Urmiya toqquşmaları

Urmiya toqquşmaları — 1918-ci ilin 9-10 fevral tarixlərində Urmiya bölgəsində Qacar imperiyası, həmçinin yerli Azərbaycan türkləri ilə Aysor könüllülər arasında baş verən toqquşmalara verilnə addır. Bir digər adı Urmiya üsyanı olan hadisələr zamanı aysorlara Ağa Petros[b]Məlik Xoşaba rəhbərlik etmiş, Azərbaycan türklərinə isə şəhər hakimi İrşad Hümayun rəhbərlik edirdi. General Ərşad əl-Mülk də İrşad Hümayun tərəfdarı idi. Bu toqquşmalar Bolşevik inqilabından sonra böglədəki rus ordusunun geri çəkilməsindən sonra meydana çıxmışdır.

Urmiya toqquşmaları
Birinci Dünya müharibəsi
Ağ Kazak papaqlı olan Ağa Petros toqquşmalar zamanı müsəlmanların təslim olmasını gözləyərkən.
Ağ Kazak papaqlı olan Ağa Petros toqquşmalar zamanı müsəlmanların təslim olmasını gözləyərkən.
Tarix 9-10 fevral 1918
Yeri İran Azərbaycanı, Urmiya
Səbəbi Urmiya şəhərində etnik zəminli münasibətlər
Nəticəsi Aysorlar qələbə qazandılar
Ərazi dəyişikliyi Urmiya şəhəri müvəqqəti olaraq aysorların nəzarətinə keçdi
Münaqişə tərəfləri

Aysor könüllülər
* Tyari[1][a]
* Ermənilər
* Fransız könüllülər[4]

Qacar imperiyası
* Urmiya türkləri
* kürdlər

Komandan(lar)

Mar Benyamin Şimun (siyasi və mənəvi lider)
Ağa Petros
Malik Xoşaba

Ərşad əl-Mülk
Musa Ağa Sədr
İrşad Hümayun
Hacı Səməd Rza xan

Komandan(lar) 3 Komandan(lar) 4
Tərəflərin qüvvəsi

Təxminən 1000 nəfər[1]

Bilinmir, amma aysorlardan çox olduğu güman edilir[1]

Hərbi qüvvə 3 Hərbi qüvvə 4
İtkilər

80-dən az[5]

1000-dən çox[5]

Hərbi itkilər 3 Hərbi itkilər 4
Ümumi itkilər
Ümumi hərbi itkilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Urmiya toqquşmaları aysor-erməni silahlı dəstələrinin Antanta dövlətlərindən dəstək alaraq Cənubi Azərbaycanda həyata həyata keçirdikləri etnik təmizləmə siyasətinin bir hissəsidir. Ümumi olaraq, bəzən Cilovluq adlanan bu proseslər zamanı aysorlar tərəfindən 100 mindən çox insanın öldürüldüyü güman edilir.

Aysorların üsyanı və Cənubi Azərbaycana yerləşdirilmələri

[redaktə | mənbəni redaktə et]

1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan assuriyalılar (aysorlar) Rusiyanın dəstəyinə arxalanaraq öz dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi on minlərlə aysor (yerli əhali onları “cilov” adlandırırdı) öz ailələri ilə birgə Cənubi Azərbaycanın UrmiyaSəlmas bölgəsinə köçürüldü.[7][8]

Urmiya toqquşmalarına qədərki hadisələr

[redaktə | mənbəni redaktə et]

Rus ordusunun bölgədən çıxmasından sonra ingilis-fransız qüvvələri bölgəyə gəldi və onlar ermənilərin, aysorların daxil olduğu xristian silahlı bölmələri təşkil etdilər. Osmanlı arxivindən tapılmış sənəddə bölgədəki aysor silahlı dəstə belə təsvir edilməkdədir:[7]

Urmiya və Səlmas ətrafına bir rus polkovnikinin komandanlığı altında 1-i erməni, 3-ü aysorlardan ibarət olan 4 piyada taburunun, ayrıca olaraq 5 minədək silahlı erməni və aysor birləşməsinin, 12 dağ batareyası və çox sayda odlu silahı vardır.

