Triniti Kollecinin kitabxanası (ir. Leabharlann Choláiste na Tríonóide) — Triniti Kolleci və Dublin Universitetinin akademik kitabxanası. Bu, İrlandiyadakı naşirlərin bütün nüsxələrini orada pulsuz saxlamağı tələb edən qanuni depozit və ya "müəllif hüquqları kitabxanasıdır".[1] Kitabxana Birləşmiş Krallıqda nəşr olunan əsərlər üçün belə hüquqlara malik olan yeganə İrlandiya kitabxanasıdır.[1]
Triniti Kollecinin kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1592 |
Sayt | tcd.ie/Library/ |
Vikianbarda əlaqəli mediafayllar |
Kitabxanada daimi olaraq İrlandiyanın milli simvolu olan Brian Boru arfası,[2] Kells Kitabı[3] və 1916-cı ilə aid olan İrlandiya Respublikasının elan edilməsi haqqında sənədin nüsxələri saxlanılır. Kells Kitabının 4 cildindən 1-i istənilən vaxt ictimaiyyətə təqdim olunur.[4]
Kells Kitabının göstərilən cildləri və səhifələri müntəzəm olaraq dəyişdirilir. 2020-ci ildə quraşdırılmış yeni vitrin, bir neçə onilliklər ərzində ictimaiyyətdə görünməyən bir çox səhifələr də daxil olmaqla, bütün səhifələrin nümayiş etdirilməsini asanlaşdırdı.[5]
Kitabxananın özü bir neçə binanı tutur, onlardan 6-sı Triniti Kollecinin kampusunda, digər hissəsi isə Dublindəki St. James xəstəxanasında Triniti Mərkəzində yerləşir:
İndi Köhnə kitabxana kimi tanınan ən qədim kitabxana binası Tomas Burqun[6] görkəmli əsəridir. Tikintisi 1712-ci ildə başlamışdır. Bina 20 ilə tikildi və 1732-ci ildə tamamlandıqdan sonra universitetin və şəhərin üzərində ucaldı. Kells Kitabı Köhnə Kitabxanada, Darrou Kitabı[7] və digər qədim mətnlərlə birlikdə yerləşir.
Uzun Otağı da əhatə edən Köhnə Kitabxana, İrlandiyanın ən böyük turistik yerlərindən biridir.
Köhnə Kitabxanaya daxildir:
Kitabxana 1592-ci ildə Triniti Kolleci ilə birlikdə yaradılmışdır. 1661-ci ildə yepiskop Henri Cons ona Darrou kitabını və Kells kitabını bağışladı. Sonuncu kitabxananın ən məşhur əlyazması oldu. Həmçinin 1661-ci ildə arxiyepiskop Ceyms Aşşer bir neçə min çap olunmuş kitab və əlyazma kolleksiyasını kitabxanaya bağışladı.
1801-ci ildə kitabxanaya "Qanuni depozit" hüququ[11] verildi və bu, belə hüquqlara malik olan İrlandiyada yeganə kitabxana oldu.[12]
2000-ci il Müəllif Hüquqları və Əlaqədar Hüquqlar Qanununa əsasən, kitabxana İrlandiya Milli Kitabxanası və İrlandiya Milli universiteti, Limerik universiteti və Dublin Şəhər universitetinin kitabxanaları ilə birlikdə İrlandiyada nəşr olunan bütün əsərlərin nüsxələrini almaq hüququna malikdir.[13]
Həçminin Triniti Kollecinin kitabxanasının Birləşmiş Krallıqda nəşr olunan bütün əsərlərin tələb əsasında nüsxələrini almaq hüququ var.[14]
2013-cü ilin aprelində qüvvəyə minmiş Böyük Britaniyanın yeni qaydalarına əsasən bir çox əsərlər çap çox elektron şəkildə qəbul edilir.[13]
Köhnə Kitabxananın 65 m. uzunluğunda (213 fut) əsas otağı olan Uzun Otaq 1712-1732-ci illər arasında tikilib və Kitabxananın ən qədim kitablarından 200.000-ni saxlayır. Əvvəlcə Uzun Otaqda düz tavan, yalnız aşağı səviyyədə kitablar üçün rəflər və açıq qalereya var idi.
1850-ci illərdə kitabxanaya İrlandiyada və İngiltərədə nəşr olunan hər kitabın pulsuz nüsxəsini əldə etmək icazəsi verildiyi üçün rəflər dolduqca otaq genişləndirilməli idi. 1860-cı ildə Uzun otağın damı yuxarı qalereyaya yerləşdirmək üçün qaldırıldı.[15]
Uzun otaq mərmər büstlərlə bəzədilib. Büstlərin çoxunda böyük filosoflar, yazıçılar və kolleci dəstəkləyən insanlar təsvir edilib. Kolleksiyada ən görkəmli büst Lui Fransua Rubilyak tərəfindən yaradılmış yazıçı Conatan Sviftin büstudur.[15]