Ukrayna coğrafiyası — Şərqi Avropa düzənliyinin tərkibində yerləşən ölkələrin əksəriyyətinin coğrafiyasından əhəmiyyətli dərəcədə fərqlənir. Ukrayna Rusiya Federasiyasından sonra Avropada yerləşən ərazicə ikinci ən böyük ölkədir. Ukraynanın müxtəlif regionları fərqli coğrafi xüsusiyyətlərə malikdir.
Ukrayna coğrafiyası | |
---|---|
Qitə | Avropa |
Region | Şərqi Avropa |
Koordinatlar | 49°00'ş.e, 32°00'ş.u. |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 2782 km |
Sərhədlər |
6999,982 km[4][5] |
Ən yüksək nöqtə | 2 061 m (Hoverla) |
Ən alçaq nöqtə | —5 m (Kuyalnik limanı) |
Ən böyük çay | Dnepr(1 121 km)[6] |
Ən böyük göl | Yalpuq (149 km²)[6] |
Vikianbarda əlaqəli mediafayllar |
Azov dənizi və Qara dənizin şimal sahilləri boyu uzanan Ukrayna Şərqi Mərkəzi Avropada strateji mövqeyə malikdir. Ukrayna qərbdən Polşa, Slovakiya, Macarıstan , şimaldan Belarusiya , cənub-qərbdən Moldova və Rumıniya, şərqdən Rusiya ilə həmsərhəddir. Ərazisinin çox hissəsi Böyük Avropa düzənliyinin tərkibində yerləşir. Ümumilikdə Ukrayna Qara dəniz sahili boyu çöllüklər və materikin ortalarına doğru mülayim meşə zonası iki biom arasında bölünür. Qərbi regionlar Karpat dağlarının üstünlük təşkil etdiyi alp dağlarına bənzər ərazilərdə yerləşir.
Karpat dağlarının şimal hissəsi Ukraynanın qərb hissəsini əhatə edir. Ukrayna ərazisinin çox hissəsini Qara dənizin şimal regionlarının çöllükləri tutur. Ukraynanın ərazisi demək olar ki, Dnepr çayı ilə yarıdan bölünür. Bu çay Dnestr və Cənubi Buq çaylarının mənsəbinin yaxınlığında Qara dənizə tökülür. Ukrayna Rusiya ilə ən uzun sərhəddə malikdir və sərhəd xətləri Azov dənizinə qədər davam edir.
Ukraynanın ümumi coğrafi ərazisi 603,550 kvadrat kilometrdir. Ukraynanın ümumi sərhəd əraziləri 4,558 kilometr təşkil edir.
Ukrayna ərazisinin çoxu münbit düzənliklər (və ya çöllüklər) və yaylalardan ibarətdir. Torpağın istifadəsi baxımından, Ukrayna ərazisinin 58%-i əkinə yararlı torpaqlar hesab olunur. Bu torpaqların 2% daimi əkin, 13%-i daimi otlaq, 18%-i meşə və meşə massivi, 9%-i isə digər məqsədlər üçün istifadə olunur.
Dağlar Azov dənizindən Ukraynanın qərbinə doğru azalır. Ölkənin qərb regionunda Karpat dağları var və bəzi Donets dağ silsiləsindən eroziyaya məruz qalmış dağlar Azov dənizinin şərqi yaxınlığındadır. Ukraynanın ən hündür zirvəsi dəniz səviyyəsindən 2061 metr yüksəklikdə yerləşən Hoverla[rus.] zirvəsidir.
Ukrayna qışı soyuq və yayı isti keçən mülayim kontinental iqlimə malikdir.[7] Ukraynanın iqliminə Atlantik okeanından gələn mülayim hava kütlələri təsir edir.[8] Ukraynada yağıntı qeyri-mütənasib bölündüyündən, qərb və şimal hissələrə yağıntı çox, şərq və cənub şərq hissələrə isə yağıntı daha az düşür. Ölkədə iyun və iyul ayları rütubətli aylardır. Fevral isə ən quru aydır.[8]
Ukraynada əhəmiyyətli təbii ehtiyatlara daxildir: dəmir filizi, daş kömür, manqan, təbii qaz, neft, duz, kükürd, qrafit, titan, maqnezium, kaolin, nikel, civə, meşə materialı və əkinə yararlı torpaqlar.