1918-ci ilin fevral-mart aylarında erməni-aysor birləşmələrindən təşkil olunmuş xristian ordusu Savuçbulaq bölgəsində geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirdilər. Silahlanmış dəstələr əsasən Urmiya və Dilman bölgəsində toplanmağa başladılar. ətta Van bölgəsindən, Osmanlı hərbi hissələrinin önündən geri çəkilən erməni və aysorlar da Urmiya gölü ətrafında birləşərək yerli türk-müsəlman əhaliyə və Osmanlı qüvvələrinə qarşı vuruşmaq üçün hazırlığa başlamışdılar. Bunun qarşısını almaq məqsədilə Osmanlı qüvvələri həm Van bölgəsindən Urmiyaya doğru, həm də ƏrbilRəvandiz bölgəsindən Cənubi AzərbaycanCənubi Qafqaza doğru hərəkət edirdi.[7]

Toqquşmaların birincisi 11 yanvar 1918-ci il tarixində baş verdi. Salmasda düşərgə salmış 100 aysor döyüşçüdən 55-i Culfaya yola düşdü. Onların məqsədi oradan orduya paltar əldə etmək idi, lakin onlar yolda Qacar ordusu tərəfindən pusquya düşürüldülər. Bundan az əvvəl isə, Xoydakı aysor döyüşçülər hücuma məruz qalmışdılar. Lakin onlar hücum edən Qacar ordusunu məğlub edə bilmişdilər. Nəticədə başlanğıcda 100 ədəd olan aysor döyüşçüdən 42 nəfər qaldı.[9] Bu hadisə tez bir zamanda patriarx Mar Benyamin Şimuna çatdırıldı, o, İran süvarilərinin Təbrizi tərk edib Urmiyaya tərəf getdiyini gördükdən sonra Urmiya hakimi İrşad Homayunun yanına Ağa Petros da daxil olmaqla nümayəndələr göndərdi. İrşad Hümayun məsələlərin dayanmayacağını bildirdi və bu aysorların geri dönmələrinə yol açdı. Mar Benyamin Şimun bu xəbəri öyrəndikdən sonra dərhal aysorların və ermənilərin milli şuralarını topladı və bu məsələnin müzakirə edilməsini istədi. Həm ermənilər, həm də aysorlar məsələlərin belə davam edəcəyi halda müqavimət göstərmək barədə yekdilliklə qərar qəbul etdilər.[10]

Xəlil paşanın 22 yanvar 1918-ci il tarixində Mosuldan Rəvandiz qrupu komandanlığına göndərdiyi teleqramında müxtəlif təhlükəsizlik mənbələrindən alınan məlumata görə Sakkız və Sovuçbulağın rus qoşunlarından təxliyə edilməsi və Urmiyanın da təxliyə olunacağı məlum olur. Bundan əlavə, sənəddə “Urmiya bölgəsinə təhlükəsizlik qüvvələrinin təyin edilməsi və göndərilməsi, erməni və aysor qüvvələrinin hazırkı vəziyyəti haqqında alınan xəbərlərə ciddi əhəmiyyət verilməsi” tələb olunurdu. Xəlil paşanın yenə də 22 yanvar 1918-ci il tarixində ikinci ordu komandanlığına göndərdiyi digər şifrəli teleqramda Sakkız və Savuçbulağın rus qoşunları tərəfindən boşaldılmasına dair xəbərlər, bölgədəki erməni və aysorların fəaliyyətinə dair məlumatlar vermişdir. Sənəddə qeyd olunur ki, “15 dekabr 1917-ci il tarixində İttifaq dövlətləri ilə Rusiya arasında imzalanan sülhün maddəsinə uyğun olaraq ərzaq tədarük edən Şəmdinan ətrafında yerləşən kəndlərimiz ruslar tərəfindən xoş rəftar görsə də, erməni və aysorlar tərəfindən məhv edilmişdir. Canlarını qurtara bilənlərin ifadələrinə görə Urmiyanın cənub tərəfində iki minə qədər erməni və aysor qüvvələri vardır”.[7]

