Ukrayna Konstitusiyası (ukr. Конституція України)- Ukrayna Respublikasının əsas qanunu.
Getman İvan Mazepanın ölümündən sonra 5 aprel, 1710-cu ildə yeni getman Filip Orliklə İvan Mazepaya sadiq kazaklar arasında getmanın hüquq və vəzifələrini müəyyən edən "Hərbi hüquq və azadlıqlar haqqında müqavilə" imzalandı. Bu sənəd Polşa kralı və şlyaxtalar arasında imzalanan Konstitusiya sənədinin bənzəri idi və tarixdə "Orlik Konstitusiyası" kimi tanınır. Sənəd köhnə ukrayna və latın dillərində tərtib edilmişdir. Sənədin latınca adı: lat. «Pacta et Constitutiones legum libertatumqe Exercitus Zaporoviensis».
Bağlanmış "kontrakt və müqavilələr" Ukraynanın İsveçin himayəsini saxlamaq şərti ilə Rusiya və Reç Pospolitadan asılılığını ləğv etdi. Ukraynanın ərazisi 1649-cu il Zborov müqaviləsinə əsasən müəyyənləşdirildi.
"Orlik Konstitusiyası" ilə əlaqədar abidələr qurulmuşdur:
Ukrayna Xalq Respublikasının Konstitusiyası 1918-ci il aprelin 29-da Ukrayna Ali Radası tərəfindən qəbul olunmuşdur. Mixayıl Qruşevskinin rəhbərliyi ilə 100 nəfər üzvdən ibarət Konstitusiya Komissiyasının yaradılması elan olunduqdan sonra Konstitusiya proseslərinə başlanıldı. Konstitusiya Ümumukrayna Ali məclisi tərəfindən qəbul olundu; buna Ukraynadakı alman istilası mane olmuşdur (Almaniya və bolşevik Rusiyası arasında bağlanmış müqavilə əsasında). Ukrayna Xalq Respublikasının Konstitusiyası "Dövlət quruluşu, hüquq və vəzifələrin əsasları" adlı altbaşlığa malik idi. Konstitusiya 8 bölmə 83 çaddədən ibarət idi: I. Ümumi müddəalar (1–6 maddələr); II. Ukrayna vətəndaşının hüquqları (7–21 maddələr); III. UXR hakimiyyət orqanları (22–26 maddələr); IV. UXR Milli Məclisi (27–49 maddələr); V. UXR xalq Nazirlər Şurası haqqında (50–59 maddələr); VI. UXR məhkəməsi (60–68 maddələr); VII. Milli ittifaqlar (69–78 maddələr); VIII. Vətəndaş azadlıqlarının müvəqqəti məhdudlaşdırılması haqqında (79–83 maddələr). UXR, bütün suveren hüquqları xalqa məxsus "suveren, hüquqi, heç bir asılılığı olmayan dövlət" elan olundu: Onun ərazisi bölünməzdir və parlamentin üçdə ikisinin razılığı olmadan sərhədləri dəyişdirilə bilməz. Ukrayna vətəndaşı o çəxs sayılırdı ki, o, bu hüququ qanuni yolla əldə etmiş olsun və ikili vətəndaşlıq yolverilməz sayılırdı. Fəal, vətəndaşlıq və siyasi səlahiyyətlərə 20 yaşdan sahib olmaq olardı. Yaşından, dinindən, irqindən və cinsiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabərhüquqlu idilər. Onlar bütün hüquq və azadlıqlarla: o cümlədən, söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, seçmək və seçilmək hüquqları, azad yaşayış yeri, hərəkət, gizlilik, yazışma sirri və s. kimi azadlıqlarla təmin olundular. Seçki və qanunvericilik prossesləri qaydaya salındı. Hakimiyyətin idarə olunması 3 sahəyə bölündü: qanunverici, icraedici, məhkəmə hakimiyyəti. Qanunverici hakimiyyət UXR Ali Ümumxalq Məclisə, icraedici hakimiyyət Xalq Nazirlər Şurasına, məhkəmə hakimiyyəti isə UXR Ali Məhkəməsinə havalə olundu. Milli azlıqlara sərbəst toplanmaq və ittifaqlarda birləşmək hüququ verildi. Beləliklə, UXR, prezidenti olmayan unikal parlamentli respublika oldu.
10 mart, 1919-cu ildə Sovetlərin Ümumukrayna Konqresi Ukrayna Sovet Sosialist Respublikasının ilk konstitusiyasını qəbul etdi[3].
Ukrayna SSR-nin ikinci konstitusiyası 1929-cu il mayın 15-də qəbul edildi. Bərabər əmək prinsiplərini əsas tutaraq şəxsi mülkiyyəti qadağan etdi və SSRİ-yə üzvlüyü nəzərə alaraq Ümumittifaq Orqan və Ümumittifaq qanunverici prinsiplərinə əsaslandı.
