Vartan Sarkisov (erm. Վարդան Սարգսյան; rus. Вартан Степанович Саркисов; 8 mart 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 29 mart 1955, Bakı, Azərbaycan SSR) — XX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan və SSRİ memarı.
Vartan Sarkisov | |
---|---|
Վարդան Սարգսյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası → SSRİ |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı |
Əsas tikililəri |
Mirzəbəyovun mədaxil evi Ambarsum Məlikovun evi |
Abidələrin bərpası | İsmailiyyə Sarayı |
8 mart 1875-ci ildə Şuşa şəhərində erməni aləsində doğulmuş Vartan Sarkisov ilk təhsilini Şuşa real məktəbində almışdır. Şuşada təhsilini tamamladıqdan sonra, Tbilisi real məktəbinə daxil olmuş və 1894-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir.[1] Tbilisidə təhsil aldığı müddətdə o, rəsmlər çəkməyə başlamışdır. Məhz həmin dövrdə Sarkisov, sonradan bütün ömrü boyu sevdiyi opera musiqisi ilə də maraqlanmağa başlamışdır.[1]
Tbilisidə təhsilini başa vurduqdan sonra Sarkisov Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olmuşdur.[2] Burada o, sonradan Bakıda fəaliyyət göstərmiş digər bir erməni memar Nikolay Bayevlə bir sinifdə təhsil almışdır.[3] 1901-ci ildə təhslini başa vurduqdan sonra iş təcrübəsi qazanmaq üçün Moskvaya yola düşmüşdür.[4] 1907-ci ildə o Moskvadan Bakıya köçmüş və gəldiyi vaxtdan bir sıra layihələr üün sifarişlər almışdır. Yaradıcılığının erkən dövründə modern üsluba üstünlük verən Sarkisov, sonradan neoklassik üslubda bir neçə layihə həyata keçirmişdir.
1920-ci ildə Bakıda Memarlıq İnstitutu yaradıldıqda Sarkisov əvvəlcə müəllim kimi instituta dəvət edilmiş, sonralar isə uzun müddət həm də dekan vəzifəsində çalışmışdır. 29 mart 1955-ci ildə Bakıda vəfat etmiş Sarkisov Nərimanov məzarlığında dəfn edilmişdir. 2007-ci ilin sentyabrında Azərbaycan hökuməti məzarlığın köçürülməsinə qərar vermişdir.[5][6]
Vartan Sarkisovun layihəsi əsasında Bakıda Ambarsum Məlikovun İslam Səfərli (1900) və Xaqani küçələrindəki (1910) evləri[1][3], Mirzəbəyovun mədaxil evi[7][8] (1911-1917), Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən "Lev Landaunun evi"[7] və Mərdəkanda yerləşən Neft İstehsalçıları Sanatoriyasının binası (1930) inşa edilmişdir.
Mart soyqırımı zamanı ermənilər tərəfindən yandırılmış İsmailiyyə Sarayında restavrasiya işlərinə Vartan Sarkisov rəhbərlik etmişdir.[7]
Translated from Russian: The three-story building at the Molokan № 27 (Khagani) was built in the early twentieth century (arh. V.S.Sarkisov Prof. Sarkisov, architect) and owned by a local millionaire Tigran Melikov. He also made the designs of the houses on the streets Krasnovodskaya and Nikolaev.
Translated from Russian: Residential - 1915 - st. Molokan, 23. This five-storey house - 1917 - Ul.Nikolaevskaya, 11. A three-storey house - 1913 - st. Krasnovodsk, 13[ölü keçid]
Translated from Russian: "This house was built in 1915-1917. Customer of its construction was the Baku Armenian millionaire named Mirzabekyan, who conceived rebuild apartment building in which the apartments and even entire floors surrendered guests. The architect of this house is Vartan S. Sarkisov.[ölü keçid]