9 fevral tarixində bəzi aysorlar Urmiya şəhərinin qərb qapısından şəhərə daxil olarkən Ərşad əl-Mülkün döyüşçüləri tərəfindən vurulub öldürüldülər. Bundan qısa müddət sonra Ərşad ül-Mülk xüsusi dəstəni Ağa Petrosun evinə göndərərək həbs etməyə çalışdı. Ağa Petrosun evi Urmiyanın erməni məhəlləsində yerləşməkdə idi. Ağa Petros ailəsinə gizlənməyi əmr etdi və evinin divarları və pəncərələri güllələrdən deşik-deşik olarkən binanın içərisindəki mövqeyə yerləşdirdiyi pulemyotu onlara atəş etməyə başladı. Hücum edənlər çox itki verdikdən sonra geri çəkilməuə məcbur oldular.[1]

Şəhərin Gömrük Evini zəbt etmək üçün göndərilən 600 nəfərlik aysor qoşunundan az sonra Ağa Petros rus təlimçiləri ilə silah və top gətirmək üçün Hyperabat adlı kəndə getdikdən sonra oradan ayrıldı və tezliklə Urmiyaya gəldi. Bundan bir qədər keçdikdən sonra Urmiya şəhərində yerli əhali ilə aysorlar arasında toqquşma başladı.[11]

Bir qədər sonra 150 nəfərlik aysor qüvvəsi silah-sursat anbarını ələ keçirmək üçün göndərildilər. Güclü toqquşmadan sonra urmiyalılar geri çəkilməyə məcbur oldular. Əl qumbaralarından və süngülərdən istifadə edən aysorlar silah-sursat anbarını ələ keçirməyi bacardılar.[1][12]

Bundan sonra urmiyalıların şəhərin aysor nəzarətində olan hissələrinə növbəti hücumları reallaşdı. Bu hücum Ağa Petros tərəfindən durdurulduqdan sonra o, Patriarx Mar Benyamin ilə birlikdə bundan sonra nə edəcəklərinin planını qurmağa başladı. Elə bu zaman Ərşad əl-Mülk və İrşad Hümayunun rəhbərliyində urmiyalılar yeni hücuma başlasalar və bütün günü vuruşsalar da, silah-sursatları daha yaxşı olan aysorları möhkəmləndikləri mövqelərdən çıxarmaq mümkün olmadı. Nəticədə döyüşlərin birinci günü etibarilə Urmiya şəhərinin bütün qərb hissəsi aysorların əlinə keçdi. Gecə saatlarında şəhərə əlavə qoşunlar yerləşdirildi və qərb qapılarından birində daha kiçik birliklər tərəfindən şəhərin cənub hissəsində digər mövqelərin də tutulması qərara alındı, çünki darvaza Amerika missiyasının yaxınlığında idi. Cənub qapısında Məlik Xoşaba özünün Tyari tayfasından olan 2 yüz döyüşçüsü ilə mövqe tutmuşdu. Onların mövqeləri bilavasitə şəhərin ertəsi səhər Qacar qoşunlarının çox böyük qüvvələri tərəfindən tutulacaq qədim hissələri ilə üz-üzə idi. Tyari döyüşçülərinin arxasında və şəhər divarından təxminən yarım mil kənarda Qaradağ atlılarının ələ keçirdikləri başqa bir qala var idi.[1]

Fevralın 10-u şənbə günü səhər tezdən hərbi əməliyyatlar şəhərdə və şəhərdən kənarda eyni şəkildə başladı. Bəzi aysor qoşunları Ağa Petrosun çağırışı ilə Urmiya divarları arasında hücuma məruz qalan yoldaşlarına döyüş sursatı gətirərkən qaladan çıxan Qaradağ süvariləri onlara hücum etdilər və oradakı ursat və topları ələ keçirməyə cəhd etdilər. Qaradağ süvariləri məğlub edildilər və rəhbərləri ilə birlikdə qalaya doğru geri çəkilməyə məcbur oldular. Bundan sonra qalaya doğru hücuma başlayan aysorlar bir qədər sonra oranı ələ keçirdilər. Bu hücum zamanı General Rza xan öldürüldü. Bununla eyni zamanda, cənub qapısında və divarlar içərisindəki qədim müdafiə hissələri ilə birbaşa üzbəüz olan Məlik Xoşabanın adamları Ərşad əl-Mülk qoşunlarının hücumunugeri dəf etdilər. Çarbaş qapısı kimi tanınan qərb darvazasına aparan əsas küçədə yerləşmiş Assur qoşunları daha da şərqdə şəhərin içinə doğru irəliləmiş və Ərşad əl-Mülk qoşunlarını geri itələmişdilər. Urmiyanın müsəlman sakinləri küçələri boşaldıb evlərinin damından və pəncərələrindən partizan döyüşlərinə başladılar. Bundan sonra Ağa Petros adamlarına hücumu dayandırmağı əmr etdi.[1]

