Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Valentin Xristov[1] (tam adı: Valentin Snejov oğlu Xristov, bolq. Валентин Снежов Христов; 30 mart 1994, Şumen[d]) — Bolqarıstan əsilli Azərbaycan ağır atleti. 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb, elə həmin ildəcə "Tərəqqi" medalı ilə təltif edilib.[2] 2018-ci ilin 22 dekabrında Beynəlxalq Ağır Atletika Federasiyasının mətbuat xidməti Valentin Xristovdan 2012-ci il Olimpiadası zamanı götürülmüş dopinq-testinin təkrar analizinin müsbət nəticə verdiyini açıqlayıb. Sidik analizləri nəticəsində atletin orqanizmindən dehidroxlorometiltestosteron aşkarlanıb.[3][4] Buna görə də o, XXX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib[5][6][7].
Valentin Xristov | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||
Tam adı | Valentin Snejov oğlu Xristov | |||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||
Boyu | 156 sm | |||||||||||||||||||||
Çəkisi | 62 kq | |||||||||||||||||||||
İdman növü | Ağır atletika | |||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası ərzində Valentin Xristov Dünya Çempionatlarında 2 gümüş, 6 bürünc medal qazansada, yalnızca 2 bürünc medal istisna olmağla, bütün medallardan, dopinq qəbul etdiyi üçün məhrum edilib. Avropa Çempionatlarında isə 9 qızıl medala sahib olan Valentin Xristov 2013-cü ildə Albaniyanın paytaxtı Tirana şəhəridə baş tutan yarışda qazandığı 3 qızıl medaldan məhrum edilib.
2015-ci il 4 dekabrda Beynəlxalq Ağır atletika Federasiyasının (IWF) qərarına əsasən, qadağa olunan preparatlardan istifadə ietdiyi üçün 8 il müddətinə beynəlxalq yarışlardan uzaqlaşdırıldı. Onun, cəzası 4 dekabr 2023-cü ildə başa çatır.
Valentin Xristov 1994-cü il 30 martda Bolqarıstanın Şumen şəhərində anadan olub. 2005-ci ildən idmanla məşğul olan Valentin Xristovun birinci məşqçisi İvan Leçev idi. 2008-ci ilə qədər isə o, Zlatan Vanevin rəhbərliyi altında məşq etdi.
Valentin Xristov Azərbaycan vətəndaşı Nərgiz Paşayeva ilə ailəlidir, 14 yanvar 2014-cü il doğumlu Viktoriya adında qız övladı var.
Valentin Xristov birinci beynəlxalq yarışına 2009-cu ilin may ayında Tailandın Çianqmay şəhərində qatıldı.[1] Bolqarıstanlı gənc atlet, 15 yaşlı Valentin Xristov 50 kiloqram çəki dərəcəsində gənclər arasında Dünya Çempionatında mübarizə apardı.[1] O, birdən qaldırmada, ardıcıl olaraq 83, 88 və 90 kiloqramlıq ştanqları qaldırdı və 4-cü yeri tutdu.[8] Təkanla qaldırmada isə Valentin Xristov 103 kiloqram nəticə göstərdi və ümumi yekunda 193 kiloqram nəticə ilə 24 idmançı sırasında 5-ci yeri tutdu.[8]
Elə həmin ilin sentyabr ayında Valentin Xristov İsrailin Eylat şəhəri baş tutan gənclər arasında Avropa Çempionatı qüvvəsini sınadı.[9] Yenə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Valentin Xristov birdən qaldırmada 90 kiloqram, təkanla qaldırmada isə 103 kiloqramlıq nəticə göstərdi.[9] Ümumi yekunda 193 kiloqram nəticə ilə Valentin Xristov yalnızca həmyerlisi Stefan Matsarovdan geri qaldı və gənclər arasında Avropa Çempionatının gümüş medalını qazandı.[9]
Daha sonra, Bolqarıstan yığmasının məşqçisi Zlatan Vanev Azərbaycan Ağır atletika Federasiyası (AAAF) tərəfindən Azərbaycan yığmasına dəvət olundu. O, isə bu dəvəti qəbul etdi və Azərbaycan yığmasının məşqçisi oldu. Zlatan Vanev öz növbəsində yığmaya, birgə çalışdığı Bolqarıstan atletlərini gətirdi. Həmin atletlər sırasında Boyanka Kostova, Silviya Anqelova və Valentin Xristovda var idi.
