Ukrayna iqtisadiyyatı

Kiyevdəki biznes mərkəslərindən biri

Ukrayna iqtisadiyyatıUkrayna dövlətinin iqtisadiyyatı.

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Ukrayna təsərrüfatı mürəkkəb sahə və ərazi quruluşuna malikdir.

Yanacaq-energetika kompleksi

[redaktə | mənbəni redaktə et]

Bu ölkənin yanacaq-energetika kompleksi kömür, yerli neft-qaz və ən çox kənardan aldığı neft-qaz yanacağına əsaslanır. Donbas iri daş kömür rayonudur.

Ölkədə çoxlu istilik elektirik stansiyaları və bir neçə atom elektrik stansiyası var. 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəza ölkə iqtisadiyyatına çox böyük zərər vurmuşdur.

Metallurgiya kompleksi

[redaktə | mənbəni redaktə et]

Ölkənin metallurgiya kompleksi yerli dəmir filizləri və kömür əsasında inkişaf edir. İri mərkəzləri Donbas kömür hasilatı, Azov sahili nəqliyyata yaxınlıq və Dnepryanı filiz mərkəzi kimi fərqləndirilir.

Maşınqayırma sənayesi

[redaktə | mənbəni redaktə et]

Maşınqayırma metal tutumlu və əmək tutumlu sahələrlə təmsil olunub.

Ağır maşınqayırma Donbasda, Xarkovda, dəqiq maşınqayırma Ukraynanın qərb və cənub mərkəzlərində, şəkər çuğunduru yığan maşınlar Ternopolda, traktorlar Xarkovda, avtomobillər Lvovda, Zaporojyedə, Lutskda yerləşir.

Gəmiqayırma sənayesi

[redaktə | mənbəni redaktə et]

Gəmiqayırma XersonNikolayevdədir.

Kimya sənayesi

[redaktə | mənbəni redaktə et]

Kimya sənayesi inkişaf etmişdir.

Yeyinti sənayesi

[redaktə | mənbəni redaktə et]

Güclü yeyinti sənayesinə malikdir, yerli kənd təsərrüfatı məhsullarını emal edən-unüyütmə, şəkər, bitki yağı, ət-süd və meyvə konservləri və s. istehsal olunur. Bu müəssisələr kənd təsərrüfatı rayonlarında yerləşirlər.

Tikinti materialları sənayesi

[redaktə | mənbəni redaktə et]

Tikinti materialları sənayesi yüksək səviyyədə inkişaf etdirilir, zəngin xammala əsaslanır.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı həm bitkiçilik və həm də heyvandarlıq sahələri yaxşı inkişaf etdirilmişdir.

Əkin yerlərinin yarısından çoxunu dənli bitkilər tutur ki, əsasən də buğda əkinləri geniş yayılmışdır. 2006-cı ildə ölkədə 32 milyon ton taxıl istehsal olunmuşdur.

Şəkər çuğunduru becərilməsinə və şəkər tozu istehsalına görə Urkayna 2006-cı ilin məlumatlarına görə 22 milyon tonla şəkər çuğunduru və 2,6 milyon tonla şəkər tozu istehsalı sayəsində dünyada qabaqcıl yerlərdən birini tutmuşdur.

Əsas əkinləri meşə-çöl və qismən də çöl zonalarında yerləşir.

Heyvandarlıq əsasən südlük-ətlik istiqamətdə və donuzçuluq, quşçuluq, qoyunçuluq və b. inkişaf etdirilir.

Zakarpatye və cənub rayonları meyvəçlik və üzümçülük yerləşir.

Nəqliyyatın bütün sahələri inkişaf etmişdir. Odessa, Xerson, Mariopul kimi limanları vardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]