Ukraynada idman

Ukraynada idman- Ukraynanın ən məşhur fəaliyyətlərindən biridir. İdmanla peşəkar və həvəskar məşğul olurlar. Həvəskar idmanı bədən tərbiyəsi konsepsiyası ilə sıx bağlıdır. Futbolgüləş kimi idman növləri 19-cu əsrdən bu günə qədər Ukraynada məşhurdur.[1] Sovet İttifaqının Ukrayna idman sahəsində böyük rolu olmuşdur. Sovet İttifaqının dağılmasından sonra Ukraynada yüzlərlə stadion, üzmə hovuzu, gimnaziya və digər idman qurğuları qalmışdır. XIX əsrin ikinci yarısından Avropada məşhur olan Sokol gimnastika təşkilatı tərəfindən Ukrayna idman və ya atlet hərəkatına böyük təsir göstərmişdir. Ukraynada idman ilk növbədə müxtəlif olimpiya idman növlərinin 40 federasiyası tərəfindən tənzimlənir. Bunlar, həmçinin, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bir hissəsi olan Ukrayna Milli Olimpiya Komitəsinə (NOC Ukrayna) tabedir. Bütün qeyri-olimpiya idmanları Ukrayna İdman Komitəsinin müvafiq federasiyaları tərəfindən idarə olunur. Ukrayna güclü paralimpik komandaya malikdir.

İnqilabdan əvvəl idman

[redaktə | mənbəni redaktə et]

Yeni idman növləri- reqbi, futbol, hokkey, velosiped - XIX əsrin sonu - XX əsrin əvvəllərində Ukrayna ərazisində inkişaf etməyə başladı. Sirk idmanı (çəki qaldırma, gimnastika, güləşçilərboksçular arasında nümayiş yarışları) da geniş yayılmışdır. Ukraynalı güləşçilər Ukraynanın ən əfsanəvi idmançılarından idi: yunan-Roma güləşçisi İvan Poddubnı, 40 ildə heç bir yarışda məğlub olmamışdı.[2] Üzvləri peşəkar şəkildə idmanla məşğul olan müxtəlif idman klubları yaranmışdı. 1913-cü ildə Kiyevdə Ümumrusiya Sənaye Sərgisinin açılışına və kral taxtında Romanov sülaləsinin hakimiyyətinin 300-cü ildönümünə həsr olunmuş ilk Ümumdünya Olimpiadası keçirildi. Kiyevdə bu hadisədən sonra, 5000 nəfərlik qaçış və velosiped yolları olan, ilk stadion açıldı.[3]

Olimpiya yarışlarında atletika, marafon, futbol, güləş, qılıncoynatma, üzgüçülük, gimnastika, atıcılıq, atçılıq idmanı, velosiped və motosikl yarışları keçirilirdi.

Müharibədən əvvəl Qərbi Ukrayna

[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqı dövrü

[redaktə | mənbəni redaktə et]

