Uşaq endokrinologiyası

Uşaq endokrinologiyası (ing. pediatric) — uşaqlarda fiziki böyümə və cinsi inkişaf dəyişiklikləri, şəkərli diabet və bir çox digər endokrin vəzilərin pozuntuları ilə məşğul olan tibbi ixtisas.

Müalicə etdiyi xəstəliklər

[redaktə | mənbəni redaktə et]

Uşaq endokrinoloqları yaş qrupundan asılı olaraq — körpəlikdən gec yeniyetməlik və gənc yetkinlik dövrünə qədər xəstələri müalicə edirlər.

İxtisas üzrə ən çox rast gəlinən xəstəlik — 1-ci tip diabetdir, adətən tipik klinik praktikanın ən azı 50%-nı təşkil edir. Növbəti çox rast gəlinən problem — böyümə pozuntularıdır, xüsusən də böyümə hormonu müalicəsi uyğun olanlar üçün. Uşaq endokrinoloqları adətən interseks pozuntusu olan körpə və uşaqlara tibbi yardım göstərən əsas həkimlərdir.

İxtisas həmçinin uşaqlarda hipoqlikemiya və hiperqlikemiyanın digər formaları, yetkinlik dövründəki dəyişikliklər, eləcə də böyrəküstü vəzilər, qalxanabənzər vəzihipofiz vəzinin digər problemləri ilə məşğul olur. Bir çox uşaq endokrinoloqu sümük metabolizması, lipid metabolizması, yeniyetmə ginekologiyası və ya anadangəlmə metabolik pozuntularla maraqlanır və təcrübəyə malikdir.

ABŞKanadada pediatrik endokrinologiya Amerika Pediatriya Şurasının və ya Amerika Pediatriya Osteopatik Şurasının təcrübə təlimindən sonra şuranın sertifikatına malik olur. Bu, bir neçə prosedura və diaqnostik qiymətləndirməyə diqqət yetirən nisbətən kiçik və ilk növbədə koqnitiv ixtisasdır.[1]

Cəmiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əsas Şimali Amerika peşəkar cəmiyyəti əvvəlcə Lauson Uilkins Pediatrik Endokrin Cəmiyyəti [2] adlandırılırdı, indi isə Pediatrik Endokrin Cəmiyyəti adlandırılır.

Digər uzun müddət davam edən uşaq endokrin assosiasiyalara Avropa Uşaq Endokrinologiyası Cəmiyyəti, Britaniya Uşaq Endokrinologiyası Cəmiyyəti, Avstraliya Uşaq Endokrin Qrupu və Yapon Uşaq Endokrinologiya Cəmiyyəti daxildir.

İxtisas üzrə peşəkar cəmiyyətlər çoxalmağa davam edir.

Uşaq endokrinoloqu təhsilini almaq üçün Amerikada pediatriyada 3 illik rezidenturanı, Türkiyədə 4 illik pediatriya rezidenturasını bitirdikdən sonra 3 il dar ixtisas rezidenturası keçmək lazımdır. Azərbaycanda isə uşaq endokrinologiyası ixtisası üçün 4 illik uşaq endokrinologiyası rezidenturasını bitirmək kifayətdir.

  1. "Specialties & Subspecialties". American Osteopathic Association. 13 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 September 2012.
  2. "Pediatric Endocrine Society". 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]