Valeri Fedoroviç Zalujnı (ukr. Валерій Федорович Залужний;8 iyul 1973[3], Novoqrad-Volınsk[d], Jitomir vilayəti[3]) — Ukrayna hərbi komandiri, 27 iyul 2021-ci ildən 8 fevral 2024-cü ilə qədər Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general (2022). O, eyni zamanda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.
Valeri Fedoroviç Zalujnı | |
---|---|
ukr. Валерій Федорович Залужний | |
Şəxsi məlumatlar | |
Ləqəbi | "Dəmir general"[1][2] |
Doğum tarixi | 8 iyul 1973[3] (51 yaş) |
Doğum yeri | Zvyaqel, Jitomir vilayəti, Ukrayna SSR, SSRİ |
Vətəndaşlığı | Ukrayna |
Milliyyəti | ukraynalı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ukrayna Silahlı Qüvvələri |
Qoşun növü | Ukrayna Quru Qoşunları[d] |
Hərbi hissə |
24-cü mexanikləşdirilmiş briqada 51-ci mexanikləşdirilmiş briqada Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Əməliyyat Qərargahı "Şimal" Əməliyyat Komandanlığı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı (27 iyul 2021 - 8 fevral 2024) |
Xidmət illəri | 1993-cü ildən |
Rütbəsi | general[4] |
Döyüşlər | |
Təltifləri |
|
генерал-лейтенант ЗАЛУЖНИЙ Валерій Федорович // zsu.gov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Zalujnı "Şimal" Əməliyyat Komandanlığının komandanı (2019-2021), Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Əməliyyat Qərargahının rəisi - Birləşmiş Qüvvələr Komandanının birinci müavini (2018), Qərargah rəisi - Qərb Əməliyyat Komandanının birinci müavini (2017) olub, 51-ci Qvardiya Mexanikləşdirilmiş Briqadasının komandiri (2009-2012) vəzifəsini yerinə yetirib.
"Time" jurnalı Valeri Zalujnını 2022-ci ildə dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb.[5]
Valeri Zalujnı 8 iyul 1973-cü ildə Jitomir vilayətinin Novograd-Volınski şəhərində anadan olub.
1989-cu ildə şəhər 9 saylı məktəbi bitirib, Novoqrad-Volınsk Mühəndislik Texnikumunda təhsil alıb. 1993-cü ildə ordan fərqlənmə diplomu ilə məzun olub.[6].
Daha sonra o, Odessa Ali Birləşmiş Komandanlıq Məktəbinin ümumi hərbi fakültəsinə daxil olub. 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib, bundan sonra hərbi xidmətin bütün mərhələlərini keçib: taqım komandiri, təlim taqım komandiri, döyüş taqımı komandiri, təlim rotası komandiri, kursant rota komandiri, batalyon komandiri.[6]
2005-ci ildə Ukrayna Milli Müdafiə Akademiyasına daxil olub. 2007-ci ildə oranı qızıl medalla bitirib. 24-cü mexanikləşdirilmiş briqada komandirinin birinci müavini və qərargah rəisi təyin edilib. O, iki il yarım bu vəzifədə uğurla xidmət edib.[7]
2009-cu ildən 2012-ci ilə kimi 51 saylı mexanikləşdirilmiş briqadanın rəhbəri olub.[8]
2014-cü ildə İvan Çernyaxovski adına Ukrayna Milli Müdafiə Universitetini bitirib. Hazırlığın əməliyyat-strateji səviyyəsinin ən yaxşı məzunu kimi o, Böyük Britaniya Kraliçasının keçici qılıncına layiq görülüb.[9]
2017-ci ildə general-mayor rütbəsinə layiq görülüb.[10] 2017-ci ildə - Baş Qərargah rəisi - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının "Qərb" Əməliyyat Komandanlığının birinci müavini olub.[10]
2018-2019-cu illərdə Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Qərargahının rəisi - Birləşmiş Qüvvələr Komandanının birinci müavini vəzifələrini tutub.[6]
2019-cu ildən - "Şimal" əməliyyat komandanlığının qoşunlarının komandiri təyin edilib.
2020-ci ilin dekabr ayında Ostroj Akademiyasında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.
27 iyul 2021-ci ildə o, Ruslan Xomçakı əvəz edərək Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edilib.[11]
Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür (28 iyul 2021-ci ildən).[12]
2022-ci il martın 5-də, Rusiyanın Ukraynaya müdaxiləsinin ən qızğın vaxtında general-leytenant Zalujnı prezident Vladimir Zelenski tərəfindən Ukrayna Silahlı Qüvvələrində mümkün olan ən yüksək rütbə olan general rütbəsinə yüksəldilib.[13]
2022-ci ildə Amerikanın Time jurnalının versiyasına görə ilin ən nüfuzlu yüz adamının illik siyahısına daxil edilib.[14] Sentyabrda nəşr üz qabığını və geniş materialı baş komandana həsr edib. Məqalədə deyilir ki - "Şərq cəbhəsində illərlə Rusiyaya qarşı döyüşərək sərtləşən Zalujnı çevik olmağı öyrənmiş və qərarları yerdəki komandirlərə həvalə edən yeni nəsil Ukrayna liderlərinə aiddir. Onun genişmiqyaslı işğal ərəfəsində inadkar hazırlığı və müharibənin ilkin mərhələlərində düzgün döyüş taktikası xalqa rus qoşunlarının hücumunu dəf etməyə kömək etdi".[15][16][17]
“Azadlıq” radiosunun Ukrayna xidməti Zalujnını əsgərlərin və kiçik zabitlərin problemlərini anlayan ən səmimi generallardan biri adlandırıb.[18] SSRİ-də hərbi xidmət keçməyən Ukrayna yüksək rütbəli zabitlərinin nümayəndəsi və Donbassdakı döyüş əməliyyatlarının iştirakçısı kimi o, kadrların gənclər tərəfindən yenilənməsinə və sovet təcrübəsindən uzaqlaşmasına müsbət yanaşır.[6] Ali baş komandan təyin edildikdən sonra onun ilk addımlarından biri Donbasda təmas xəttində olan əsgərlərə cavab olaraq yüksək rəhbərliyin razılığı olmadan atəş açmağa icazə verməkdə məqsədi bürokratik gecikmələrə səbəb olan lazımsız sənədləri doldurmaq və hərbi personala ehtiyacı minimuma endirmək idi.[19]
Ukrayna və rus dillərindən əlavə ingilis dilini mükəmməl bilir.[20]
Baş komandan kimi prioritetləri ilə bağlı Valeri Zalujnı deyib:
Ukrayna Silahlı Qüvvələrində NATO standartlarına uyğun islahatların aparılması istiqamətində ümumi kurs dönməz olaraq qalır. Bu burada əsas prinsiplərdir. Dəyişikliklər ilk növbədə dünyagörüşündə, insanlara münasibətdə baş verməlidir. İstərdim ki, üzünüzü xalqa, tabeçiliyinizdə olanlara şevirəsiniz. Xidmət etdiyim müddətdə insanlara münasibətim dəyişməyib.[21] |
Ailəlidir, iki qızı var. Böyük qızı hərbi xidmətdədir.[20] Kiçiyi həkim olmağa hazırlaşır.[25]