Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Vəli İsa oğlu Əliyev (18 dekabr 1927, Qaçağan, Gürcüstan Sovet Sosialist Respublikası[d] – 12 aprel 1983, Tbilisi) — Gürcüstan SSR ictimai xadimi, tanınmış publisis və jurnalist. Gürcüstan SSR Əməkdar mədəniyyət işçisi. SSRİ Yazıçılar İttifaqnın və SSRİ Jurnalistlər İttifaqının üzvü. 1965–1983-cü illərdə Gürcüstan KP MK orqanı, azərbaycandilli "Sovet Gürcüstanı" qəzeti Redaksiyasının Ədəbiyyat, incəsənət və təhsil şöbəsinin müdiri.
Vəli Əliyev | |
---|---|
Vəli İsa oğlu Əliyev | |
Doğum tarixi | 18 dekabr 1927 |
Doğum yeri |
|
Vəfat tarixi | 12 aprel 1983 (55 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ |
Atası | Əliyev İsa Məmmədqulu oğlu |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, publisist |
Fəaliyyət illəri | 1960-cı ildən |
Vəli Əliyev Borçalının qədim Qarapapaq nəsillərindən biri olan Dəlləkli nəslindəndir. Dəlləkli nəslinin nümayəndələri türkəçarə üsullarını bildikləri üçün həmin nəslə Dəlləkli adı veriblər. Nəslin ilk nümayəndələri 15-ci əsrdə indiki Dərbənd yaxınlığından Borçalıya gəlmişlər. Nəslin bəzi nümayədələrinin 15-ci əsrdən oncə şaman olduqları bildirilir və güman bu səbəbdən də türkəçarə üsullarını və bilgilərini nəsildən-nəslə ötürərək yaşatmışlar. Qaçağan kəndində Dəlləkli nəslinin nümayəndələrinin önünə daima Dəllək dəqiqləşdirməsi artırılmışdır. Vəli Əliyevin atası İsa Əliyev Qaçağanda "Dəllək İsa" kimi tanınırdı.[1]
Vəli İsa oğlu Əliyev 1927-ci ildə Gürcüstan SSR-in Borçalı qəzsasının Qaçağan kəndində ziyalı ailəsində dünyaya gəlib. Uşaqlığı və erkən gənçliyi Qaçağan kəndində keçib. 1950-ci ildə Bakıya ali təhsil almağa gəlib və 1955-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Bakıda "Pioner" jurnalında texniki redaktor işləyib. 1960-cı ildə isə "Sovet Gürcüstanı" qəzetində işləməyə dəvət edildikdən sonra Tbilisi şəhərinə köçüb və ömrünün sonuna qədər orada yaşayıb.
Uzun müddət "Sovet Gürcüstanı" qəzetinin Ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri işləmiş və ömrünün 24 ilini həmin qəzetin oxunaqlı çıxmasına sərf etmiş Vəli Əliyev 1983-cü il aprelin 12-də 55 yaşında vəfat etmiş və Marneuli rayonundakı Qaçağan kənd məzarlığında dəfn edilmişdir.[1]
Vəli Əliyev jurnalist fəaliyyətinə 1955-ci ildə Azərbaycanda nəşr edilən "Pioner" jurnalında texniki redaktor kimi başlayıb və 1960-cı ilə həmin jurnalın redaksiyasında fəaliyyət göstərib. 1960-cı ildə "Sovet Gürcüstanı" qəzetinin redaksiyası onu Ədəbiyyat, incəsənət və təhsil şöbəsinə müdir olaraq dəvət edib. Borçalını, eli-obası Qaçağanı qəlbən sevən Vəli Əliyev Tiflisə köçür və bundan sonra karyerasını həmin qəzetlə bağlayır.
1962-ci ildə Vəli Əliyev "Sovet Gürcüstanı" qəzeti redaksiyasında Gürcüstan KP ilk partiya təşkilatının katibi təyin edilir. 1965-ci ildə o, yenidən "Sovet Gürcüstanı" qəzeti redaksiyasının Ədəbiyyat, incəsənət və təhsil şöbəsinə müdir təyin edilir.
Gürcüstan SSR-də "Sovet Gürcüstanı" qəzeti azərbaycan dilində yeganə mərkəzi mətbuat orqanı olduğundan, həmin qəzetin redaksiyasının əməkdaşları, qəzetdə dərc dilən mütəmadi yazılar Gürcüstanda yaşayan soydaşlarımızın və Borçalının ictimai rəyinə ciddi təsir edirdi. Qəzetin redaksiyasında 1950–1990-cı illər ərzində Borçalının bir çox tanınmış ziyalısı, yazıçısı, publisisdi və jurnalisti çalışmışdır. Vəli Əliyev ideoloji baxımdan solçu fikirli olasa da böyük türkçü idi və Borçalının taleyinə heç zaman biganə qalmırdı.[mənbə göstərin]
V.Əliyev Tbilisidə yaşamağına baxmayaraq daimi olaraq Moskvada və bakıda nəşr edilən SSRİ dövri mətbuatında, ədəbi-bədii jurnalalrına daimi olaraq yazılarıyla çıxış edirdi.
Vəli Əliyevin gizli türkçülüyü, Gürücstan SSR-də yaşayan türkdilli vətəndaşların problemlərini qaldırması, Marneuli, Bolnisi, Qardabani, Dmanisi rayonlarında və Tbilisi şəhərində olan azərbaycandilli məktəblərdə təhsil yüksəldilməsi üçün daima müdaxilə etməsi heç də çox zaman Gürcüstan SSR rəhbərliyindəki gürcü millətçilərinin xoşuna gəlmirdi. Vəli Əiyevə qarşı dəfələrlə tədbirlər görülsə də, onun təmiz əqidəli olması, pripsipallığı öz rolunu oynayırdı. Həmçinin V.Əliyevin SSRİ Yazıçılar Birliyinin üzvü olması da ciddi faktor idi və Moskvadakı səmii dostları onu daima müdafiə edirdilər.[mənbə göstərin]