1921-ci ildə ilk dəfə olaraq Ukrayna spartakiadası keçirildi, fərqli miqyaslı bir çox idman müsabiqəsi başlamışdır. İnstitutlarda Bədən tərbiyəsi və idman şöbələri yaradıldı və xüsusi universitetlər açıldı. 1930-cu illərdə velosiped yarışları və yürüyüş turlarının populyarlığı artdı. 1936-cı ildən 1937-ci ilə qədər Ukrayna SSR-in sakinləri Odessa-Vladivostok marşrutu boyunca və SSSR sərhədlərinin marşrutu boyunca (velosiped yürüyüş uzunluğu, uyğun olaraq 14317 və 30872 kilometr idi) velosiped yürüyüşündə iştirak etdi. İkinci Dünya Müharibəsi dövründə idmanın inkişafı müvəqqəti olaraq dayandı- bir çox idmançılar Almaniyaya getməkdən və idman karyerasını davam etdirməkdən imtina etdi. Sovet Ukrayna idmançıları, gimnastlar İrina Deryugina, Aleksandra Timoşenko, Oksana Skaldina və digər idmançılar, çoxsaylı dünya və Avropa çempionlarıdır. Xersonlu Larisa Latınina, Olimpiya Oyunlarında unikal bir müvəffəqiyyət əldə edərək 18 Olimpiya medalını qazanmışdı. Ukrayna futbolunun əfsanəsi Dinamo Kiyev komandasıdır - SSRİ-nin 13 dəfə çempionu, Milli Kubokun 2 dəfə qalibi və UEFA Superkubokunun qalibidir. Komanda oyunçuları Oleq Bloxinİqor Belanov "Qızıl top" əldə etmişlər. Digər məşhur sovet Ukraynalı oyunçu, Avropa çempionatlarında ən yaxşı qolçulardan biri olan Silver Boot'u qazanan Dnepr FK-dan Oleq Protasovdur. Həndbolda İqor Turçinin rəhbərlik etdiyi Kiyev qadın komandası "Spartak", şöhrət qazanmışdır.[4]"Qırmızı və Ağ" komanda Avropa Çempionlar Kubokunda 13 dəfə, idmançı Zinaida Turçin və Larisa Karlova isə bir dəfədən çox dünya və Avropa çempionatlarında ən yaxşılardan oldu. Yüngül Atletika ustası Sergey Bubka 35 dünya rekordunu əldə etdi, Dünya Kuboku Qran Pri'də bir çox dəfə qazandı, altı dəfə dünya çempionu, bir dəfə Seulda olimpiada çempionu oldu.[5]

Müasir Ukrayna

[redaktə | mənbəni redaktə et]

Ukrayna Olimpiya Oyunlarında

[redaktə | mənbəni redaktə et]

Ukrayna idmançıları 1952-ci ildən 1988-ci ilədək Sovet komandası tərkibində və 1992-ci ildə Ukraynanın müstəqilliyindən sonra Birləşmiş komandanın bir hissəsi kimi Olimpiya oyunlarına qatılıblar. 1990-cı ildə Ukrayna Milli Olimpiya Komitəsi yaradıldı. 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmışdır. 1994-cü ildə ilk dəfə olaraq Lillehammerdə keçirilmiş Qış Oyunlarında Ukrayna təmsil olunub və o vaxtdan bəri bütün Yay və Qış Oyunlarında iştirak etmişdir. İllər ərzində Ukrayna komandası Yaz Olimpiadasında 115, qışda isə 7 medal qazandı. İlk Olimpiya çempionu Lillehammerdə, Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu adını qazanan Oksana Bayul idi.[6]

1996-cı ildə Atlanta Olimpiadalarında Ukrayna rəsmi olmayan bir qeydə görə ilk on komandaya daxil oldu.

Böyük müsabiqələr

[redaktə | mənbəni redaktə et]

Prezidentin 8 sentyabr 2010-cu il tarixli 895 saylı Fərmanına əsasən Ukraynada 2022-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edə biləcək idman və turizm infrastrukturu yaratmaq məqsədi ilə "Ukrayna 2022 Olimpiya Ümidləri" milli layihə yaradılmışdır. Daha sonra, Lvov ölkədəki qeyri-sabit siyasi və iqtisadi vəziyyətə görə 2022 Olimpiya Oyunlarına ev sahibliyi hüququ üçün mübarizə etməkdən imtina etdi.[7] 2012-ci ildə Ukrayna, Polşa ilə birlikdə, Avropa futbol Çempionatını təşkil etdi və keçirdi, bu sırada 16 ölkə güclü Avropa komandası adına yarışdı. Ukraynada, Xarkov, Lvov və Donetskdə futbol oyunları keçirilirdi. Final Kiyevin Olimp stadionunda baş tutdu, harda ki, İspaniya İtaliyanı 4:0 yenmişdi və tarixində 3-cü dəfə dünya çempionu olmuşdu. Ukrayna prezidenti Viktor Yanukoviç 9 fevral 2012-ci ildə hökumətə "Ukraynada Euro 2015 basketbol çempionatının hazırlanmasına və keçirilməsinə dair Təşkilat Komitəsi" (komitə Baş nazir Mikola Azarov başçılıq edirdi) yaratmağı tapşırdı. 2013-2014 Ukrayna İnqilabı səbəbi ilə, FIBA Eurobasket yarışı Ukrayna üçün ləğv edildi. Bununla yanaşı, Komitə bu vəziyyətlə əlaqədar olaraq Ukrayna EuroBasket 2017 üçün təklif yerləşdirməyi öhdəsinə götürdü.[8]

2011-ci ildə Kiyevdə, İdman Sarayında Division I-də Dünya Buz Hokkey Çempionatının B qrupu keçirilmişdir. Ukrayna komandası 3-cü yeri tutdu. 2013-cü ildə, IB bölmə üzrə dünya buz hokkey çempionluğu Donetskdə keçirildi.

