Oxud

OxudAzərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd.[1] Oxud bələdiyyəsinə aiddir.

Oxud
41°14′14″ şm. e. 47°09′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 4.825 nəfər
Xəritəni göstər/gizlə
Oxud xəritədə
Oxud
Oxud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat və tarixi

[redaktə | mənbəni redaktə et]

Kənddə iki kitabxana, iki məktəb, bir bələdiyyə və kənd icra hakimiyyəti nümayəndəliyi, 1 məscid, 1 tibb məntəqəsi, iki tele ötürücü qüllə, 1 un dəyirmanı, 1 şadlıq sarayı, bir neçə artezian, iri tutumlu rabitə qovşağı fəaliyyət göstərir. Kənd əhalisinin təhsilə olan marağına və nailiyyətlərinə görə nəinki rayonda, eləcə də ölkədə məşhurdur. Hər il onlarla şagird tələbə adını qazanır.

Kənd həmçinin spesifik məhəllə adları ilə də məşhurdur: Cumaylar, Həccəvlər (Hacı Cəbilər), Dırrar, Duluzlar, Dəlləklər, Barı arası, Qaralar, Doxun, Gavan, Çay qırağı, Çeylək sadağı, Kənd qırağı, Təzə kənd, Əzbəylər, Irebusaği, Ortabulaq, Dükanqabaği, Hindular məhəlləsi, Hamamyani, Əzimlər, Agalar.

Mollaəhməd bulağı isə olduqca tarixi qədim bulaqlardandır. Kəndin Kiş kəndinə yaxın hissəsində iki dağın arasından alır mənbəyini.

Yelbaba adlanan ziyarətgahın ərazisində olan qəbiristanlıqda yerləşən ibadətxana isə XVIII əsrə məxsusdur. Bu ziyarətdə Ərəbistandan gələn dini yayan ərəblərin qəbirləri var.

Kəndin Doxun hissəsi dövlət tərəfindən mühafizə olunur. Tarixi materiallarla zəngin məkandır. Ciddi araşdırmalara ehtiyacı var. Qədim albanların yaşayış məskənlərindən biridir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşən kənd dəniz səviyyəsindən 1500–2000m yüksəklikdədir. Qışı soyuq, yazı və yayı isə mülayim iqlimi var. Hər tərəfdən dağlarla əhatə olunan kəndin rayon mərkəzinə çıxışı 2 yolla mümkündür. Birincisi dağların yamacından açılımış el arasında dağ yolu deyilən yol, ikincisi isə çay yolu. Ancaq yağıntılı vaxtlarda Kiş çayının suyunun artması bu yolun istifadəsini mümkünsüzləşdirir.

Kəndimizə qonaq gəlmək istəyənlər şəhər mərkəzindən 6 nömrəli avtobuslarla gələ bilərlər.

Kəndin əhalisi 4.825 nəfər təşkil edir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalisinin bir əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğuldur. Sahə adlandırılan kənddən bir neçə kilometr uzaqda yerləşən əkin sahələrində buğda, arpa və digər kənd təsərrüfatı məhsulları yetişdirilir. Sovet hakimiyyəti illərində və ondan bir neçə il sonraya qədər (kolxoz zamanı) kəndin əhalisi tütünçülük və baramaçılıqla da məşğul olurdu. Əhalinin bir qismi Şəkidəki İpək kombinatında çalışırdı.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.