Udo Yürqens

Udo Yürqen Bokelmann (alm. Udo Jürgen Bockelmann‎; 30 sentyabr 1934 – 21 dekabr 2014) — və ya sadəcə Udo Yürqens kimi tanınan yarı avstriyalı və yarı isveçrəli müğənni və bəstəkar. İfa etdiyi "Merci, Chérie" mahnısı ilə Avstriyanı 1966 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. Yürqens 50 illik musiqi karyerası boyunca 1000-ə yaxın mahnı bəstələmişdir.

Udo Yürqens
alm. Udo Jürgens
Udo Yürqens 2010-cu ildə
Udo Yürqens 2010-cu ildə
Ümumi məlumatlar
Doğum adı Udo Yürqen Bokelmann
Ləqəbi Udo Yürqens
Doğum tarixi
Doğum yeri Klaqеnfurt, Avstriya
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Münsterlinqen, İsveçrə
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d][1]
Vətəndaşlığı Avstriya Avstriya
İsveçrə İsveçrə
Uşaqları 4
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 1950 - 2014
Janrlar pop, şlyaqer
Musiqi aləti piano
Mükafatları Grand Decoration of Honour for Services to the Republic of Austria Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany
İmzanın şəkli
udojuergens.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Udo Yürqen Bokelmann 30 sentyabr 1934-cü ildə Avstriyanın Klaqеnfurt şəhərində anadan olmuşdur. Yürqensin qardaşı Manfred Bokelmann rəssam, oğlu Con Yürqens müğənni, aktyor və DJ, qızı Cenni Yürqens isə aktrisadır. Udo Yürqens 21 dekabr 2014-cü ildə 80 yaşında kəskin ürək çatışmazlığından dünyasını dəyişmişdir.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]
Udo Yürqens 1987-ci ildə

1950-ci ildə Udo Yürqens Avstriyanın ORF telekanalı tərəfindən təşkil olunan ən yaxşı bəstəkarlar müsabiqəsində "Je t'aime" mahnısı ilə qalib gəlmişdir. Yürqens eyni zamanda 1961-ci ildə hitə çevrilən və Şirli Bessi tərəfindən ifa olunan "Reach for the Stars" mahnısının bəstəkarı olmuşdur.

Udo Yürqens "Warum nur, warum?" adlı mahnı ilə Avstriyanı Kopenhagendə keçirilən 1964 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 16 təmsilçi arasında 6-cı yerdə qərarlaşmışdır. Mahnı Böyük Britaniyada çox bəyənilmiş və hətta britaniyalı müğənni Mett Monro mahnının ingilis dilinə tərcümə olunmuş versiyasını ifa etmişdir. 1965-ci ildə Udo Yürqens ikinci dəfə Avstriyanı Avroviziyada təmsil etmək fürsəti əldə etmişdir. Neapolda keçirilən müsabiqədə ifa etdiyi "Sag ihr, ich lass sie grüßen" mahnısı ilə müğənni 18 iştirakçı arasında 4-cü yerə yüksəlməyə nail olmuşdur. Bu uğurlu nəticənin ardınca Avstriya telekanalı Yürqensi növbəti dəfə Avroviziyaya göndərmək qərarına gəlmişdir. Lüksemburqda keçirilən müsabiqədə ifa etdiyi "Merci, Chérie" mahnısı ilə Udo Yürqens 1966 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmışdır. Avropada həmin illərdə hitə çevrilən mahnının eyni zamanda ingilis dilində olan müxtəlif versiyaları da dinləyicilərə təqdim olunmuşdur.

1966-cı ildə Avstriyaya Avroviziyada ilk qələbəsini yaşadan Udo Yürqensin uğurunu növbəti dəfə 48 ildən sonra 2014-cü ildə Konçita Vurst təkrarlamışdır. 2015-ci ildə müsabiqəyə ev sahibliyi edən Avstriya interval akt olaraq Udo Yürqensin ifasını planlaşdırsa da, müğənninin qəfil ölümü bunun baş verməsinə imkan yaratmadı, lakin müsabiqənin təşkilat komitəsinin istəyi ilə Avroviziya 2015-in açılışı zamanı məhz Udo Yürqensə həsr olunmuş akt izləyicilərə təqdim olundu[2].

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Portrait in Musik (1965)
  • Merci, Chérie (1966, Eurovision)
  • Chansons (1967)
  • Portrait in Musik 2. Folge (1967)
  • Was ich Dir sagen will (1967)
  • Mein Lied für Dich (1968)
  • Udo (1968)
  • Wünsche zur Weihnachtszeit (1968)
  • Udo Live (1969)
  • Portrait International (1969)
  • Udo '70 (1969)
  • Udo '71 (1970)
  • Zeig mir den Platz an der Sonne (1971)
  • Helden, Helden (1972)
  • Ich bin wieder da (1972)
  • Udo in Concert – Europatournee '72/'73 (1973)
  • International 2 (1973)
  • Live in Japan (1973)
  • Udo heute (1974)
  • Meine Lieder (1974)
  • Udo '75 (1975)
  • Meine Lieder 2 (1976)
  • Udo Live '77 (1977)
  • Meine Lieder '77 (1977)
  • Lieder, die auf Reisen gehen (1978)
  • Buenos Días Argentina (Football World-Championship) (1978)
  • Ein Mann und seine Lieder (1978)
  • Nur ein Lächeln (1979)
  • Udo '80 (1979)
  • Meine Lieder sind wie Hände (1980)
  • Leave a Little Love (1981)
  • Willkommen in meinem Leben (1981)
  • Silberstreifen (1982)
  • Udo Live – Lust am Leben (1982)
  • Traumtänzer (1983)
  • Hautnah (1984)
  • Udo Live und hautnah (1985)
  • Treibjagd (1985)
  • Deinetwegen (1986)
  • Udo Live '87 (1987)
  • Das blaue Album (1988)
  • Sogar Engel brauchen Gluck (1989)
  • Ohne Maske (1989)
  • Live ohne Maske (1990)
  • Sempre Roma (Football World-Championship) (1990)
  • Das Traumschiff (Instrumental Soundtrack) (1990)
  • Geradeaus (1991)
  • Open Air Symphony (1992)
  • Cafe Größenwahn (1993)
  • Aber bitte mit Sahne (1994)
  • 140 Tage Cafe Größenwahn Tour 94/95 (1995)
  • Zärtlicher Chaot (1995)
  • Gestern-Heute-Morgen (1996)
  • Ich werde da sein (1999)
  • Mit 66 Jahren (Was wichtig ist) (2000)
  • Es lebe das Laster (2002)
  • Es werde Licht (2003)
  • Jetzt oder nie (2005)
  • Der Solo-Abend (2005)
  • Jetzt Oder Nie (2006)
  • Einfach Ich (2008)
  • Der ganz normale Wahnsinn (2011)
  • Der Mann mit dem Fagott (Soundtrack to his own movie) (2011)
  • Der ganz normale Wahnsinn (2012)
  • Mitten im Leben (2014)
  • Udo Jürgens Live – Das letzte Konzert Zürich 2014 mit dem Orchester Pepe Lienhard (2015)
  • Merci, Udo! (2016)
  1. http://www.friedhoefewien.at.
  2. "Finale: Tribute für Udo Jürgens". Eurovision Song Contest Vienna 2015. ORF. 26 March 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 may 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]