İdman klubları

[redaktə | mənbəni redaktə et]

Ukraynanın altı idman klubu, Ukrayna Silahlı Qüvvələrinin Mərkəzi Klubları (CSK ZSU), Dinamo - Ukrayna, Spartak - Ukrayna, Ukrayna (əvvəllər Avanhard), Kolos və Osvita var. Hər birinin Ukraynanın bütün regionlarında nümayəndəlikləri və təlim mərkəzləri var.

İdman təhsili

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin oktyabr ayından etibarən Ukraynada 1867 uşaq-gənc idman məktəbləri yaradılmışdır və bu mərkəzlərdə yarım milyondan çox uşaq təhsil almışdır. Bunlardan 6,5 min nəfəri əlildir. 13 rayonda idman profilinin əsas təhsil müəssisələri fəaliyyət göstərir, onlardan 9-u bədən tərbiyəsi məktəbi, 3-ü Olimpiya ehtiyatları məktəbi, 4 lisey idman növü və 2 idman internat məktəbidir.[9] Otuz yeddi Olimpiya idman növü inkişaf etdirilir ki, burada 5,5 min idmançı xüsusi müəssisələrlə məşğuldur, onlardan beşi isə Ukraynanın Olimpiya komandasına daxildir.

2011-ci ildə Nailiyyətlər

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Ukraynalı idmançılar 971 Olimpiya idman yarışlarında iştirak etdilər və orada 450 medal qazandılar: 110 qızıl, 137 gümüş və 203 bürünc (proqramın Olimpiya nömrələrində - 314 medal: 78 qızıl, 95 gümüş və 141 bürünc, qeyri-olimpiya nömrələrində - 136 medal: 32 qızıl, 42 gümüş və 62 bürünc). Yüngül atletlər Olqa Saladuka, Viktoriya Tereşçuk (Müasir beşnövçülük ), boksçular Vasili Lomaçenko, Taras Şelestyuk, Yevgeniy Xitrov və Aleksandr Usik dünya çempionları oldu. Olimpiya idman növləri olmayan dünya çempionatlarında Ukraynalılar 94 qızıl, 88 gümüş və 87 bürünc medal qazandılar. Avropa çempionatında 110 qızıl, 67 gümüş və 73 bronz medal; Dünya kubokunda 16 qızıl, 11 gümüş və 10 bürünc medal qazanmışdır.[10] 166 idmançı Londonda keçiriləcək olimpiadada çıxış etmək imkanı qazanmışdır.[11]

  1. "Sports in Ukraine, sporting nation — My Ukraine". 2019-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  2. Поддубный Иван Максимович Arxivləşdirilib 2022-08-05 at the Wayback Machine/ В. И. Линдер // Перу — Полуприцеп. — М. : Большая российская энциклопедия, 2014. — С. 541. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 26). — ISBN 978-5-85270-363-7.
  3. "История города: Легендарные стадионы Киева". 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  4. "Команда Спартак". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  5. "Sergey Bubka UKRAINIAN ATHLETE // WRITTEN BY: The Editors of Encyclopaedia Britannica". 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  6. "Открылись XVII зимние Олимпийские игры в Лиллехаммере (Норвегия)". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  7. "Львов больше не претендует на зимнюю Олимпиаду-2022". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  8. "Ukraine loses 2015 Euro basketball championship". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  9. "Archived copy" Archived from the original on April 26, 2014. Retrieved 2016-02-24.
  10. "Украина рассчитывает на 314 олимпийских лицензий". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  11. "На Олимпийские игры в Лондон поедут 166 украинских спортсменов". 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.

Xraici keçidlər

[redaktə | mənbəni redaktə et]