Valter Kon — 9 mart 1923 il[5][6], Vyana, Avstriya — 19 aprel 2016 il[7][8], Santa Barbara, Kaliforniya, ABŞ) — Avstriya əsilli amerikalı nəzəri fizik. Kimya üzrə Nobel mükafatı laureatı (1998il, Con Popl ilə birlikdə) "sıxlıq funksional nəzəriyyəsinin inkişafına görə"[9].
Valter Kon | |
---|---|
Doğum tarixi | 9 mart 1923[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 2016[3][1][…] (93 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qırtlaq xərçəngi[d] |
Elm sahəsi | nəzəri fizika |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Santa Barbaradakı Kaliforniya Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının (1969il)[10] və Amerika Fəlsəfə Cəmiyyətinin (1994il) üzvü, London Kral Cəmiyyətinin (1998il)[11] və Rusiya Elmlər Akademiyası (2006il)[12] , Avstriya Elmlər Akademiyasının fəxri üzvü (2011il)[13].
Valter Kon 9 mart 1923-cü ildə yəhudi ailəsində anadan olub. Valideynləri ziyalı və təhsilli insanlar idi: atası Solomon Kon, Moraviyanın Hodonin əsilli idi və "Postkartenverlag Brueder Kon" bədii açıqcalar üçün mağaza və mətbəə işlədirdi; anası Gitl Rappaport Qalisiyadakı (indiki Ukrayna) Brodi şəhərindən idi.[14]
Uşaqlıqdan dövlət Akademik Gimnaziyasında (Akademische Gymnasium) latın və yunan dillərini, daha sonra xüsusi Hayes yəhudi məktəbində (Zwi Perez Chajes Gymnasium) iki müəllimin böyük dəstəyi təsiri ilə oxudu. Bu iki müəllimin biri — Albert Eynşteynin köməkçisi fizik Emil Nohel (1886–1942 illər) və riyaziyyatçı Viktor Sabbat idi ki, hər iki müəllim həbs düşərgəsində öldü[15][16][17].
1938-ci il martın 11-dən 12-nə keçən gecə alman qoşunları Avstriyaya daxil oldular. Avstriya ordusu təslim oldu. Valter və bacısı şanslı olaraq, "Kindertransport" xilasetmə əməliyyatının köməyi ilə işğal edilmiş Avstriyadan İngiltərəyə, bir az sonra isə Kanadaya gedə bildilər. 1942-ci ildə Solomon Kon və həyat yoldaşı Terezien həbs düşərgəsinə, oradan isə Auşvitsə sürgün edildi və orada öldürüldülər. Dünyanın ikinci ən böyük ölkəsi olan Kanada Hitlerin hakimiyyətinin on iki ili ərzində cəmi 5000 yəhudi qaçqını yəni hər il 385-dən az yəhudi qaçqını qəbul edib. V. Konun yaşadığı düşərgələrdə təhsil proqramları mövcud idi və Kon onlardan istifadə edərək Toronto Universitetinə qeydiyyatdan keçməyi bacardı. Amma Almaniya vətəndaşlığı olduğu üçün Kimya fakültəsinin binasına getməsinə icazə verilmədi və o, fizika və riyaziyyatı seçdi. Müharibə illərində Avropadan Kanadaya qaçan yəhudilərin ali təhsil alması çox çətin idi. Valter Kon şanslı oldu. Müharibədən sonra onu kanadalı bir ailə himayəsinə götürdü və bir az sonra Harvard Universitetində oxumaq üçün təqaüd qazandı və 1948-ci ildə elmlər namizədi alimlik dərəcəsi aldı.
1948–50 illərdə Harvard Universitetində , Karnegi Texnologiya İnstitutunda 1950–53 illərdə, San Dieqo Kaliforniya Universitetində 1953–79 illərdə, 1979-cu ildən Santa Barbara Kaliforniya Universitetində dərs demişdir. Öldüyü zaman o, fizika üzrə fəxri professor və tədqiqat professoru idi.
Amerika İncəsənət və Elmlər Akademiyasının, Beynəlxalq Kvant Molekulyar Elmlər Akademiyasının, Bavariya Elmlər Akademiyasının üzvü olub.
1992-ci ildə "Bəşəriyyətə Xəbərdarlıq"ı imzaladı[18].
Birinci həyat yoldaşı — Louis Kon (1924–2010 illər), tibb bacısı(1948-ci ildə ailə qurub)[19].
Qızları: Merilin Kon, İngrid Kon Paymar və Rozalinda Dimenstein[20].
İkinci həyat yoldaşı — Mara Şiff (qızlıq soyadı Vişniak) Mara Vişniak Kon, 1926-cı il təvəllüdlü), fotoqraf Roman Vişniakın qızı, 1976-cı ildə ailə qurub[21].