Ukrayna SSR-nin növbəti konstitusiyası USSR Sovetinin 30 yanvar 1937-ci il növbədənkənar 14-cü konqresi zamanı qəbul olundu. Bu Konstitusiyaya əsasən ali hakimiyyət Ukrayna SSR Ali Şurasına(Ali Rada) verildi. USSR rəsmi qaydada o andan etibarən Ukrayna Sovet Sosialist Respublikası adlanmağa başlamışdır.
1939-cu il, martın 15-də Karpat Ukraynası seyminin ilk (və son) sesiyasında yeni dövlət idarəolunma formasında və konstitusiyada səlahiyyətə malik iki qanun qəbul olundu[4].
Ukrayna SSR-nin yeni Konstitusiyası 1978-ci il aprelin 20-də Şura Konstitusiyasına uyğunlaşdırılmış şəkildə qəbul edildi. 1989–1995 illər arasında Konstitusiyanın mətnində bir sıra əhəmiyyətli dəyişikliklər edildi.
1995-ci il, iyunun 8-də Ukrayna prezidenti Leonid Kuçma və Ukrayna Ali Radasının sədri Aleksandr Moroz Yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı saziş imzaladılar[14]. Bu Konstitusiya sazişi 1996-cı ildə qəbul edilmiş Ukrayna Konstitusiyasının prototipi idi.
Ukraynanın 1996-cı il Konstitusiyası iyunun 28-də Ukrayna Ali Radasının ikinci çağırışının 5-ci sesiyasında qəbul edilmişdir. Köhnə konstitusiyanı ləğv edən, yeni Konstitusiyanı və Konstitusiya sazişini rəsmi şəkildə təsdiqləyən qanun-№ 254/96-ВР 1996-cı il iyulun ortalarında təmtəraqlı şəkildə rəsmi qaydada imzalandı. Buna baxmayaraq, Konstitusiya Konstitusiya Məhkəməsinin razılığı əsasında, parlament seçkilərinin nəticələrinin elan edildiyi anda, yəni 28 iyun 1996-cı ildə, Kiyev vaxtı ilə təxminən saat 9-da qüvvəyə mindi. Əsas qanunun qəbul olunması ilə bu gün Ukraynada rəsmi şəkildə dövlət bayramı-Ukrayna Konstitusiya Günü kimi qeyd olunmağa başlandı. Ukraynanın Konstitusiyasının qəbulunu elan edən Ukraynanın Ali Radasının 5-ci sessiyasının sonuncu günü-12 iyul 1996-cı ildə Ukrayna tarixində ilk dəfə millət vəkilləri Ukraynaya sadiq olmaları haqda and içdilər. Mariyinsky sarayında "Ukraynanın Konstitusiyasının qəbul edilməsi və onun qüvvəyə minməsi haqqında" Ukrayna qanununun mətni təntənəli şəkildə imzalandı. Bununla da, Ukraynadakı postsovet məkanının konstitusiya prosesinin növbəti mərhələsinin — Əsas Qanunun mətnini hazırlamaq mərhələsini, onun ətrafında olan müzakirələri və Ali Rada tərəfindən qəbul olunma mərhələsini başa çatmış oldu.
1996-cı il tarixli Ukrayna Konstitusiyası, ali qanunvericilik aktı kimi dövlətin ali orqanlarının və yerli özünüidarəetmə orqanları, onların münasibətləri və səlahiyyətləri, həmçinin fərdlərin və vətəndaşların hüquqlarını, azadlıqlarını və vəzifələrini təşkil edən əsas prinsipləri müəyyən etdi. Dövlətin Əsas Qanununun qəbul edilməsi siyasi strukturların səmərəli şəkildə yenidən qurulması, iqtisadiyyatın sabitləşməsi, inkişaf etmiş vətəndaş cəmiyyətinin formalaşması, Ukraynanın dünya ictimaiyyətinə daxil olması üçün hüquqi əsas yaratdı. 1996-cı il konstitusiyası müstəqil Ukraynanın ilk konstitusiyası idi. Konstitusiyanın qəbul edilməsi hökumətin müxtəlif hakim orqanlarının, siyasi partiyaların və ictimai təşkilatların hüquq və vəzifələrini bölüşdürdü.
15 bölmə 161 maddədən ibarətdir.
Ukrayna Konstitusiyası 28 iyun 1996-cı ildə 5-ci sessiyada Parlament (Ukraynanın Ali Radası) tərəfindən qəbul edildi; lakin, ümumukrayna referendumu ilə qəbul olunmadı. AŞPA Venesiya Komissiyası[16], 2007-ci ildə baş verən konstitusiya böhranının qarşısını almaq və ümumiyyətlə xalqın dünya ictimaiyyəti tərəfindən tanınan birbaşa demokratiya sistemi vasitəsilə dövlət quruluşu formasını seçmək hüququnu təmin etmək üçün konstitusiya islahatını qəralı şəkildə tövsiyə edir.