Valentin Xristov Azərbaycan yığmasının heyətində birinci yarışına 2011-ci ildə Rusiyanın Kazan şəhərində qatıldı.[10] Valentin Xristov 56 kiloqram çəki dərəcəsində Avropa Çempionatında mübarizə apardı.[10] O, birdən qaldırmada 115 kiloqram, təkanla qaldırmada isə 147 kiloqram nəticə göstərdi və ümumi yekunda 262 kiloqramlıq nəticə ilə yeni Avropa rekordunu müəyyən etdi.[11] Bu göstərici ilə Valentin Xristov Avropa Çempionatının qızıl medalını qazanmalı idi.[12] Amma, Valentin Xristov ilə eyni 262 kiloqramlıq nəticə göstərən Moldovalı Oleq Sirqinin, şəxsi çəkisi onunla, müqayisədə çox olduğundan, məhz qızıl medalı Oleq Sirqi qazandı.[12] Valentin Xristova isə gümüş medalda qismət olmadı.[12] Onun, Azərbaycan yığmasının heyətində beynəlxalq yarışlara qatılmağa hüququ olmadığı üçün, yarışlarda göstərdiyi nəticələri ləğv edildi.[12]
Xristov 2013-cü ildə orqanizmindən dehidrometiltestestoron maddəsi aşkarlandığı üçün 2 il, 2015-ci ildə isə nandrolon tapılması səbəbindən 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Xristov 2013-cü il Avropa çempionatının qızıl, 2015-ci il dünya çempionatının bürünc medalından məhrum edilib.[13]
Dekabr 2018-ci ildə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən keçirilmiş növbəti dopinq sınağından sonra Valentin Xristovun sidik analizlərində qadağan olunmuş dehidroxlorometiltestosteron (Dehydrochloromethyltestosterone) maddəsi aşkarlanıb və o, oyunlardan müvəqqəti kənarlaşdırılıb.[14] Olimpiya tarixində Azərbaycanın ağır atletika üzrə qazandığı yeganə medalın əlindən alınması gündəmə gəlib.[13][15]
Sıra | İl | Yarış | Şəhər | Birdən qaldırma | Təkanla qaldırma | Cəmi | Yer | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 2 | 3 | Yer | 1 | 2 | 3 | Yer | ||||||
1. | 2009 | Gənclərin Dünya Çempionatı[8] | Çianmay | 83 | 88 | 90 | 4. | 103 | 8. | 193 | 5. | ||
2. | Gənclərin Avropa Çempionatı[9] | Eylat | 85 | 90 | 2. | 103 | 1. | 193 | 2. | ||||
3. | 2011 | Avropa Çempionatı | Kazan | 262 | 1. | ||||||||
4. | Gənclərin Azərbaycan Çempionatı | Bakı | 1. | ||||||||||
5. | Dünya Çempionatı[16] | Paris | 122 | 5. | 150 | 154 | 3. | 276 | 3. | ||||
6. | 2012 | Avropa Çempionatı[17] | Antalya | 117 | 122 | 125 | 1. | 145 | 150 | 155 | 1. | 280 | 1. |
7. | Olimpiya Oyunları[18] | London | 123 | 127 | 130 | 3. | 154 | 158 | 159 | 3. | 286 | DQF | |
8. | "Qran-Pri" beynəlxalq turniri[19] | Bakı | 127 | 132 | 1. | 155 | 165 | 170 | 1. | 302 | 1. | ||
9. | 2013 | Avropa Çempionatı[20] | Albaniya | 133 | 137 | 1. | 170 | 175 | — | 1. | 312 | 1. | |
10. | Yeniyetmələrin Dünya Çempionatı[21] | Lima | 130 | 135 | 138 | 1. | 166 | 178 | 1. | 316 | 1. | ||
11. | Dünya Çempionatı[22] | Vrotslav | 136 | 139 | 141 | 3. | 170 | 3. | 311 | 3. | |||
12. | "Qran-Pri" beynəlxalq turniri[23] | Bakı | 127 | 1. | 160 | 165 | 1. | 292 | 1. | ||||
13. | 2014 | Azərbaycan Çempionatı | Bakı | 1. | |||||||||
14. | 2015 | Avropa Çempionatı[24] | Tbilisi | 133 | 135 | 1. | 160 | — | — | 1. | 295 | 1. | |
15. | Dünya Kuboku | Astara | 315 | 2. | |||||||||
16. | Dünya Çempionatı[25] | Hyuston | 137 | 141 | 2. | 171 | 176 | 2. | 317 | 3. |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |