Turinq testi

Turinq Testi

Türinq testi1950-ci ildə “Mind” jurnalında Alan Türinq tərəfindən ortaya atılmışdır. Kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır.

Testin mexanizmi

[redaktə | mənbəni redaktə et]

Ümumi mənada bu test bir mütəxəssisin, maşının performansı ilə bir insanınkını ayırd edib edə bilməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, maşın insanlar qədər zehni bacarığa sahib deməkdir. Bu testdə təcrübəni edən adam kompüter və insanı görmür. Təcrübəni edən hansıyla əlaqədə olduğunu bilmədən bunların ikisinə də sual verir. Təcrübəni edən adamın soruşduğu suallar və təcrübədə iştirak edən maşın və insanın verdiyi cavablar bir ekranda yazılı olaraq verilir. Məqsəd, təcrübəni aparanın uyğun suallar ilə bunlardan hansının insan, hansının kompüter olduğunu tapmasıdır. Əgər təcrübəni edən adam etibarlı bir şəkildə bunu söyləyə bilməzsə, o zaman kompüter Türinq testini keçər və insanlar qədər qabiliyyətli olduğu fərz edilər.

Bu testin çatışmayan cəhətlərini tənqid edən Con Sörl Çin otağı adlandırılan xəyali eksperiment təklif etmişdir.

Məsələn, yuxarıdakı şəkildəki divarın arxasında A və B var. Bunlardan B əslində həqiqi bir şəxsdir və A əslində kompüterdə işləyən bir proqramdır. Divarın arxasında duran C, A və B-ni görmədən istədikləri sualları yalnız klaviatura və monitor vasitəsilə verə bilər. B adamı normal cavab verməlidir, lakin A kompüterinin məqsədi insan kimi davranmaq və C insanını aldatmaqdır.

Bu test kompüter elmində bir çox süni intellekt probleminin çərçivəsini təşkil edir. Məsələn, daxil edilmiş məqalələri başa düşmək və cavabları çıxarmaq üçün təbii düşüncə metodlarından istifadə etmək lazımdır.

Bu problem eyni zamanda sual-cavab yarışlarına da ilham mənbəyi olmuşdur.