Ukraynada QİÇS (ukr. СНІД в Україні) — Ukraynada QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Ukrayna QİÇS virusunun ən sürətli yayıldığı Avropa ölkəsidir.[1][2][3][4][5] Mütəxəssislərin 2010-cu ilin avqust ayında vermiş olduğu raporta əsasən ölkədə gənc nəslin 1.3% QİÇS-in səbəb olduğu HİV virisunu daşıyıcısıdır.[6][7] 2011-ci ilin məlumatlarına görə Ukraynada 360.000 HİV pozitiv şəxs yaşayır.[7]
İlk yoluxma faktının qeydə alındığı 1987-ci ildən 2012-ci il aralığında QİÇS-in səbəb olduğu xəstəliklərdən 27.800 nəfər vəfat edib.[1] 2012-ci ilin məlumatlarında təxminən gün ərzində 57 yeni yoluxma faktının və 11 virusunun səbəb olduğu xəstəliklərdən baş verən ölüm faktlarının qeydə alındığı bildirilmişdir.[8]
İlk dəfə 1987-ci ildə qeydə alınan virus 90-cı illlərin əvvəllərində ölkənin cənub və şərq əyalətlərində inyeksion narkotik istifadəçiləri arasında məhdud çevirədə yayılmışdır. Zamanla ölkənin digər bölgələrində də artım səviyyəsinə keçən virus XX əsrin sonlarına yaxın əhəmiyyətli dərəcədə çox əhalidə aşkarlanmışdır. Bu gün Ukrayna Şərqi Avropada ən çox HİV/QİÇS daşıyıcısı olan vətəndaşa sahib ölkədir.[9]
Ukraynada HİV virusunun ilk aşkarlanması 1987-ci ilə təsadüf edir. Ötən 5 il ərzində virusun yayılma səbəbləri və yayılma çoğrafiyası ilə bağlı ətraflı məlumat toplamaq mümkün olmamışdır. 1995-ci ildə virusun yayılması sürəti zəifləmişdir. Bu illərdə Ukrayna Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yoluxma və yayılma risklərinin aşağı olduğu ölkələrin kateqoriyasına salınır.[10] 1987-1994-cü illər aralığında 183 yoluxma faktı qeydə alınmışdır.[11]
90-cı illərin ortalarında ən çox yoluxma faktı inyeksion narkotik istifadəçilərinin arasında baş vermişdi. Eyni şpritsdən istifadə hallarının çoxalması virusun yayılmasını sürətləndirən ən önəmli amil hesab olunurdu. 2001-ci ilin məlumatlarına əsasən inyeksion yoluxmaların faizi 1997-ci ilin göstəricilərinə görə 27% azalmışdır. Belə ki, 1997-ci ildə ümumi yoluxmaların 84% inyeksion yoluxmalar təşkil edirdisə, 2001-ci ildə bu göstərici 54% həddində olmuşdur.
İllər ərzində eyni şpritsdən istifadə halları zaman baş verən yoluxmalarda azalmalar müşahidə olunsada, cinsi əlaqə zamanı baş verən yoluxmalarda artım görülmüşdür. Hetroseksual münasibətlərdən baş verən yoluxma göstəricisi ötən dövr ərzində 11% dən 27% qədər yüksəlmişdir.
Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı tərəfindən 2003-cü ildə açıqlanan məlumata əsasən Ukraynada 360.000 HİV/QİÇS daşıyıcısı yaşayır. Ukrayna Səhiyyə Nazirliyi vətəndaşların 500 minə qədərinin virusa yoluxduğunu və ya yoluxma riski altında olduğunu bildirmişdir. Ukraynalı rəsmilərin məlumatlarına görə virus ölkənin gənc əhalisinin 2% də mövcuddur. Regional baxımdan vilayətlərə bölünən ölkədə xüsusi ilə cənub və şərq ərazilərində yoluxma hallarına tez-tez rast gəlinir. Odessa, Dnepropetrovsk, Nikolayev və Donetsk vilayətlərində yoluxma faizi digər vilayətlərə nəzarən üç dəfə daha çoxdur.
