət göstərən Trawnikilər Hiwi kateqoriyasında idi. Nasistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlərin əsnasında bir çox insanın ölümündə onlar məsuliyyət daşıyırdılar.
1941-ci ilin sentyabr ayından 1942-ci ilin sentyabr ayına kimi Alman SS və polis bölmələri xüsusi Trawniki təlim düşərgəsində Wachmänner (gözətçilər) olaraq bilinən 2500 trawnikiyə təlim verdi; 1944-cü ilin sonuna qədər ümumi olara 5,082 nəfər trawniki var idi. Sahə əməliyyatları zamanı təxminən 1000 Hiwinin qaçdığı məlumdur. Trawniki və ya Hiwilərin əksəriyyəti hərbi əsirlərdən gəlsə də, Şərqi Avropadakı Volksdeutschelər arasından da gələnlər var idi. Əsasən ukraynca, rusca, Polyak və işğal edilmiş ərazilərin digər dillərində danışırdılar. Trawniki düşərgəsindəki bütün zabitlər Reichsdeutsche və qrup komandirlərinin əksəriyyəti Volksdeutsche idi. Arzu edilənlər arasında keçmiş sovet əsirləri olan ukraynalılar, ruslar, belaruslar, estonlar, latışlar, litvalılar, tatarlar, gürcülər, ermənilər və azərbaycanlılar var idi. Nasistlərin Polşa yəhudilərini məhv etməyi planlaşdırdığı Reynhard əməliyyatında Trawnikilər mühüm rol oynadılar. Ölüm düşərgələrində də xidmət etdilər və digərləri ilə birlikdə Varşava gettosu üsyanının yatırılmasında əhəmiyyətli bir rol oynadılar.