Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi, jurnalisti, Müsavat Partiyasının üzvü və funksionerlərindən biri (2000–2016), 2016-cı ildən bəri Ağ Partiyasının sədri.[3]
Tural Abbaslı | |
---|---|
Ağ Partiyanın sədri | |
Vəzifədədir | |
26 iyun 2016-cı ildən[a] | |
Əvvəlki | Vəzifə təsis edildi |
Müsavat Partiyası Gənclər Təşkilatınln sədri | |
? – 25 iyun 2013 | |
Sonrakı | Əhliman Abbas |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 sentyabr 1982 (42 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
Müstəqil Azərbaycan Universiteti (bakalavr) Bakı Dövlət Universiteti (magistratura) |
Fəaliyyəti | siyasətçi |
Atası | Feyruz Abbaslı |
Anası | Baxşıxanım Abbasova |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib.[4]
Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013),[5] "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi"[6] və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürmüşdür.[7] 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.[8]
Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində doğulub. Atasını erkən yaşlarında itirən Abbaslı[9] anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Başxanım Abbasova Müsavat Partiyasının Divan üzvü olub.[9][10] Siyasi fəaliyyətə başlamasında da məhz anasının təsiri olub.[11]
Tural Abbaslı 1999-cu ildə 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib. 1999–2003-cü illərdə o, Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə BDU-nun Jurnalistika fakültəsinin magistratura pilləsinə daxil olmuş, lakin təhsil aldığı müddətdə BDU-dan qovulduğu üçün[12] təhsilini 2022-ci ildə tamamlaya bilmişdir.[13]
Tural Abbaslı Müsavat Partiyasının sabiq Divan üzvü Başxanım Abbasovanın oğludur.[11] Onun qardaşı, leytenant Teymur Abbasov İkinci Qarabağ müharibəsi zamanı ölmüşdür.[14]
Tural Abbaslı ailəlidir.[15]
Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış və 2000–2016-cı illərdə burada gənclər təşkilatının sədr müavini, Səbail rayon təşkilatında sədr müavini, gənclər təşkilatının sədri, partiya divan heyətinin üzvü olmuşdur.[16][13]
2011-ci ildə İctimai Palatanın Bakının mərkəzində, Ərəb baharı inqilabları ərəfəsində keçirdiyi mitinqin təşkilatçısı kimi 2 il 6 ay həbs cəzasına məhkum edilib[17] və həmin il Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan olunub.[18][19][18][13]
2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da seçilə bilməyib.[20]
O, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin, 2019-cu ildə siyasi partiyaların birliyi olan Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri olub.[13]
2016-cı ildən Ağ Partiyasının sədri kimi fəaliyyət göstərən Abbaslı,[21] partiyanın 10.000-dən çox üzvü olduğunu qeyd edib.[22] O, buna qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013),[5] "Ağ Blok" kimi bir sıra müxalif siyasi qurumlarda da təmsil olunub. Həmçinin, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin[6] və 2019-cu ildə siyasi partiyaların birliyi olan "Azərbaycan Xalq Hərəkatı" adlı qurumun təsisçilərindən biri olub.[23]
2016-cı ildə Ağ Partiyasını təsis edən Abbaslı, müxtəlif dövrlərdə verdiyi açıqlamalarda sədri olduğu partiyanın Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir.[24][25][26][27]
Tural Abbaslı 2018-ci ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdür.[7] Bununla yanaşı, 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilərində də 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.[13]
Abbaslı mətbuata verdiyi bir müsahibəsində siyasətçinin populist mövqe tutmalı olduğunu qeyd etmişdir.[28] Həmçinin Abbaslı Navalnını "qərbin projesi" adlandırıb.[29] O, Rusya–Ukrayna müharibəsinə də fikir bildirərək, "Putinin yerinə olsam, mən də belə edərdim" deyə qeyd edib.[30] Abbaslı mətbuata verdiyi bir digər müsahibəsində "AĞ Partiya olaraq biz ən aşağı təbəqənin partiyasıyıq ! Biz məmurların, harınlamışların partiyası deyilik... Fəhləsinin, kəndlisinin partiyasıyıq..!" demişdir.[31]
Evi tapdıq və evə daxil olan kimi anası, tanınmış siyasətçi, Müsavat Partiyasının Divan üzvü Başxanım müəllimənin təqdimatında canlı bir tarixin içinə düşdük sanki.
Ayrılma kararını verince aynı zamanda savunduğumuz Türk İslam Birliği, Milli Görüş düşüncelerini ortaya koyacağımız, sağ merkeziyetçi bir parti kurmayı düşündük ve bu düşüncemizi uygulamaya koyulduk. Buna kadar da çok güzel bir örnek vardı dost ve kardeş Türkiye`de: Adalet ve Kalkınma Partisi. Biz de AK Parti isimli bir parti oluşturmak adına arkadaşlarla bir karar verdik.
Amma təbii ki, bizə çox xoşdur ki, Türkiyənin “AK Partisi” ilə eyni ideoloji xətt üzrə hərəkət edirik.
Təki bizi AKP-yə oxşatsınlar, onun uğurlarını Azərbaycanda təkrar edə bilək. Bizim üçün bu, fəxr olar. Eyni ideoloji düşüncədə olduğumuz üçün də belə bənzətmə xoşdur.
Türkiyədəki AKP-nin ideologiyasına uyğun partiya qururuq.
Hə, deyirlər Tural populistdir, pafoslu danışır və s. Siyasətçi populist olmalıdır.