Ukraynanın cənub və şərq əyalətlərində virusun digər əyalətlərə nəzarən daha kəskin formada yayılması bir necə səbəblə izah olunur. 90-cı illərdən etibarən başlayan işsizlik və sosial problemlər əhali arasında narkomaniya, alkoqolizm və zərərli vərdişlərin çoxalmasına təkan vermişdir. SSRİ-nin dağılmasından sonra özünü yenidən formalaşdırmağa başlayan iri sənaye şəhərləri bir çox sosial problemləridə bərabərində gətirməkdə idi və beləliklə HİV virusunun yayılması və çoxalması üçün münbit şərait formalaşmışdı.[12]
2009-cu ilin statistik məlumatlarına əsasən yoluxma hallarının 44% qorunmamış cinsi əlaqə zamanı baş vermişdir. Narkotik maddə istifadəçilərinin payına düşən yoluxma faizi isə 36-dı dır. Virusun ilk dəfə göründüyü illərlə müqayisədə, demək olar ki, zamanla əsas yoluxma növlərinin yerləri dəyişmişdir. XX əsrin sonlarına yaxın inyeksion yoluxmalar ilk sırada qərarlaşsada, zamanla yerini qorunmamış cinsi əlaqələr zamanı baş verən yoluxma hallarına vermişdir. 2007-ci ildə dərc olunmuş bir başqa hesabatda ölkə əhalisinin 0.96%-nin virus daşıyıcısı olduğu bildirildi. Həmin ilə nəzarən bu faiz göstəricisi 440.000 vətəndaşa bərabərdir.
Ukraynada virusla mübarizədə əsas problemlərdən biri də virusun daha çox əhalinin maariflənməmiş kəsimlərində yayılmasıdır. 2008-ci ildə Ukrayna Səhiyyə Nazirliyi 2% göstəricisinin ümüd verici kimi qəbul edilə biləcəyini açıqlamışdır.
1996-2001-ci illər aralığında ölkənin müxtəlif bölgələrində yerləşən həbsxanalarda cəza çəkən məhkumlar arasında aparılmış qan yoxlamaları nəticəsində 26% məhkumun HİV daşıyıcısı olduğu müəyyənləşdirilib. 2005-ci ilin yanvar ayında isə bu göstərici 15-30% aralığında görülüb. Qan analizlərinin nəticəsində 95% yaxın məhkumda Hepatit C virusunun olduğu da müəyyənləşib.[13]
2010-cu ilin əvvəllərinə aid məlumata görə Ukraynadakı həbsxanalarda 147.000 məhkum saxlanılır və 38.000 təksirləndirilən şəxsin işi isə məhkəmədədir.[14] Ölkə həbsxanaları bu günüdə QİÇS, Hepatit C kimi yoluxucu xəstəliklərin əsas yayıldığı nöqtələrdən hesab olunur. Məhkumlar arasındakı yoluxma yollarından bir digəri də, homoseksual cinsi əlaqədir.
HİV müsbət anaların sayı hər il 20-30% artdığından virusla doğulan və yaxud doğulma riski olan uşaqların sayında da artım müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının 2007-ci ilə məxsus hesabatına görə Ukraynada hamilə olan qadınların 0.34% də sözügedən virus aşkarlanmışdır. Bu göstərici Avropada hamilə qadınlar arasındakı ən yüksək göstəricidir.
Ümumdünya Səhiyyə Təşkilatının bir digər məlumatına görə Ukraynada bu günə qədər 18.000 dən çox HİV müsbət ana tərəfindən doğuş gercəkləşdirilmişdir. 10.200 körpədə ilkin yoluxma halı baş verməyib, 5.500-dən çox körpənin nəticələri isə uzun müddətli testlərdən sonra müəyyənləşdiriləcək. Qeyd etmək lazımdır ki, HİV müsbət olan ananın körpəsində də virusun aşkarlanması riski doğuşdan öncə lazimli müalicələr aparılmadığı təqdirdə 85%-dan çoxdur.
Hal-hazırda ölkədə 1.877-dən çox HİV daşıyıcısı olan körpə var və bu körpədən 244 nəfəri virusun səbəb olduğu müxtəlif xəstəliklərdən vəfat edib. Ümumdünya Səhiyyə Təşkilatının apardığı təbliğat və sosail sferaları işlər nəticəsində Ukraynada HİV/QİÇS xəstəliyinin anadan uşağa keçməsinin qarşısının alınması sahəsində ciddi irəliləyiş əldə olunmuşdur. Buna fakt kimi, 2000-ci ildə bu növ yoluxma halı ümumi yoluxmaların 27% təşkil etdiyi halda, 2006-cı ildə 7% təşkil etməsini göstərmək olar. Ukrayna Səhiyyə Nazirliyi də 2004-cü ildə anadan körpəyə yoluxdurma hallarının 29% təşkil etdiyi halda, 2014-cü ildə 4.28% təşkil etdiyini açıqlamışdır.[15]
2001-ci ilin iyun ayından 2015-ci ilə qədər HİV müsbət olan Ukrayna vətəndaşlarının ölkəni tərk etməsi qadağan edilmişdir və eyni zamanda virus daşıyıcısı olan şəxslərində ölkəyə daxil olmasın məhdudiyyətlər gətirilmişdir.[16] 2003-cü ildən etibarən ölkədə inyeksion yoluxmaların qarşısının alınması üçün steril ləvazimatların paylanması xidməti göstərilir. Bu məqsədlə 38 məntəqədə, 2.200 dən çox şəxs müxtəlif steril ləvazimatlarla təmin olunub.[17]
Əsasən virus daşıyıcılarına (ing. Buprenorphin) adı verilən dəriman preparatları verilir. Dərman metadondan daha bahalı olsa da, dünya üzərində geniş istifadə olunmayıb və yan təsirləridə bir o qədər araşdırılmayıb. (ing. Buprenorphin) cəmiyyət və siyasətçilər tərəfindən ağrı kəsici olduğuna görə istifadəsi daha məqsədəuyğun hesab olunur. Metadon preparatı isə toksikamanlar tərəfindən istifadə olunduğundan dəstəklənmir.[18]
2012-ci ildə HİV müsbət olan şəxslər dövləti onların müalicəsi üçün yetərincə imkanlar yaratmamaqda günalandırdı.[19] Belə ki, müalicə üçün lazım olan dərmanlar ölkəyə əsil dəyərindən bir necə dəfə baha qiymətə gətirilir və lazım olan vaxtlarda ehtiyacı olan viruslu şəxslərə verilmirdi. 2013-cü ilin 17 aprel tarixində Ukrayna Səhiyyə Nazirliyinin qarşısında 50-dən çox HİV müsbət şəxsin keçirmiş olduğu etiraz aksiyasında hökumətdən viruslu şəxslərin müalicəsi üçün lazım olan büdcənin ayrılması tələb olunmuşdur.
Başlarına torba, boğazlarına ip keçirən etirazçılar hökumətdən lazım olan dəstəyi ala bilmədiklərini və effektiv dərmanların əvəzinə, bəzi dəstəkləyici ucuz kursları keçdiklərini bildirmişdilər.[20] Donbass müharibəsinin başlaması və bölgədə Donetsk Xalq Respublikasının elan edilməsindən sonra metadon preparatının satışı və istifadəsi qadağan edilmişdir. Ukraynanın şərqində yaşayan HİV müsbət şəxslərin lazım olan dərmanları əldə edə bilməməkləri nəticəsində bəziləri bölgəni tərk etmək məcburiyyətində qalmışdır.[21]
Ukraynada virusun yayılmasının qarşısının alınması və mümkün yoluxma yolları barədə əhalinin məlumatlandırılması məqsədi ilə bir çox tədbir, konsert və yarmarkalar təşkil edilməkdədir. Bu tədbirlərdən biri 2012-ci ilin iyun ayında paytaxt Kiev şəhərində Həyatdan həzz al, təhlükəsizlikdə qal devizi altında keçirilmiş konsert proqramıdır. Həmin konsertdə 25.000 dən çox şəxs iştirak edib. Konksertin qonaqları arasında özüdə virus daşıyıcısı olan məşhur ingilis müğənni Elton Con, vokalistləri virusdan dünyasını dəyişən Queen qrupu və Adam Lambert iştirak ediblər.