Üryanizadə Əhməd Əsad Əfəndi

Üryanizadə Əhməd Əsad Əfəndi (1813, İstanbul17 yanvar 1899, İstanbul) — Osmanlı şeyxülislamıalimi.[1][2]

Üryanizadə Əhməd Əsad Əfəndi
4 dekabr 1878 – 17 yanvar 1889
ƏvvəlkiƏhməd Muxtar Bəyəfəndi
SonrakıBodrumlu Ömər Lütfi Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1813
Doğum yeri
Vəfat tarixi 17 yanvar 1899(1899-01-17)
Vəfat yeri
Atası Qazı Mehmed Səid Əfəndi
Uşağı Məhəmməd Xalid bəy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1813-cü ildə İstanbulda dünyaya gəldi. XVII əsrin məşhur alimlərindən Üryani Osman Əfəndinin şəcərəsinə mənsub olub, atası II Mahmud dövrünün qazılarından Mehmed Səid Əfəndidir. Bu səbəblə bəzi mənbələrdə Üryanizadə olaraq anılır. Xoca Abdullah Əfəndi, Əbdülqadir bəy və Xoca İsmayıl Əfəndidən dərslər alaraq 1830-cu ildə fətvaxanada katib olaraq xidmətə başladı. Atasının qazı olaraq Serez, Hələb, Kastamonu, ManastırŞamdakı xidmət illəri boyunca onunla birlikdə gəzən Əsad Əfəndi atasının 1848-ci ildə Şamda vəfat etməsinin ardından İstanbula döndü. 1853-cü ildə Əyyubsultan, bir il sonra Üsküdar, 1855-ci ildə yenidən Əyyubsultan, 1856-cı ildə Ədirnə, 1858-ci ildə Mədinə1866-cı ildə İstanbul qazılığına təyin olundu. Bütün bu vəzifələriylə yanaşı bir çox dövlət məmuriyyətlərinə təyin edildi.

Əyyubsultan səmtində yerləşən türbəsi, mart 2022

1876-cı ildə bütün bu vəzifələrindən istehfa verərək sakit bir həyat yaşamaq istəsə də, çox keçmədən Əyanlar məclisinə üzv seçildi. Ardından 4 dekabr 1878-ci ildə şeyxülislam təyin edildi və 17 yanvar 1889-cu ildəki vəfatına qədər bu vəzifədə qaldı. Cənazəsi Əyyubsultan səmtində Əbusuud Əfəndi təkkəsinin həyətinə dəfn edildi. Sonralar məzarının üzərində türbə inşa edildi.

İmtiyaz, OsmaniyəMəcidi nişanları ilə təltif olunan Əsad Əfəndinin yeganə övladı olan Məhəmməd Xalid bəy də ondan bir il sonra vəfat etdi.

  • Ali el-Murtazâ, İlâveli Mecmûa-i Cedîde, İstanbul 1326–29, s. 4, 9–10, ayrıca bk. tür.yer.
  • İlmiyye Salnâmesi, s. 609–612.
  • Abdurrahman Şeref, Târih Musâhabeleri (İstanbul 1339) (haz. Enver Koray), Ankara 1985, s. 249–250.
  • Ali Rıza – Mehmet Galip, XII. Asr-ı Hicrî’de Osmanlı Ricâli, İstanbul 1977, II, 60–65.
  • Danişmend, Kronoloji, IV, 555.
  • İbnülemin, Son Sadrıazamlar, s. 692, 910, 1016.
  • İhsan Süreyya Sırma, L’Institution et les biographies des Šayḫ al-Islam sous le règne du Sultan Abdulhamid II: 1876–1909 (doktora tezi, 1973), Université des Sciences Humaines de Strasbourg, s. 97–113.
  • Atillâ Çetin, Tunuslu Hayreddin Paşa, Ankara 1988, s. 222, 260–261.
  1. Sicill-i Osmânî, I, 344.
  2. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 212–215.