Vüqar Əsgərov (yazıçı)

Vüqar İsa oğlu Əsgərov (13 aprel 1974, Qovuşuq, Yeğeqnadzor rayonu) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Fədai" və "Vətən Naminə" medalı laureatı.

Vüqar Əsgərov
Vüqar İsa oğlu Əsgərov
Doğum tarixi 13 aprel 1974(1974-04-13) (49 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti jurnalist, yazıçı
Üzvlüyü

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Əsgərov 13 aprel 1974-cü ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Yeğeqnadzor rayonunun Qovuşuq kəndində doğulmuşdur.

1981-ci ildə Qovuşuq kənd orta məktəbinə getmiş, 7-ci sinfə qədər doğma kənddə təhsil almışdır.

1988-ci ildə ermənilərin təzyiqi nəticəsində ailəsi ilə birlikdə Naxçıvan MR-nin Şahbuz rayonuna köçmüşdür.

1991-ci ildə orta təhsilini Bakı şəhər 280 saylı orta məktəbdə bitirmişdir.

1992-ci ildə Vətənin çağırışına səs verərək Milli Ordu sıralarına daxil olmuşdur. Qarabağ müharibəsində fəal iştirak etmiş, ağır döyüşlərin iştirakçısı olmuşdur.

Vüqar Əsgərov Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin menecmentlik fakültəsini əla qiymətlərlə bitirmişdir.

Hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı redaksiyasında böyük redaktor vəzifəsində çalışır.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Cəbrayıl rayon icra başçısı Mahmud Quliyev və Vüqar Əsgərov "Bir ovuc torpaqdır yarama məlhəm" kitabının təqdimatında. 15 may 2012-ci il.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Yerli mətbuatda yüzlərlə publisistik məqaləsi çap olunan Vüqar Əsgərovun onlarla məqaləsi dünyanın bir neçə ölkəsində ayrı-ayrı dillərdə çap olunmuşdur.

2005-ci ildə "Azərbaycanın Milli Qəhrəmanları" kitabını ilk dəfə toplum halında nəşr etdirib.

2010-cu ildə isə "Azərbaycanın Milli Qəhrəmanları" kitabını yenidən işlənmiş variantda nəşr etdirib.

2012-ci ildə isə "Bir Ovuc Torpaqdır Yarama Məlhəm" kitabı çap olunub.

2014-cüildə isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunmuş Bilal Əhliman oğlu Məmmədovun həyatı və keçdiyi döyüş yoluna həsr edilmiş "Sinəmdə Yurd Dağı Var" adlı kitabı nəşr edilib.

2015-ci ildə isə "Savaş Üçün Doğulanlar" kitabı çapdan çıxıb. Kitab, Azərbaycanın İlk Milli Qəhrəmanı Maşallah Abdullayevə həsr edilmiş, onun keçdiyi döyüş yolundan, həyatından, Goranboy və Ağdərə döyüşlərindən bəhs edir. Kitabın redaktoru Ötərxan Eltac, məsləhətçiləri isə tarix institunun direktor müavini, professor Cəbi Bəhramov və Xalq şairi Nəriman Həsənzadədir.

O, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin " Yaddaş" film studiyası tərəfindən istehsal olun Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş bir sıra sənədli filmlərin ssenari müəllifidir.

Filmləri

  • "Kəşfiyyatçı" . "Yaddaş" film studiyası, Milli Qəhrəman Aqil Məmmədova həsr edilib. 2015.
  • " Xüsusi Təyinatlı", "Yaddaş" film studiyası, Milli Qəhrəman Mehdi Abbasova həsr edilib. 2015.
  • "Qərargah Rəisi", "Yaddaş" film studiyası, Milli Qəhrəman Şikar Şikarova həsr edilib. 2016.
  • " Dəmir Mayor", "Yaddaş" film studiyası, Milli Qəhrəman Vəzir Sədiyevə həsr edilib. 2016.
  • "Dəmir Atlı", "Yaddaş" film studiyası, Milli Qəhrəman Vüqar Mürsəlova həsr edilib. 2017.
  • "Şərəfli ad", " Yaddaş" film studiyası, Aprel şəhidi Murad Məmmədova həsr edilib. 2018.
  • Lələtəpə" , " Salnamə" film studiyası, Milli Qəhrəman Şükür Həmidova həsr edilib. 2018.
  • " 777" , " Salnamə" film studiyası, Milli Qəhrəman Ehtiram Əliyevə həsr edilib. 2019.
  • " Poladın izi ilə...", "Salnamə" film studiyası, Milli Qəhrəman, general-mayor Polad Həşimova həsr edilib. 2021.
  • " Savaş üçün doğulanlar", film Vətən müharibəsi şəhidi, baş leytenant Orxan Hüseynova həsr edilib. 2022.

Kitabları[redaktə | mənbəni redaktə et]

Məqalələri[redaktə | mənbəni redaktə et]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • " Qızıl qələm" diplomu ilə təltif edilib. 2015.
  • "Fədai" medalı, Vənpərvərliyin təbliğinə görə verilib. 2016.
  • " Vətən Naminə" , Vətənpərvərliyin təbliğinə görə verilib. 2017.
  • "Xüsusi diplom" Ermənistanın Azərbaycana təcavüzü media gündəmində" mövzusunda keçrilmiş müsabiqədə iştirakına görə verilib, 2017.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]