Pol Verlen (fr. Paul Marie Verlaine, 30 mart 1844[1][2][…], Mets, Mozel[4][5] – 8 yanvar 1896[1][2][…], Paris[4][5]) — fransız şairi.
Pol Verlen | |
---|---|
fr. Paul Verlaine | |
Təxəllüsü | Pauvre Lelian[3], Pablo de Herlagnèz[3] |
Doğum tarixi | 30 mart 1844[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 yanvar 1896[1][2][…] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Fəaliyyəti | şair, esseist, yazıçı, librettoçu, tərcüməçi |
Fəaliyyət illəri | 1858-ci ildən |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | simvolizm |
Janr | lirika |
Pol Verlen Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Verlen 1844-cü ildə Fransanın şərqində anadan olmuşdur. Orta təhsilini Parisdə almış, və 20 yaşında şəhər Valisi idarəsində işə düzəlmişdir. Gənc və zərif hissiyyatlı Verlen bütün boş vaxtını poeziyaya həsr etmiş, ilk dəfə “Müasir Monparnas” jurnalında “Saturn şerləri” dalı şerlər silsiləsini çap etdirmişdir. Üç il sonra onun daxili sıxıntılarını açıq büruzə verən başqa əsərləri çap olunur. Həmən dövrdə o artıq sərsəm həyat keçirməyə başlamış və içkiyə meyli güclənmişdi. Buna baxmayaraq Matild Mote adlı mülayim və məlahətli bir qız ona ərə gedir və şair bir neçə ay xoşbəxt ailə həyatı sürür. 1870-ci ildə Parisin almanlar tərəfindən mühasirəyə alınması, ictimai qarışıqlıqlar, xüsusən də şair Artur Rəmbo ilə yaxınlığı Verlenin ailə həyatına son qoymuşdur.
Rəmbo ilə birgə o iki il avara həyat keçirmiş, İngiltərə və Belçikaya səfərlər etmişdir. Səfərləri vaxtı Verlen özünün “Sözsüz romanslar” adlı ən yaxşı şerlər kitabını yazır. Sərxoşluq anlarının birində özünün yol yoldaşını güllə ilə vurur və Belçikada həbs edilir. İki il həbsxana həyatı yaşadıqdan sonra Verlen “Ağıllılıq” adlı yeni bir şerlər kitabı hazırlayır. Bundan sonra da bir neçə dəyərli şerlər silsiləsi yazmasına baxmayaraq, şairin yaradıcılığı həyatı boyu qiymətləndirilməmiş və 1896-cı ildə Paris şəhərində ömrünü rəzalət içərisində başa vurmuşdur.