Trigger Inc. (株式会社トリガー,Kabushiki kaisha Torigā?, TRIGGER və Studio Trigger kimi də tanınır) — 22 avqust2011-ci ildə Gainax əməkdaşları Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən yaradılmış Yaponiya cizgi filmi studiyası.
Trigger Hiroyuki İmayşi və Masahiko Ohtsuka tərəfindən Gainax-ı tərk etdikdən qısa müddət sonra 22 avqust2011-ci ildə yaradılmışdır.[1] Studiyanın adı və saytı 2011-ci ilin oktyabrında məlum olmuşdur.[2] Müxtəlif layihələr üzərində digər studiyalarla əməkdaşlıq edən studiya "Little Witch Academia" adlı qısametrajlı anime[3] və "Kill la Kill" adlı anime serialı (2013-cü ilin oktyabrından2014-cü ilin martına kimi)[4][5] ilə məşhurluq qazanmışdır. "Little Witch Academia" animesinin ikinci seriyasını çəkmək üçün studiya Kickstarter layihəsini başlatmışdır. Layihə yaxşı qarşılanmış və 5 saat içində 150.000 $
əldə olunmuşdur. Bu göstərici daha sonra 625.518 $-a çatmışdır.[6]11 mart2014-cü ildə studiya eyniadlı anime əsasında "When Supernatural Battles Became Commonplace" animesini çəkmişdir.
Qara dinamit (2014) - II mövsüm açılış animasiyası[15] (ABŞ teleserialı)
Japan Animator Expo (2015) - İstehsal (Denkō Chōjin Gridman, Sex & Violence with Machspeed, Bureau of Proto Society),[16][17][18] Animasiya (Power Plant No.33, Studio Rikka ilə)[19] (ONA)