Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 12 saniyə əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
"Ulu Öndər" (kitab) ― Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş kitab.[1]
"Ulu Öndər" (kitab) | |
---|---|
Orijinalın dili | Azərbaycan dili |
Ölkələr | Azərbaycan |
Nəşriyyat | "Şərq-Qərb" |
Nəşr | 2013 |
Cild | I |
Səhifə | 392 |
ISBN | 978 9952 32 085 5 |
Beş cilddən ibarət olan kitabın birinci cildində Ulu Öndərin respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncəyə səfərləri, gəncəlilərə diqqət və qayğısı, şəhərin inkişafı istiqamətində gördüyü böyük işlər haqda geniş məlumat verilir. Kitabda həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfərlərindən və müasir dövrdə şəhərin hərtərəfli inkişafından bəhs olunur.[1]
Kitabın ikinci cildində Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafına, respublikanın yaradıcı insanlarına və elm xadimlərinə diqqət və qayğısından bəhs olunur.[2]
Kitabın üçüncü cildində Qafqazın sülh prosesinin vacibliyini doğuran sosial-siyasi, iqtisadi və mədəni amillər araşdırılır, "Ümumqafqaz Evi" ideyasının yaranmasında, Qafqazda sülh və təhlükəsizliyin təmin olunması və regionun dünyanın inkişaf etmiş dövlətləri ilə inteqrasiyası kimi qlobal proseslərdə Ulu Öndərin geniş fəaliyyəti haqda məulamt verilir.[3]
Kitabın dördüncü cildində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mədəni irsimizin qorunub saxlanması, təbliği və təşviqi yönündə apardığı ardıcıl fəaliyyətdən, təşəbbüsçüsü və iştirakçısı olduğu çoxsaylı beynəlxalq tədbirlərdən və xarici ölkələrdə həyata keçirdiyi əhəmiyyətli görüşlərdən, müxtəlif mükafat və fəxri adlara layiq görülməsindən bəhs olunur.[4]
Kitabın beşinci cildində Heydər Əliyev Fondunun yaranması tarixindən, onun beynəlxalq əlaqələrindən, təşkil etdiyi dünya miqyaslı konfrans və tədbirlərdən, həyata keçirdiyi müxtəlif layihə və nəşrlərdən, fəxri qonaqlarından, xarici ölkələrdəki nümayəndəlikləri və onların fəaliyyətindən bəhs edilir.[5]