Votkom (ing.Whatcom) — ABŞ-nin Vaşinqton ştatındaqraflıq. 2010-cu il əhalinin siyahıyaalınma məlumatına görə əhalisi 201.140 nəfər olmuşdu. Ən böyük şəhəri və inzibati mərkəzi Bellinqham şəhəridir.[1] Dairə 9 mart 1854-cü ildə İsland qraflığının ərazisində yaradılmışdır.[2] Adın mənşəyi Lummi dilindəki Xwotʼqom sözündən götürülmüşdür və mənası "gurultulu su" deməkdir.[3][4]
Qraflığın şimal sərhəddi KanadanınBritaniya Kolumbiyası əyaləti ilə olan beynəlxalq sərhəd təşkil edir ki, burada 4 Kanada şəhəri ilə qonşudur : Delta, Vayt Rok, Surrey, Lenqli. Qraflıq ilə Kanada arasında 5 sərhəd keçid məntəqəsi var : 2 ədəd Bleyndə, 1 ədəd Lindendə, 1 ədəd Sumas və 1 ədəd Poynt-Robertsda.