Hərbi toqquşmalar səngidikdən, müsəlman ordusu geri çəkildikdən və Urmiya müsəlmanları təslim olmağa başladıqdan sonra Ərşad ül-Mülk aysorlara təslim oldu.[1] İrşad Hümayun isə fransız keşişi Monsignor Sontagın yanına qaçdı. İrşad bir qədər sonra Mar Toma Audonu[c] öldürdü.[5]

Döyüşlər zamanı urmiyalılar 1000-dən çox insan itirdikləri halda, aysorlar 80 nəfər insan itirdilər.[12]

Döyüşün aysorların xeyrinə nəticələnməsi böyük ölçüdə Tyari tayfasından olan döyüşçülərin səylərinin nəticəsi kimi dəyərləndirilir.[1]

Soyqırımının baş verdiyi dövrdə yaşayan Seyid Əhməd Kəsrəvinin yazdığına görə, şəhəri top atəşinə tutan ermənilər əhali arasında vahimədən istifadə edərək, şəhərə daxil olub dinc əhaliyə divan tutur, evləri yandırır, kütləvi qətl-qarət törədirlər. Ümumi olaraq, həmin dəhşətli hadisələr zamanı yüzlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətliam edilmişdir. Ə.Kəsrəvi həmin hadisələrdə 130 mindən artıq insanın erməni və aysorlardan ibarət xristian qoşunu tərəfindən qətlə yetirildiyini yazır.[7]

Patriarx öz müşavirləri və generalları ilə müttəfiq dövlətlərin nümayəndələrinin ardınca Urmiya müsəlmanlarının təslim olmağı qəbul etməsi üçün hazırladığı şərtləri dinləmək və həmçinin onları təslim olanda yanında saxlamaq üçün göndərilən zaman şəhər hələ də Assuriya qoşunları tərəfindən idarə edilirdi. Müsəlman Molla həmin şərtləri imzaladı.[1]

Urmiyadakı qırğından sonra bölgədə aysor-erməni fəaliyyəti daha da artdı. İngilislərin bölgəyə yaxınlaşması onların fəaliyyətini daha da artırdı.[7]

  1. Tyarilər aysor tayfalarından biridirlər və tarixən Türkiyənin Hakkari bölgəsində məskunlaşmışdırlar. Tayfa ənənəvi olaraq iki yerə Yuxarı və Aşağı Tyari qollarına bölünür.[2][3]
  2. Osmanlı imperiyasında anadan olmuş aysor idi. Qısa müddət Osmanlı imperiyasının Urmiyadakı konsulu olmuşdur. Birinci Dünya müharibəsi zamanı rusların Urmiyaya daxil olmasından sonra onların himayəsinə keçmiş, ruslar ona kiçik bir aysor hərbi dəstəsi və general rütbəsi vermişdirlər.[6]
  3. Keldani Katolik Kilsəsinin daxilindəki Urmiya Keldani Arxeparxiyasının arxiyepiskopu.[13][14]
  1. 1 2 3 4 5 6 7 8 9 10 Werda, 1924
  2. Odisho, 1988. səh. 21
  3. Aboona, 2008. səh. 2
  4. Werda, 1924. səh. 91
  5. 1 2 3 Ismael, 1964. səh. 91
  6. "General Agha Petros". www.zindamagazine.com. 1 dekabr 2007. 9 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2023.
  7. 1 2 3 4 5 6 Nəcəfli, 2016
  8. Dilməqani, 2011
  9. Ismael, 1964. səh. 87
  10. Ismael, 1964. səh. 88
  11. Ismael, 1964. səh. 89
  12. 1 2 Ismael, 1964. səh. 90
  13. "Archbishop Thomas Audo †". www.catholic-hierarchy.org. 2004. 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2023.
  14. Naby, 2016