Hüquqşünaslar, konstitusiya hüququ ekspertləri, Ukrayna Konstitusiyasında sonsuz qanuni təzadlara gətirib çıxaran və dərhal hüquqi dəyişikliklər tələb edən 176 səhv aşkar etdilər[17]. Sənədin hazırkı versiyasını əldə etmək üçün yaranmış təcili ehtiyac Ukraynanın keçmiş dövlət başçısı Viktor Yuşşenkonun da təşəbbüsü ilə "Ukrayna Konstitusiyasında dəyişikliklərin aparılması haqqında" qanun layihəsi təsdiqləndi[18].
1996-cı ildən Ukrayna prezidentləri(L. Kuçma, V. Yuşşenko, V. Yanukoviç) Ukrayna Konstitusiyasına düzəliş etmək üçün beş kampaniyanın təşəbbüskarı olmuşlar. Bu kompaniyalardan ikisinin fəaliyyəti (2000 və 2009-cu illərdə) nəticəsiz qaldı; digər ikisi (2004 və 2010-cu illərdə) Ukrayna siyasi sistemində əhəmiyyətli dəyişikliklərə səbəb oldular; sonuncu-5-ci kompaniyanın fəaliyyətinə 2011-ci ildə Viktor Yanukoviç tərəfindən təşəbbüs göstərildi; onun nəticələri 2014-cü il hakimiyyət dəyişikliyinə qədər qüvvədə oldu.
1999-cu ilin avqustunda Ukraynanın prezidenti L. Kuçma Konstitusiyaya düzəliş etmək məqsədilə ümumxalq referendumunun keçirilməsini dəstəklədi[19]. 2000-ci il, yanvarın 15-də L. Kuçma referendumun keçirilməsi ilə bağlı sərəncam imzaladı. 2000-ci il, aprelin 16-da Səsvermə yolu ilə ümumxalq referendumu 4 əsas sahə ilə bağlı keçirildi: 1) ikipalatalı parlamentin təşkili; 2) prezidentin bir ay müddətində daimi bir çoxluq təşkil etmədiyi və ya üç ay ərzində büdcəni təsdiqləməyəcəyi təqdirdə parlamenti ləğv etmək hüququ haqqında; 3) deputatların 450-dən 300-ə ixtisar edilməsi haqqında; 4) deputatların toxunulmazlıqlarının məhdudiyyətləşdirilməsi haqqında; Referendum bütün bu suallara cavab verdi, lakin bunların heç biri parlamentdə tətbiq olunmadı[20].
Konstitusiyada təklif olunan dəyişikliklərin ümumi istiqaməti prezident hakimiyyətinin gücləndirilmək və parlamenti zəiflətmək idi. Ən böyük təsir, ikipalatalı bir məclisin tətbiqi- "yuxarı palatanın" prezidentin iştirakı ilə formalaşması və parlamentin aşağı palatası tərəfindən qəbul edilmiş qanun və qaydalara nəzarət etməsi ola bilərdi.
"Konstitusiya islahatı" 2003–2004-cü illərdə prezident L. Kuçma və baş nazir V. Yanukoviçin dəstəyi ilə həyata keçirildi[21]. İslahatın əsas istiqaməti əvvəlki şərtlərin əksinə yönəlmişdi(preident səlahiyyətlərinin zəiflədilməsi, Ukraynanın parlamentli respublikaya keçirilməsi və hökumətin parlament tərəfindən qurulacağı ilə bağlı şərtlər).
2007-ci il dekabrın 27-də V. Yuşşenkonun fərmanına əsasən, Konstitusiyanın sistemli yeniləşdirilməsi konsepsiyasını hazırlamağı nəzərdə tutan "Milli Konstitusiya Şurası" yaradıldı[22]. Avqustun 25-də Yuşşenko konstitusiya islahatının ümumxalq müzakirəsi haqqında fərman imzaladı. 2009-cu il dekabrın 1-dək ölkə miqyasında müzakirələr aparılacağı və bundan sonra referendum keçiriləcəyi planlaşdırılırdı.
2010-cu il, sentyabrın 30-da Konstitusiya Məhkəməsində- Yuxarı Radada səsvermə olmadan "Konstitusiya islahatı" ləğv edildi. 2013-cü ilin sonlarına kimi Konstitusiya islahatının ləğvi məsələsi Yuxarı Rada tərəfindən təsdiqlənmədi. "2004-cü il Konstitusiya islahatı"nın ləğvindən sonra bu məsələnin Ali Radada səsvermə ilə təsdiqlənməsi ilə bağlı sual meydana çıxdı. Lakin Ali Radada konstitusiya əksəriyyət səsləri toplamadı və sonra prezident Viktor Yanukoviç "Konstitusiyanın yeni bir versiyasını" hazırlamağa hazır olduğunu bəyan etdi. Bu prosess yenə də "Konstitusiya islahatı" adı ilə həyata keçirdi.