Ambarsum Məlikovun evi (İslam Səfərli küçəsi)

Ambarsum Məlikovun eviBakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir.

Ambarsum Məlikovun evi
Evin Şərq fasadı
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İslam Səfərli küç.13
Aidiyyatı Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası
Memar Vartan Sarkisov
Tikilmə tarixi 1900
Üslubu neobarokko
Vəziyyəti yaxşı
İstinad nöm.3494
KateqoriyaBina
ƏhəmiyyətiYerli əhəmiyyətli
Ambarsum Məlikovun evi (Bakı)
Ambarsum Məlikovun evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina 1900-cü ildə, XIX əsrin sonu — XX əsrin əvvəllərində BakıTiflisdə fəaliyyət göstərmiş sənayeçi Ambarsum Məlikovun sifarişi ilə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir.

Sonrakı istifadəsi

[redaktə | mənbəni redaktə et]

Əvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən qədim kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Məlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir.[2] Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir. Bina klassik formaların həcmi cəhətdən plastik tarazlığı vasitəsilə ətraf mühitlə məkan əlaqəsi yaradır.[2]

Fasadın daşdan yonulmuş memarlıq elementlərinin reylefliliyi vasitəsilə nail olunmuş fiqurlu forması mükəmməl həll edilərək XX əsrin əvvəllərində memarlığın mürəkkəb inkişaf prosesi şəraitində binanın bədii mahiyyətinin palitrasını meydana çıxarır.[3]

  1. Səlimova, Firuzə. "M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının dünəni və bu günü". YouTube. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2017.
  2. 1 2 Fətullayev, 2013. səh. 224
  3. Fətullayev, 2013. səh. 226
  • Fətullayev-Fiqarov, Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013. səh. 528.